Bakıda Sankt-Peterburqa həsr edilmiş sərgi açılmışdır

 

Noyabrın 28-də İçərişəhərdəki bədii-sərgi salonunda Sankt-Peterburqa həsr edilmiş fotosərgi açılmışdır. Sərgi Azərbaycanda Sankt-Peterburq mədəniyyəti günləri çərçivəsində təşkil olunmuşdur.
Ekspozisiyada Rusiyanın şimal paytaxtı haqqında 34 fotoşəkil nümayiş etdirilir. Sərginin təşkilatçılarından biri Yelena Popova demişdir ki, son vaxtlar şəhərin tərtibatına böyük diqqət yetirilir. Şəkillərin əksəriyyəti Sankt-Peterburq gecələrinə həsr olunmuşdur.
Eksponatları Sankt-Peterburq hökuməti təqdim etmişdir. Sərgi bağlandıqdan sonra fotoişlər Bakıda qalacaqdır. Bu, Sankt-Peterburq hökumətinin Azərbaycanın Rus icması nəzdindəki Rus Mədəniyyəti Mərkəzinə hədiyyəsidir.


Xalq qəzeti.-2006.-29 noyabr.-S.2.