Zəhra
Bakıda İsrail Filmləri
Həftəsi başlayıb
Noyabrın 19-da Bakıda İsrail
filmləri həftəsinə start verilib. Qeyd edek ki, bundan
əvvəl iki dəfə şəhərimizdə İsrail
Filmləri Həftəsi baş tutub. Həfte ərzində İsrail
kinorejissorları tərəfindən lentə alınan ən
keyfiyyətli fılmlər nümayiş olunacaq.
İsrailin ölkəmizdəki
səfirliyindən verilən məlumata görə, filmlər
təkcə paytaxtda deyil, Quba, Sumqayıt və Lənkəran
şəhərlərində də nümayiş etdiriləcək. "Kolumbiya
məhebbeti", "Evlənmək", "Suriyalı
gəlin", "Dünyanın sonunda sola dön", "Or",
"Salam, Müsyö Şlomi" adlı ekran əsərləri və
israilli tələbələrin lentə aldıqları qısametrajlı filmlər
təqdim olunacaq. Adları çəkilən filmlərin hər biri
Kann, Toronto, Yerusəlim və digər festivallarda mükafatlara
layiq görülüb. Tədbir çərçivəsində israilli qonaqlar ilk
olaraq "Suriyalı gəlin" filmini azərbaycanlı tamaşaçılara
göstəriblər. Bakı Dövlət Universitetində, "İbrus"
Teatrında və Kinematoqrafçılar ittifaqında "Yəhudi evi"
filmi göstəriləcək. Ümumilikdə tədbirçərçivəsində
6 tammetrajlı, 5 qısametrajlı filmin 15 dəfə nümayiş etdirilməsi
nəzərdə tutulub.
525-ci qəzet.- 2006.- 21 noyabr.- S. 7.