Misir mədəniyyət günlərinin iştirakçıları rəsm sərgisində olmuşlar
Noyabrın 21-də Bədii
Sərgi Salonunda Misir rəssamlarının əsərlərinin
sərgisi açılmışdır.
Qonaqları salamlayan
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev ilk dəfə keçirilən bu sərginin ölkələrimizin
incəsənət sahəsində
əlaqələrinin genişlənməsinə
təkan verəcəyinə
ümidvar olduğunu bildirmişdir.
Misir İncəsənət və Mədəniyyət Akademiyasının
rektoru Əsməd Əli Yahya, gənc rəssam Yaser Mangi və
Misirin ölkəmizdəki
səfiri Yusif Əhməd İbrahim əl-Şarkavi sərginin ölkələrimiz
arasında mədəni əlaqələrin möhkəmlənməsinə
kömək edəcəyini bildirmiş, bu cür tədbirlərin
hər iki ölkədə keçirilməsinin
vacibliyini vurğulamışlar.
Qonaqlar Misir mədəniyyət günlərinin
yüksək səviyyədə
təşkilinə görə
Azərbaycan hökumətinə
minnətdarlıqlarını bildirmişlər.
Rəmzi qırmızı lent kəsildikdən sonra iştirakçılar sərgidə Misirin 9 rəssamının qrafika və boyakarlıq janrlarında 20-dək əsəri ilə tanış olmuşlar. Rəsm əsərlərində
Misirin tarixi, müasir mədəniyyəti
yeni çalarlarda əks olunmuşdur.
Azərbaycan.- 2006.- 22 noyabr.- S. 3.