Bakıda Sankt-Peterburq
mədəniyyət günləri
Nikolay Burov:
"Bakı şəhəri
qastrol üçün ən cazibəli şəhər hesab olunur"
Noyabrın 28-dən dekabrın 1-nə kimi Bakıda
keçiriləcək Sankt-Peterburq
mədəniyyət günlərində
iştirak etmək məqsədi ilə Sankt-Peterburq şəhər Mədəniyyət Komitəsinin
sədri Nikolay Vitaleviç Burovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.
APA-nın məlumatına
görə, dünən mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev komitə sədri N.V.Burovla, "Lenfilm" kinostudiyasının rəhbəri
O.V.Aqronenina, rejissor A.Pozdnyakov və Azərbaycanın Sankt-Pterbuqrdakı baş konsulu Qüdsi Osmanovla
görüşüb. Görüşdə
çıxış edən mədəniyyət və
turizm naziri Ə.Qarayev iki ölkə arasında
qarşılıqlı əlaqələrin
genişlənməsini yüksək
qiymətləndirib. Nazir
bildirib ki, qarşılıqlı əlaqələrin
inkişaf etdirilməsi üçün səfərlərin intensivləşməsi vacibdir.
Nazir Azərbaycanda yerləşən muzeylərin,
teatrların fəaliyyəti
ilə bağlı qonaqları məlumatlandırıb. Sankt-Peterburq şəhərinin
mədəniyyət üzrə
komitəsinin sədri
Nikolay Vitaleviç Burov Azərbaycanda olmaqdan qürur hissi keçirdiyini: "Azərbaycan tamaşaçıları hər zaman özünəməxsusluğu ilə
seçilib. Bakı şəhəri qastrol üçün ən cazibəli
şəhər hesab olunur". Görüş zamanı N.V.Burovla Əbülfəs Qarayev arasında 2007-2008- ci illər arasında qarşılıqlı əməkdaşlıq sahəsində protokol imzalanıb.
Xalq qəzeti.- 29 noyabr.- S. 2.