Behbudqızı S.

 

Misir mədəniyyət günləri basladı

 

Əbülfəs Qarayev: "Sonuncu gün də bu qədər təşəkkür eşitmək arzusu ilə..."

 

Noyabrw 21-dən 28-dək Azərbaycanda Misir mədəniyyət günləri keçiriləcək. Dünən "Azərbaycan " kinoteatrında mədəniyyət günlərinin açılış mərasimi baş tutdu. Mərasimi açıq elan edən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxışında qeyd etdi ki, Misir Ərəb Respublikasının Azərbaycanda mədəniyyət günləri ümumilikdə və xüsusən də Misir kinematoqrafçılarının əsərləri ilə tamşlıq imkanı bizim üçün doğrudan da böyük bayramdır.

Ə.Qarayev: "Hər birimiz yaxşı xatırlayırıq ki, uzun illər bundan əvvəl Misir kino sənətinin nümunələrini böyük maraq və həsrətlə izləyirdik. Bu ölkənin mədəniyyət günlərinin məhz fılmlərin nümayişi ilə başlaması şəxsən məndən ötrü çox sevindirici hadisədir. Qeyd etməliyəm ki, ötən il Misir Ərəb Respublikasında Azərbaycan mədəniyyət günləri böyük ıığurla keçmişdi. Misirlilər Azərbaycan mədəniyyəti və incəsənətinin ən müxtəlif sahələri ilə tanış olmuş və biz onlardan yeni-yeni görüşlər arzusu ilə ayrılmışdıq. Belə yeni görüşlərdən biri bu gün başlayır və inanıram ki, Azərbaycanda əsl mədəniyyətin nə demək olduğunu duyanlar, xüsusən onun Şərq qolunun ecazkarlığına biganə qalmayanlar son dərəcə zəngin təəssürat qazanacaqlar".

Daha sonra açılış mərasimində çıxış edən Misir nümayəndə heyətinin üzvləri - Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, Misirin mədəniyyət naziri və digərləri Misirlə Azərbaycan arasında mədəni əlaqələrin çox dərin köklərə malik olduğunu dedilər. Qonaqlar vurğuladılar ki, bu əlaqələrin münbit kökə malik olması iqtisadi və digər əlaqələrin də formalaşmasına imkan verə bilər. Qonaqlar istənilən iki ölkənin münasibətində mədəniyyət sahəsinin digər sahələri həmişə üstələdiyini, bu cür tədbirlərin əlaqələrin yaxınlığına daha bir sübut olduğunu dedilər. Misir nümayəndə heyətinin üzvləri açılış mərasiminin iştirakçılarına müraciətdə Misir mədəniyyət günləri ərzində Misir folkloru və musiqisi ilə təmasdan Azərbaycan dinləyici və tamaşaçılarının qəlbini alovlandıracaqlarına inandıqlarını qeyd etdilər.

Misirli qonaqlar iki ölkə arasında əlaqələrin inkişafının       yetkınlık dovru keçirdiyinə görə Misirin və Azərbaycanın prezidentlərinə, mədəniyyət nazirlərinə dönə-dönə dərin təşəkkürlərini bildirdilər. Açılış mərasiminin sonunda Ə.Qarayev qonaqlara müraciətlə mədəniyyət günlərinin sonuncu günündə də bu qədər təşəkkür eşitmək arzusunu olduğunu bildirdi...

Azərbaycanda  Misir mədəniyyət günləri çərçivəsində Misir kinosu günləri "Yuxusuz gecələr" bədii filmi ilə açıldı. Misir kinosu günləri ərzində nümayişlənəcək filmlər 1960-cı və son 10 ildə istehsal olunmuş ekran əsərləridir. Noyabrın 22-də "Nizami" kinoteatrında "Fatimə", 23-dən 26-dək isə "Araz" kinoteatrında "İsgəndəriyyə... nə üçün?", "Bülbülün duası", "Vətəndaş detektiv və oğru" və “Unudulmuş şəxs” bədii filmləri Bakı kinosevərlərinə təqdim olunacaq.

Dünən həmçinin Azərbaycan Dövlət Filarmoniyasında Misirli musiqçilərin çıxışları da oldu. Bu çıxışlar noyabrın   23-də Bakı Xoreoqrafiya   Məktəbində və uşaq filarmoniyasında da olacaq.  Misir mədənıyyət   günləri   ərzində bədii sərgi salonunda  Misirin fırça ustalarının əl işlərindən ibarət sərgi də  keçiriləcək.

Həmin gün misirli incəsənət  xadimləri Sumqayıt şəhərində, noyabrın 24-26-da isə Şoki  şəhərində  çıxış  edəcəklər. Azərbaycanda Misir mədəniyyət günlərinin yekun tədbiri olaraq Atəşgah məbədinə və Qobustan tarixi arxeoloji qoruğuna ekspedisiya da təşkil olunacaq.

 

Həftə içi.- 2006.- 22 noyabr.- S. 8.