Ümid E.
Yaponiyada kuklaları qəbiristanlıqda
basdırırlar
Hamının Ələkbər
əmi kimi tanıdığı, respublikanın əməkdar artisti
Ələkbər Hüseynov sentyabr ayının birindən Abdulla Şaiq
adına Dövlət Kukla Teatrına baş rejissor təyin edilib. Bu, teatrın
keçmiş baş rejissoru Rəhman Əlizadə Gənclər Teatrının
mərhum baş rejissoru Hüseynağa Atakişiyevin yerinə dəvət
aldıqdan sonra baş verib. Ələkbər Hüseynov 1994-cü ildən sözügedən
teatrda həm aktyor, həm də quruluşçu rejissor kimi fəaliyyət
göstərib.
- İş elə gətirib ki, mən vəzifəyə yeni təyin olunduğum bir zamanda teatrımız iki illik təmirə bağlanır. Sözsüz ki, işimiz davam edəcək, amma başqa məkanda. Bir şey təsəlli verir ki, təmirdən sonra imkanlarımız daha da artacaq, çünki burada Avropa standartlarına uyğun yeni texnika quraşdırılacaq. Çox istərdim ki, kuklalarımız da gözəlləşsin.
Əslində, bu qısa vaxtda teatrımızda heç də az iş görülməyib. İki ay ərzində iki manaqlı tamaşanı – “Kral”ı və "Sizin saat"ı balacaların ixtiyarına verə bilmişik.
Təbii ki, uşaqlar üçün olmasına
baxmayaraq, kukla tamaşaları da təkcə əyləndirməli deyil,
həm də düşündürməlidir. Son tamaşamız "Bizim
saatda da müəyyən məna var. Bu tamaşa ilə
demək istəmişik ki,
indiki müğənnilərin əksəriyyəti gəldi-gedərdirlər, korifeylər isə
daima yaşayacaqlar.
Hazırda "Məlikməmməd" tamaşası
üzərində iş gedir. Yeni ilin ilk kvartalında isə Azərbaycan dilində "Bremen musiqiçiləri"ni və "Ələkbər əminin
dünya səyahəti"adlı
şou kukla tamaşasını təhvil verməyi planlaşdırmışıq.
Sonuncu tamaşada böyük kuklalar iştirak edəcəklər. Bu o demək deyil ki, tamaşa böyüklər üçün
olacaq. Hərçənd bizim vaxtilə böyüklər üçün də
tamaşalarımız olub və dünya praktikası da göstərir ki,
böyüklər kukla teatrına böyük maraqla gəlirlər. Amma hazırda burada göstərilən tamaşaların hamısının sırf uşaqlar üçün olmasını istəyirəm, çünki uşaqlarımızın buna ehtiyacı daha böyükdür.
- Kukla teatrına ilk gəlişiniz necə
baş
verib?
- Teatrda ilk addımlarımı 1982-ci ildə atmışam. İnstitutu bitirdikdən sonar
Şəki Dövlət Dram Teatrına təyinat almışdım. Ona da
5 il sərasər işləyəndən sonra
1988-ci ildə Gənclər
Teatrının baş rejissoru Namiq Ağayev tərəfindən baş rola dəvət aldım. Gənclər Teatrı özü də yenicə
yaranmışdı və bu işdə mərhum sənətkar Hüseynağa Atakişiyevin böyük xidməti olub. Onun quruluş verdiyi "Qətl günü", "Avtobus",
"Dadaşbala əməliyyatı"
kimi tamaşaların uğuru hələ də tamaşaçıların yadındadır. Gənclər Teatrında işə başlayarkən paralel olaraq Kukla teatrında
da "Pəri Cadu" tamaşasında Qurban rolunu oynayırdım. Daha sonra "Bülbül" monotamaşasını səhnəyə qoyduq. Bu tamaşanın səhnəyə
qoyuluşu
zamanı başa düşdüm ki, kukla
teatrı necə çətin, sintetik sənətdir və buna görə də bir yerdə
məskən salmaq qərarına gəldim və mən Kukla Teatrını seçdim. Elə dediyim "Bülbül" tamaşası 1989-cu ildə
Moskvada və 1990-cı ildə isə İranda beynəlxalq teatr festivallarında qalib oldu.
- Kukla teatrına gəlməzdən öncə
bu teatra marağınız var idi?
- Olub. Mənimlə bərabər dostum
və həmkarım Ayşad Məmmədov da bu işə
maraq göstərirdi. Biz onunla hələ Şəki Dövlət Dram Teatrında işləyə-işləyə uşaq
tamaşaları zamanı eksperimentlər aparırdıq və hətta bəzən balaca tamaşaçıların qarşısına öz düzəltdiyimiz adam boyda kuklalar çıxarırdıq.
- Yeri gəlmişkən, kukla tamaşalarının qəhrəmanları harada düzəldilir?
- Bizim kukla sexlərinə, kukla düzəldən mütəxəssislərə ehtiyacımız böyükdür. Hələ ki, öz imkanlarımızla məhdudlaşmalı
oluruq. Dünya praktikası göstərir
ki, ən yaxşı kukla düzəldən
sexlər elə teatrların özündədir.
Elə teatrlar var ki,
bu sahədə o qədər inkişaf ediblər ki, hətta xarici dövlətlərdən də
sifarişlər alırlar.
Kukla teatrının çətin məqamlarından biri də məhz budur ki, tamaşada iştirak
edən kuklalar hazır olanadək məşqlər başlana bilməz. Bu isə
təxminən 2 ay müddət
tələb edir.
Kuklalar nə qədər məharətlə düzəldilsə,
tamaşa da bir o qədər effektiv olar. Təəssüf ki, bizdə
kuklanı düzəltməyi
və oynatmağı öyrədən təhsil mərkəzi yoxdur. Bizim aktyorların əksəriyyəti
dram, kino aktyorluğu fakültəsini bitiriblər.
Buna görə də kukla teatrının incəliklərini məhz
burada,
iş prosesində öyrənmək məcburiyyətində
olmuşuq. Çox istərdim ki, Mədəniyyət və
İncəsənət Universitetində
kukla teatrı aktyoru fakultəsi də açılsın. Bu işin həyata
keçməsi üçün əlimdən gələni
etməyə hazıram.
- Bəlkə təşəbbüsü
elə öz üzərinizə götürəsiniz.
- Maraqlı təklifdir. Amma gərək hələ bir qədər gözləyim. Yoxsa deyərlər ki, iki aydır baş
rejissor seçilib, amma çox şeydən dəm vurur. Səhv etmirəmsə, məndən
öncə buranın Keçmiş baş rejissoru Rəhman Əlizadə də belə bir təklif
etmək istəyib.
Qeyd edim ki, dünya
praktikası üçün bu adi haldır. Bütün dünyada kukla rəssamı, aktyoru,
rejissoru hazırlayan institutlar var. Onların ən məşhuru Fransanın Şarl Levil Mezyer şəhərində yerləşir. Mən özüın də orada
olmuşam və hətta mühazirələr də oxumuşam. Onu da deyim ki,
maraqla qarşılanmışam. Almaniyada Köln şəhərində də bu sahə
yaxşı inkişaf edib. Özü də orada kuklaların
istehsal prosesi, hətta kukla tamaşalarının məşqləri
tamaşaçıların gözü önündə həyata keçirilir.
Yaponiyada isə kukla öz həyatını bitirəndə qəbiristanlıqda
basdırılır və başdaşında onun yaratdığı obrazlar haqqında məlumatlar əks olunur. Təsəvvür
edin orada kuklaya qarşı necə
hörmət və pərəstiş var! Ümumiyyətlə, Şərqdə teatr
əzəldən məbədgaha
bərabər tutulub, buna görə də aktyorlar tamaşaya başlamazdan öncə səhnədə yeri öpürlər.
- Bizim kukla teatrımız
xarici dövlətlərdə
olan kukla teatrlarından nə ilə geri qalır?
- Bizim beynəlxalq festivallarda fəal iştirakımız, tamaşaçıları təəccübləndirməyimiz hansı səviyyədə olduğumuzdan xəbər verir. Mən özüm 12 beynəlxalq
kukla teatrı festivalında olmuşam və heç birində
də başımız aşağı olmayıb, əksinə bizim ətrafımıza yığışıblar.
Buna görə də
deməzdim ki, xaricdəki kukla teatrları bizdən üstündürlər. Əksinə, bəzən yüksək inkişaf etmiş dövlətləri
təmsil edən kukla teatrlarının səviyyəsinə təəccüblənirəm. Axı bizdən fərqli
olaıaq onlara hər bir şərait
yaradılır.
İmpuls.- 2006.- 10-16 noyabr. –S. 15.