İslam Ölkələri
Təhsil, Elm və
Mədəniyyət təşkilatınm
nümayəndə
heyəti ölkəmizə
rəsmi səfər edib
Noyabrın 23-də Doktor
Əbdüləziz bin Osman
əl-Tuveyeri başda olmaqla İslam Ölkələri
Təhsil, Elm və Mədəniyyət təşkilatının
(İSESKO) nümayəndə heyəti
ölkəmizə rəsmi
səfər edib.
Səfər çərçivəsində
Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya
İSESKO-nun "Sivilizasiyaların dialoqu səfiri" adının verilməsi, professor Aidə İmanquliyevanın "Yeni ərəb ədəbiyyatının korifeyləri"
əsərinin qeyd edilən təşkilat tərəfindən tərcümə
və çap edilmiş nüsxəsinin təqdimatı, habelə, Bakı Dövlət Universitetində İSESKO-nun kafedrasının
açılışı gözlənilir.
Səfər noyabrın 26-dək davam edəcək.
Azərbaycan müəllimi.- 2006.- 24 noyabr.- S. 4.