Banu
Teatrların dirçəlmə dövrü başlayır
Gənc Tamaşaçılar
Teatrının direktoru gənclərin bu sənət ocağına marağının
artdığını söyləyir
Xəbər verdiyimiz
kimi, Gənc Tamaşaçılar Teatrı Səttarxan adına Mədəniyyət
və Texnika Sarayına köçüb. Teatrda təmir işləri başa çatanadək kollektiv 600 nəfərlik tamaşaçı salonu olan sarayda çıxış
edəcək. Teatrın direktoru Mübariz
Həmidovun sözlərinə
görə, xeyli müddətdir istismara verilən Gənc Tamaşaçılar Teatrı bu günə qədər
əsaslı təmir olunmayıb. O deyir ki, teatrın təmir
olunması kollektivin çoxdankı arzusu imiş: "Çünki texniki avadanlıqlar, demək olar, ömrünü başa vurmuşdu.
5-6 il olardı
ki, salonda istilik sistemi işləmirdi. Əsaslı təmir zamanı
bu problemlər öz həllini tapacaq. Belə ki, teatrımız dünya standartlarına cavab verən şəkildə yenidən qurulacaq. Bütün texniki avadanlıqlar,
səhnə texnologiyası,
foye, teatrın xarici görünüşü büsbütün dəyişəcək,
isti-soyuq rejimli sistem qurulacaq".
Teatrın direktoru əmindir ki, teatrda aparılan
dəyişikliklərin yaradıcı
proseslərə təsiri
mütləq olacaq. Onun fikrincə,
bundan sonra teatrın tamaşaçılara zəif tamaşa təqdim etməyə haqqı yoxdur. Buna baxmayaraq direktor
teatrlarda tamaşaçı probleminin olduğunu inkar etmir. M.Həmidov deyir ki, yaxşı
məhsulun alıcısı həmişə mövcuddur.
Onun sözlərinə görə, yaxşı tamaşanın tamaşaçısı mütləq olmalıdır: "Əgər teatr tamaşaçılara zövqlü tamaşa təqdim edirsə, tamaşaçı gələcək. Belə olmazsa,
olan-qalan tamaşaçını da itirə bilərik.
Ancaq bizim teatrın daimi
tamaşaçıları var. Daimi tamaşaçılarımız teatrın bütün repertuarını izləyirlər".
Buna baxmayaraq, teatr rəsmisi
hesab edir ki, tamaşaçını teatra cəlb etmək üçün həmişə
tədbirlər görmək lazımdır. Bunun üçün o reklam və
təbliğat məsələlərinə
diqqət yetirməyi vacib sayır. "Yanvar ayından mövsüm bağlanana qədər ayda 2-3 tamaşamızı reklam edirdik və bu zaman mən
reklamın gücünü gördüm. Onu da qeyd etmək istəyirəm ki, artıq teatrların
dirçəlmə dövrü başlayır. Yavaş-yavaş tamaşaçılar teatra
gəlirlər. Əvvəllər deyirdilər ki, video, kompüter tamaşaçıları teatrdan uzaqlaşdırır. Çünki tamaşalara videoda baxırlar. Ancaq tamaşanı canlı
görmək tamam başqadır. Mənə elə gəlir ki, tamaşaçılar, xüsusən də gənclər bunun fərqini artıq hiss edirlər", - deyə M.Həmidov bildirdi.
Teatrın direktoru söyləyir ki, tamaşaçı qıtlığına
müəyyən mənada
rejissor işi də təsir edir. O hər bir teatrın repertuar siyasətinin olmasının vacibliyini vurğulayaraq "repertuar teatrın simasıdır" - deyir. Gənc Tamaşaçılar Teatrında yaxşı rejissorların çalışdığını söyləyən müsahibim onların adlarını sadalayır. O xalq artisti Vaqif
Əsədovun, əməkdar
artist Rafıq Əliyevin,
teatrın baş rejissoru Loğman Kərimovun, rejissor və aktyor Nicat Kazımovıın hazırladığı tamaşaların böyük maraqla qarşılandığını
söyləyir.
Onunla söhbətdən öyrəndik
ki, sənət ocağına həm də başqa teatrlardan
rejissorlar dəvət
edilir. Məsələn, Milli Dram Teatrının
rejissoru Bəhram Osmanov yuxarıda adı çəkilən teatrda artıq 4 tamaşaya quruluş verib. Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi" əsərinə
quruluş vermək üçün Teatr Xadimləri
İttifaqının sədri Azərpaşa Nemətov teatra dəvət edilib. Qeyd edək ki, bu yaxınlarda tamaşanın
məşqlərinə başlanılacaq.
Bundan başqa, planda yaxın
xarici ölkələrdən
teatra rejissor dəvət etmək də nəzərdə tutulub.
Aktyor truppasının
əsasən gənclərdən
ibarət olduğunu dilə gətirən müsahibim deyir ki, teatrda eyni
zamanda orta və yaşlı nəsli
təmsil edən kifayət qədər aktyor var. Onun sözlərinə görə, rəhbərlik etdiyi teatrda aktyor pafosundan əsər-əlamət
yoxdur: "Bu teatrda ən zəif tamaşada ən zəif aktyor belə özündən asılı olmayaraq, tamaşanın ümumi ideyasına qulluq edir. Bizdə solo ifa, tərəf müqabilini eşitməmək, pafosla danışmaq və s. belə hallar yoxdur. Düzdür, 40-cı illərdən
60-cı illərə qədər
səhnədə pafos
hiss olunurdu. O zaman bunu dövr tələb
edirdi. O dövrdə aktyor pafosla danışmasaydı, çox güman ki, ona
baxan olmazdı. Amma Tofiq Kazımovun Milli Dram Teatrına gəlişilə tamaşalara lirik-psixoloji ovqat, təbiilik gəldi. Pafos yığışdırıldı. Tamaşadakı mahnıları müğənnilər
deyil, aktyorlar özləri oxumağa başladılar".
Gələcək planlarından söhbət açan müsahibim söyləyir ki, görüləsi işlər çoxdur. Onun dediklərindən məlum oldu ki, teatr təmirlə
əlaqədar əvvəlki
ritmindən çıxdıgına gorə bir qədər
gərginlik yaranıb.
Buna baxmayaraq kollektiv
noyabr ayında Bakı və Bakıətrafı
kəndlərdə səyyar
tamaşalarla çıxış etməyi planlaşdırır. Hətta xarici ölkələrə qastrol səfərlərinin
nəzərdə tutulduğunu
deyən M.Həmidov bildirdi ki, teatrın
tarixi, repertuarı barədə məlumatlar məktubla Türkiyə və Rusiyanın ayrı-ayrı şəhərlərinə
göndərilib.
Ayna.- 2006.- 11 noyabr.- S. 21.