Mirzəbəyli  İ.

 

Mehriban Əliyeva İSESCO-nun ilk xanım xoşməramlı səfiri elan edildi

 

İSESCO-nun baş direktoru: Mehriban xanıma bu qurumun ən yüksək fəxri adının verilməsi ilə əməkdaşlığımız bundan sonra daha da genişlənəcəkdir
Azərbaycanın islam ölkələri ilə, müsəlman dünyası ilə və bu dünyanı təmsil edən beynəlxalq təşkilatlarla əməkdaşlığı heç zaman sırf dini xarakter daşımayıbdır.
Biz həmin ölkələrlə, həmin təşkilatlarla siyasi, diplomatik, elmi, mədəni, ümumiyyətlə, cəmiyyət həyatının müxtəlif sahələrində əməkdaşlıq edirik. Bu əməkdaşlıq gələcəkdə inkişaf etdiriləcəkdir.
Heydər Əliyev
Ümummilli lider
Müstəqil Azərbaycan dövlətinin təhsil, elm, mədəniyyət sosial həyatın digər sahələrində əldə etdiyi uğurlar iqtisadi siyasi uğurlarla bərabər olaraq artır. BMT, Avropa Şurası, Avropa İttifaqı, ATƏT digər beynəlxalq təşkilatlar öz hesabatlarında göstərirlər ki, Azərbaycanda həyata keçirilən siyasi islahatlar bu ölkənin cəmiyyətini getdikcə daha da demokratikləşdirir. Qitə dünya miqyaslı maliyyə təşkilatları da öz hesabatlarında ölkəmizin iqtisadi inkişafını region dövlətləri üçün nümunə göstərirlər. Lap bu günlərdə Avropa Yenidənqurma İnkişaf Bankı öz hesabatında göstərirdi ki, Azərbaycan iqtisadi artımın sürəti baxımından dünyada liderə çevrilibdir.
Beynəlxalq siyasi, iqtisadi maliyyə qurumlarının həmin hesabatları ilə yanaşı, ölkəmizin humanitar sahədə əldə etdiyi uğurlar da beynəlxalq ekspertlərin diqqətindən yayınmır.
2004-cü ilin yayında yaradılmış Heydər Əliyev Fondunun Azərbaycanda həyata keçirdiyi layihələr, xüsusənYeniləşən Azərbaycana yeni məktəbproqramı, internat məktəblərinə, uşaq evlərinə xüsusi təlim-tərbiyəyə möhtac olan əlil uşaqların yaşadığı müəssisələrə yardım göstərilməsi layihələri, Azərbaycanın qeyri-maddi mədəni irsinin beynəlxalq səviyyədə mühafizə edilməsinə nail olunması, muğama xalq sənətkarlarına ən yüksək səviyyədə qayğı göstərilməsi digər tədbirlər bu fondu çox qısa bir zamanda beynəlxalq aləmdə tanıtdı. Beynəlxalq aləmdə humanitar məsələlərlə məşğul olan ən mötəbər təşkilat — YUNESKO ölkəmizdə reallaşdırılan həmin tədbirləri gördü, bəyəndi alqışladı. Nəticədə YUNESKO rəhbərliyinin qərarı ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu mötəbər beynəlxalq təşkilatın xoşməramlı səfiri adına layiq görüldü. Sonralar YUNESKO-nun baş katibi Koutsuri Matsuura Azərbaycanda olmuş, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə şəxsən tanış olduqdan sonra demişdi ki, biz xanım Əliyevaya YUNESKO-nun xoşməramlı səfiri fəxri adını verərkən təmsil etdiyimiz beynəlxalq təşkilatın qədər ədalətli bir qurum olduğunu bir daha sübut etmişik.
Fondun yaradılmasından iki il yarım ötəndən sonra Azərbaycan vətəndaşları ümummilli liderin adını daşıyan fondla bağlı daha bir beynəlxalq təşkilatdan xoş xəbər aldılar. İslam Ölkələri Təhsil, Elm Mədəniyyət Təşkilatı (İSESCO) da Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanı xoşməramlı səfir adına layiq gördüyünü elan etdi. Bu beynəlxalq təşkilatın nümayəndələri yeni xoşməramlı səfirin cəmiyyət qarşısındakı xidmətlərini xarakterizə edərkən obyektiv fikir söyləmişlər: “Münaqişələrin qarşısının alınmasında, sivilizasiyalararası dialoqun aparılmasında xidmətlərinə, İslam aləmində görülən işlərə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, təhsilə verdiyi böyük dəstəyinə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva İslam Ölkələri Təhsil, Elm Mədəniyyət Təşkilatının (İSESCO) xoşməramlı səfiri adına layiq görülür”.
Noyabrın 23- Heydər Əliyev Fondunda görkəmli şərqşünas alim Aida İmanquliyevanınYeni ərəb ədəbiyyatının korifeylərikitabının təqdimatı ilə birlikdə Mehriban xanım Əliyevaya yeni fəxri adın verilməsi mərasimi keçirildi. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Bakı Dövlət Universitetinin professoru Vasim Məmmədəliyev hər iki məsələ barədə ətraflı məlumat verməklə yanaşı, İSESCO-nun Azərbaycan həqiqətlərini məhz olduğu kimi görərək, obyektiv qiymətləndirməsini, ümumiyyətlə, bəşəriyyət üçün yüksək nümunə kimi dəyərləndirdilər. Çünki istənilən ədalətli qərar mütləq kimə ya kimlərəsə nümunə kimi göstərilir. Nüfuzlu beynəlxalq təşkilatın qəbul etdiyi qərar təbii ki, hörmət ehtiramla qarşılanır. İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri isə öz çıxışında maraqlı məqamlara toxundu:
Mehriban xanıma bu qurumun ən yüksək fəxri adının verilməsi ilə əməkdaşlığımız bundan sonra daha da genişlənəcəkdir. İSESCO-nun tarixində ilk dəfədir ki, bu ad xanıma verilir. Mehriban xanım sivilizasiyalararası dialoq digər cəsarətli fəaliyyəti çərçivəsində gördüyü genişmiqyaslı işlərə görə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, təhsilə verdiyi böyük dəstəyə görə bu ada tam layiqdir. Cəmi 4 nəfər bu adı alıbdır. Dünyanın bu ağır günlərində, cəsarətli insanlara ehtiyac duyulduğu bir zamanda, münaqişələrin qarşısının alınmasında, sivilizasiyalararası dialoqun aparılmasında xidmətlərinə, islam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban xanıma İSESCO-nun ən yüksək adını veririk. Bu, İSESCO-ya da, İslam aləminə şərəf gətirəcəkdir”.
Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva rəhbərlik etdiyi qurumun həyata keçirdiyi tədbirlər, adı çəkilən beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün yaranmış imkanlar, əlaqələrin perspektivi digər məsələlər ətrafında danışdıqdan sonra həm ölkə mətbuatı, həm dünyanın kütləvi informasiya vasitələri üçün maraqlı olan bir məqama toxundu: “Heydər Əliyev Fondu İSESCO-nun YUNESKO-nun prinsiplərinə əsaslanaraq hesab edir ki, çətinliklərlə üzləşmiş digər dövlətlərə xalqlara da kömək etmək çox vacibdir. Məhz buna görə Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə ümumtəhsil məktəbi inşa edilir”.

 

 

 

 

 

 


Beləliklə, dünyanın 57 ölkəsini birləşdirən, 24 il ərzində çox nəcib bir missiyanı yerinə yetirən İSESCO təşkilatı Azərbaycanda həyata keçirilən proqram layihələri məhz olduğu kimi qəbul edərək özünün ədalətli qərarını verdi. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva İSESCO-nun da xoşməramlı səfiri elan edildi. Bu qərar hər bir azərbaycanlının fəxr edəcəyi qərardır.
 
Xalq qəzeti.- 2006.- 26 noyabr.- S. 2.