Rüstəmli B.

 

Gülşən Qurbanovanın son zarafatı

Ölümündən bir gün əvvəl o,

həmkarları ilə "əbədi

vidalaşmışdı"

 

Xalq artisti Gülşən Qurbanova ömrünün 56-cı payızında dünyasını dəyişib. Növbəti infarktdan sonra həyatla vidalaşan aktrisa dünən torpağa tapşırıldı. Dünən R.Behbudov adına Mahnı Teatrında onunla vida mərasimi keçirildi. Vida mərasimin ilk "qəribəliyi" mərasimin məhz bu məkanda keçirilməsi idi. Axı, Gülşən Qurbanova Gənc Tamaşaçılar teatrının aktrisası idi. Mərhumla vida mərasiminin ikinci "qəribəliyi" onun çox "sönük" keçməsiydi. G.Qurbanovanın cənazəsi Mahnı teatrının səhnəsinə gələni iki saatı keçsə , hələ mərhumun şəkli gözə dəymirdi. Nəhayət ki, cənazənin götürülməsinə yarım saat qalmış mərhumun şəkli cənazəsinin başından asıldı. Mədəniyyət Turizm Nazirliyinin məmurla da təşkilatçılığı baxımından fərqlənmirdi. Gələnlərin sayının çoxluğu bu soyuqluğu örtbasdır etdi. Mahnı teatrına daha kimlər gəlməmişdi?! Aktyorlar, rejissorlar, müğənnilər, aparıcılar...

Amma gələnlər arasında Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev gözə dəymirdi. Nazirin xalq aktrisasının dəfninə gəlməməsi "Bu sənət adamlarına hörmətsizlikdir. Artıq ikinci dəfədir ki, xalq artisti ilə vida mərasiminə nazir gəlmir" pıçhapıçı yaratmışdı. Nazirin yoxluğunu onun müavini Ədalət Vəliyevin gəlişi malalaya bilmədi. "Dünən rəhmətlik Gülsən xanımın sonuncu televerilişi efirə getdi. Biz onu Gənc Tamaşaçılar Teatrının səhnəsində yaratdığı çoxsaylı rollarından dövlət əhəmiyyətli tədbirlərdən tanıyıq. O, televiziya tamaşalarının bir çoxunda yaddaqalan rollar müəllifidir. Hər şeydən əvvəl isə Gülşən Qurbanova mülayim bir qadın idi, Elə dünən canlı yayımdan sonra sənət dostla ilə vidalaşarkən deyib ki, "bir iki gün sizinlə görüşməyəcəm, canım üzünüzü görməkdən, səsinizi eşitməkdən dincələcək". Bəlkə o, bunu bir zarafat kimi deyib. Onun ağlına da gəlməzdi ki, aramızdan birdəfəlik gedəcək".

Nitqindən görünürdü ki, nazir müavini çox həyəcanlıdır. O, mərasim iştirakçılana əməkdar artist Azər Mirzəyevi xalq artisti kimi təqdim etdi. Mərhumun sənət yoldaşları - xalq artisti Siyavuş Aslan, Firəngiz Mütəllibova, Azərpaşa Nemətov danışdı. Mərhumun səhnə həmdəmi A.Mirzəyev cütlüyün bütün gülüşlərinin elə burda bitdiyini dedi. "Bəlkə bir çoxlarına bu mərasim sönük gəlir, amma əsas odur ki, biz burdayıq. Mənim üçün Gülşəni əvəz edəcək həmdəm yoxdur".

Çıxışlar başa çatandan sonra Ə.Vəliyev yenidən tribunaya çıxaraq mərasimin başa çatdığını elan etdi. O anda sənət adamla bir suala cavab axtarırdı. Görəsən, ölkə prezidentinin evlə təmin etdiyi xalq artisti harada dəfn olunacaq? Bu sualın cavabı nazir müavinindən soruşmağa peşiman olduq. Ə.Vəliyev ona verəcəyimiz sualı başa düşüb "Canım, indi açıqlama yeridir?! Ayıbdır, belə yerdə ...", deyərək başını buladı. Bu da mədəniyyət turizm nazirinin "mədəniyyətli müavini!..

...Gülşən Qurbanova ilə vidalaşdıq.

Allah rəhmət eləsin!

 

Reytinq.- 2006.- 19 noyabr.- S. 17.