Azərbaycanda İsrail
filmləri həftəsi başlayıb
Azərbaycan Dövlət
Dillər Universitetində Azərbaycanda İsrail filmləri
həftəsinin açılışı keçirilib.
APA-nın məlumatına
görə, mərasimdə çıxış edən İsrailin Azərbaycandakı
səfiri Artur Lenk bildirib ki, noyabrın 29-na kimi keçiriləcək
İsrail filmləri həftəsi çərçivəsində Bakı, Sumqayıt,
Lənkəran və Qubada 15 film göstəriləcək. Açılışdan sonra "Suriyalı gəlin" filmi və Azər
Qəribovun İsraildə
"Oralar" proqramı
çərçivəsində çəkdiyi
5 filmindən biri nümayiş etdirilib. Tədbirə İsrail parlamentinin vitse-spikeri Amnon Koen və deputat
Sofa Landver də qatılıblar. Dillər Universitetinin
rektoru, millət vəkili Səməd Seyidov ali
məktəb və İsrail arasında əlaqələrin geniş tarixi olduğunu bildirib. O, hazırda universitetdə ivrit dili və Yəhudi
Mədəniyyət Mərkəzinin
fəaliyyət göstərdiyini,
təhsil ocağının 9 tələbəsinin ivrit dlini öyrəndiyini deyib.
Hüriyyət.- 2006-23-26 noyabr.- S.15.