Humay
Türk yazarlarının əsərlərini
oxumaq imkanı artacaq
Türkiyənin məşhur
şairlərindən olan
Atilla İlhanın vəfatından bir il ötdü.
Onu Türkiyənin ölkəmizdəki səfirliyinin
Mədəniyyət və
Tanıtım müşavirliyi qələm əhli ilə birlikdə dünən M.F.Axundov adına Milli
Kitabxanada yad çtdi. Məlum oldu ki, bundan sonra belə
tədbirlər silsilə
xarakter daşıyacaq. Tədbirdə çıxış edən
Milli Kitabxananın müdiri Kərim Tahirov öncə bütün Türkiyə vətəndaşlarını Cümhuriyyətin
83 illiyi münasibətilə
təbrik etdi. Bildirdi ki, vaxitlə M.K.Atatürkün qurduğu bu Cümhuriyyət indi Avropa Birliyinin
astanasındadır. Daha
sonra Türkiyənin şair və yazıçılarından
danışan K.Tahirov təəssüflə dedi ki, 70 il
Türkiyədən gətirilən
kitablar qaranlıq otaqlarda saxlanılırdr. "Onları oxumağa
imkan verilmirdi. Biz yalmz Nazim
Hikməti tanıyırdıq.
Amma bu gün türkiyəli
şairlərin əksəriyyətini
tanıyırıq. Atilla İlhan
da onlardan biridir. O, mübariz şair idi. Heç kəsin
deyə bilmədiklərini
Atilla İlhan ictimaiyyət arasında çəkinmədən söyləyirdi.
Ona görə də onu sevməyənlərin sayı daha çox
idi".
Kitabxana müdirinin
dediklərindən belə
məlum oldu ki, Axundov adına Milli Kitabxanadan Türkiyə Milli Kitabxanasına vermək üçün 700 kitab ayrılıb. Yaxın gələcəkdə
kitabxana rəhbərliyi
Türkiyəyə yola düşəcək və hər iki kitabxana
rəhbərlikləri arasında
qarşılıqlı əməkdaşlıq
haqqında saziş imzalanacaq: "Bu da o deməkdir ki, azərbaycanlı oxucular kitabxanamızın elektron imkanlarından istifadə edərək istədikləri
türk yazarının əsərlərini oxumaq imkanı əldə edəcəklər. Biz bu cür tədbirləri
bundan sonra da davam etdirməyi
düşünürük. Çünki bu,
bizim qarşılıqlı mədəniyyətimizin inkişafına
xidmət edir".
Türkiyənin öikəmizdəki
səfirliyinin Mədəniyyət
və Tanıtım müşaviri, doktor Fəthi Gədikli yazarların həyatını bilməyin də önəmli olduğunu bildirdi və Atilla İlhanın həyatı ilə iştirakçıları
Azərbaycan ziyalılarından
Tofiq Abdin əvvəlcə A.İlhanın bir şeirini səsləndirdi,
sonra da onunla olan xatirələrindən
danışdı: "Atilla İlhanın böyüklüyü onun sadəliyindədir. O,
mənim üçün milli şairdir. Bu
gün İlhanın burada anılması sevindirici haldır". Tədbirin sonunda Bakı Slavyan
Universiteti Türkiyəşünaslıq
fakültəsinin I kurs tələbələri və
bir neçə aktyor tərəfindən A.İlhanın şeirləri səsləndirildi və əsərlərinin bir qismi (10 ad-da kitab) müşavirlik tərəfindən Milli Kitabxanaya hədiyyə edildi.
Xalq cəbhəsi.- 2006.-
1 noyabr.- S. 13.