Nəzakət
“Vətənim mənim”
konserti anşlaqla keçdi
Dünyanın müxtəlif
ölkələrində fəaliyyət göstərən, ifa tərzləri,
repertuarları ilə seçilərək, məşhurlaşan musiqiçilərin
paytaxtımıza gələrək, konsert proqramı ilə çıxış
etməsi artıq bir ənənə halına çevrilib. Sənəti
sevən və ona pərəstiş edən musiqi sevərlər,
nəhayət ki, intizarla gözlədikləri, əslən
azərbaycanlı olan britaniyalı müğənni Sami Yusifin konsertində
iştirak etmək arzularına yetişdilər. Noyabrın 22-də Heydər
Əliyev adına İdman Konsert Kompleksində keçirilən konsert,
təbii ki, Sami Yusif sevərlərin yaddaşında əbədi olaraq
həkk olunacaq və bu konsertin təəssüratı onların daxili
dünyasına rahatlıq çökdürəcək.
Musiqisevərlərin böyük məhəbbətini qazanmış
Sami Yusif doğma vətənində konsert proqramı ilə çıxış
etməyi özünə şərəf duyduğundan və bu arzuya qovuşaraq,
özünü xoşbəxt saydığından səfər zamanı əldə
edəcəyi qonararından belə imtina etmişdir. Valideynləri
və ailəsi ilə birlikdə Azərbaycanın qonağı olan Sami
Yusif konsert keçirilən gün pərəstişkarlarını bir saatdan da
artıq intizarda qoysa da, həmvətənlərinə olan sevgisi,
məhəbbəti yaranmış məqamı arxa planda qoydu. Qeyd edək
ki, vətənə böyük bir sevgi ilə gələn Sami Yusif,
təəssüflər olsun ki, Azərbaycanda valideynlərinin
danışdığı bir dildə deyil, ingilis dilində soydaşları ilə
həmsöhbət oldu. Yəqin ki, ingilis dilini bilməyən bir
qism tamaşaçılar Sami Yusifin nə üçün tərcüməçidən istifadə
etmədiyini özözlərinə sual etmişdilər. Azərbaycana,
onun soydaşlarına hörmət bəsləyən şəxs, təbii ki,
onun dilinə də diqqət və qayğı ilə yanaşmağı
nəzərdən qaçırmamalıdır. Qeyd olunan iradları
nəzərə almasaq, deyə bilərik ki, Sami Yusifin konserti
çox» böyük anşlaqla keçdi. Bir saat yarımdan artıq davam edən konsert
proqramında müğənni ərəb, fars, ingilis dilində ifa etdiyi
İlahi musiqi nömrələri ilə yanaşı, Azərbaycana məxsus
olan musiqiləri də repertuarına daxil etməyi
nəzərdən qaçırmamışdır. Fortepiano arxasında gözəl ifa
edən sənətçi repurtuarına daxil etdiyi "Ayrılıq"
mahnısı ilə pərəstişkarlarını xüsusi olaraq
təsirləndirdi. Deyim ki, müğənni özü də bu mahnını çox
təsirli bir şəkildə iştirakçılara çatdırdı. Azərbaycan
dilinin, musiqisinin axıcılığı, melodikliyi, ən nəhayət
isə, şirinliyi Sami Yusifin ifasına yeni bir çalar, ovqat əlavə
etdi. "Azərbaycana gəldim, ata, anamın yurduna
gəldim"-deyən müğənni bu ifadələrlə
əslən azərbaycanlı olduğunu bir daha sübuta yetirdi.
"Vətənim
mənim" adlı konsert proqramında Sami Yusif orkestri ilə
Azərbaycanda məşhur olan "Ana", "Allahu Aliati"
kimi musiqi nömrələrini elə pərəstişkarları ilə
bahəm ifa etdi.
Səs.- 2006.- 24 noyabr.- S. 12.