İçərişəhərlə tanışlıq

 

Ölkəmizdə səfərdə olan Polşa Senatının sədri Boqdan Boruseviçin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri noyabrın 10-da İçərişəhəri gəzmişlər.
Şirvanşahlar sarayından başlanan gəzintini qonaqlar Qız qalasında davam etdirmişlər. Şirvanşahlar sarayında Key-Qubad məscidi, Seyid Yəhya Bakuvi türbəsi, sərq portalı ilə tanışlıqdan sonra Boqdan Boruseviç xatirə kitabına ürək sözlərini yazmışdır.
Qonaqlara məlumat verilmişdir ki, Bakıda qədim abidələrin qorunub saxlanmasına, inkişafına dövlət tərəfindən hərtərəfli diqqət qayğı göstərilir. Azərbaycan Prezidentinin Sərəncamı ilə İçərişəhər Dövlət tarix-memarlıq qoruğu yaradılmışdır.
Polşalı qonaqlar İçərişəhərdə xatirə şəkilləri çəkdirmişlər.

 

Xalq qəzeti.- 2006.- 11 noyabr.- S. 5.