Behbudqızı S.
Füzulinin həyatı dram
tamaşasında
Füzuli rindü-şeydadır,
Həmişə xəlqə rüsvadır. Sorun, kim bu, nə sevdadır,
Bu sevdadan usanınazmı?..
Akademik Milli Dram Teatrı yeni tamaşasını təqdim etdi. Teatrın baş
rejissoru Mərahim Fərzəlibəyovun quruluşunda
Mirmehdi Seyidzadənin
"Füzuli" dramı.
Tamaşa haqqında təəssüratlarımı
kağıza köçürmək istəyəndə şairin yuxarıdakı bəndi, xüsusən şer parçasının son misrasının məna çalarına, məkan və zaman müxtəlifliyindən asılı olaraq gizlətdiyi
təfsirə kökləndiyini
hiss etdim. Çünki tamaşanın ilk səhnəsindən
sonuna qədər poeziya teatrı, qiraətçilik və deklamasiya ilə üz-üzə qalmağın qaçılmazlığı aydın oldu.
"Füzuli"
tamaşası Məhəmməd
Füzulinin (Füzuli Hüseynov) həyatınının Bağdad mərhələsindən danışır. Vaxtilə Azərbaycandan
indiki İraq məmləkətinin Kərbəla
şəhərinə| köçməli
olmuş, vətən həsrəti ilə dünyasını dəyişmiş Süleyman oğlu Məhəmmədin
şairlik istedadı, söz seçmək fəhmi onun şeriyyətinin şöhrətini aləmə yayıb. Günlərin bir günü şair təsadüfən
həmvətənləri Muğan
elindən Bağdada köçmüş Həbibinin (İlham Əsgərov) ailəsi, onun qızı Əsmərlə (Mehriban Zəki) tanış olur. Bu hörmətli ailənin
onun şeirlərindən
xəbərdar olmaları,
özlərinin də vaxtaşırı şer məclisi
təşkil etmələrini
bildikdə çox şad olur ki,
qürbətdə yaşadığı
vətən həsrətini
heç olmasa bu mühitin varlığı
ilə ovuda biləcək. Üstəlik, Füzulinin
qəzəllərinə heyran,
indi isə onun bütöv şəxsiyyətinə,
əyilməz xarakterinə
vurğunluq hissləri keçirən gənc Əsmərlə ən ülvi duyğularım qarşıhqlığı onu bəxtiyar edir. Lakin bu bəxtiyarlıq uzun çəkmir. Həbibinin evində düzənlənən
şeir məclislərinin
birində Füzuli də iştirak edir. Və təbii ki,
onunla saray şairi, daha doğrusu,
mədhiyyə ustası Şahin arasında münaqişə yaranır. Füzuli mədhiyyə yazmağı şairlik məşğuliyyətinə,
şeir sənətinə
yad, yabançı bir şey, saray
üsul idarəsini, şah, sultan, vali və xəlifələri
isə xalqın qanınıı soran "vicdansızlar" adlandmr.
Şahinlə (Əli Nur) onun məsləkdaşı
Pənahi (Kazım Abdullayev) isə onlan "kölgədə qoyan" Füzulini hakimiyyətə, dövlətin
idarəetmə sisteminə,
valiyə qarşı çıxmaqda ittihamlayırlar. Və tamaşaçıya aydın olur ki,
gözqamaşdırıcı istedadı ilə onlara maneə ola
biləcək Füzuli ilə bu münaqişənin
nəticəsi nə olacaq. Şahinlə Pənahi Füzulini
yollarından kənarlaşdırmaqdan
ötrü bütün vasitələrdən istifadə
edəcəklər. Belə də
olur. Bağdad valisinə (Sabir Məmmədov) sultan adından
göndərilən məktubda
Füzuliyə təqaüd kəsilməsini təmin etmək sərəncamı verilir. Lakin şairdən əvvəl saraya valinin mədhiyyəçiləri , Şahinlə Pənahi gəlirlər. Valinin ona təqaüd kəsməyə hazırlaşmağından
xəbər tutan kimi paxıllıqdan daha da şiddətlənir.
Şahinlə Pənahi Həbibinin evində baş verən münaqişəni bir az da şişirdib valiyə damşırlar. Əksər hökmdarlar, idarəedicilik
sükanını əlinə keçirən kəslər kimi öz fıkri,
müşahidə və nəticə çıxarmaq qabiliyyəti olmayan vali bundan sonsuz
dərəcədə hiddətlənir.
Füzulinin aradan götürülməsi əmrini verir. Bundan sonräkı səhnə Füzulinin valinin hüzuruna gəlib iki dəfə salam
verməsi, "salam verdim, rüşvət deyildir deyə almadılar" misrasının söyləməsi, vali ilə ağlın, istedadın qüdrətinin bütün hökmdarların qüdrətindən üstün, haqlı qürurlu olması
ətrafında mühakiməsi,
sonda Füzulinin məğrur görkəmlə, baş əymədən dönüb getməsi tamaşa zalında əks-səda doğurmalıydı...
Vali ilə Füzulinin münasibətlərini
kəskinləşdirən daha
bir məqam odur kı, eyş işrət düşkünü olan bu Bağdad hökmdarı da Əsməri sevir, ya da
hisslərini zənginliyə,
şöhrətə catmayan bu ciddi təbiətli
və duyğulu qızı da kənizlərindən
biri etmək, onu da sındırmaq
istəyir. Həbibinin evində üçünün
görüşü onunla nəticələnir ki, Əsmər zəhər tökülmüş şərabla valini öldürür. Təhlükədən qurtulan Füzuli
Əsmərdən ayrılmalı
olur. Onlar vidalaşırlar ki,
hisslərini sınaqdan keçirsinlər və Məcnunla Leylinin məhəbbətinin qəlblərində
kök saldığına əmin olandan sonra ömürlük qovuşub
səadət tapsınlar.
"Füzuli"
tamaşasında diqqətçəkən
aktyor ifası, personajın xarakterinin həlli, situasiyanın yozumu yalnız bəzi
səhnələrdə bir
iki aktyorun oyununda (məsələn,
Pənahi rolunun ifaçısı Kazım Abdullayev)
nəzərə çarpdı. Ümumilikdə nəzərə
çarpan o oldu ki, aktyorların fərdi bacanaq və potensialları tamaşaçı üçün ehtimal
səviyyəsində qaldı.
"Füzuli" tamaşasının rəssamı İlham Elxanoğludur. Səhnənin tavanından asılmış
Leyli ilə Məcnunun, ya da Əsmərlə Füzulinin portretləri çox da uğurlu
almayıb. Oğlanın rəsmi Şərq
miniatürləri ruhunda olsa da, qızın
təsviri qətiyyən
buna uyğun deyil. Tamaşanın musiqi tərtibatında
Fikrət Əmirov, Qara Qarayev və
Cahangir Cahangirovun musiqisindən istifadə olunub.
Həftə içi.- 2006.- 2 noyabr.- S. 8.