Rəna
Azərbaycan kitabı
Almaniyada nümayiş olunub
MEA-nın Mərkəzi Elmi
Kitabxanasının direktoru Aybəniz Əliyeva-Kəngərli
Frankfurtda Azərbaycan nəşrlərinə xüsusi maraq
göstərildiyini deyir
Bu günlərdə
Frankfurtda növbətı beynəlxalq kitab sərgisi təşkil edilib
və Azərbaycan kitabı ilk dəfə həmin sərgidə
nümayiş olunub. Sərgi iştirakçılarından Milli Elmlər Akademiyasının
Mərkəzi Elmi Kitabxanasının direktoru, fılologiya elmləri
namizədi Aybəniz Əliyeva-Kəngərli altı əsrlik bir
tarixə malik bu mötəbər tədbirdə Azərbaycanın da
təmsil olunmasının diqqətəlayiq hadisə kimi
dəyərləndirir: "Sərgidən təxminən bir ay
öncə Milli Elmlər Akademiyasına Xarici İşlər Nazirliyindən
bildirdilər ki, bu il ilk dəfə olaraq Frankfurtda
Azərbaycan kitabı nümayiş olunacaq və rəhbərlik
tərəfindən həmin sərgidə Azərbaycan
stendinin qurulması, kitablarla təmin olunması, müvafiq ədəbiyyatın
seçilərək sərgi iştirakçılarına paylanması Mərkəzi
Elmi Kitabxanaya tapşırıldı. Həmin bir ay ərzində biz
Azərbaycanın tarixini, ədəbiyyatını, mədəniyyətinı,
musiqisini, iqtisadiyyatını, Dağlıq Qarabağ həqiqətlərini,
erməni vandalizmini və terrorizmini, beynəlxalq münasibətlərimizi
və s. özündə əks etdirən yüksək poliqrafik üslubda,
müasir tərtibatda nəşr olunmuş 220 adda ədəbiyyat seçdik
və Frankfurtda keçirilən sayca 58-ci beynəlxalq kitab
sərgisinə yollandıq".
A.Əliyeva-Kəngərlinin
sözlərinə görə, Frankfurt beynəlxalq kitab sərgisi Almaniya
Naşirlər və Kitab ticarətçiləri Assosiasiyasının
həyata keçirdiyi həm təşkilati, həm də elmi-mədəni
nöqteyi nəzərdən çox yüksək səviyyəli tədbirdir.
Hər il oktyabr ayında dünyanın müxtəlif yerlərindən yüz minlərlə
insan bu sərgidə iştirak etməyə can atır. Sərgiyə
eksponent kimi düşmək isə olduqca çətindir. Bunun üçün
bir-neçə ay əvvəldən akkreditə olmaq, sərginin keçirildiyi
qələməbənzər, 156 metrlik Messeturm adlı binada pavilyon
almaq, pavilyonun yerini müəyyənləşdirmək lazımdır:
"Bir məlumatı da diqqətə çatdırmaq istərdim ki, okyabr
ayında Frankfurtda beynəlxalq sərgi ilə əlaqədar bütün
qiymətlər 6-7 dəfə qaldırılır. Bütün bu işləri
yerinə yetirdiklərinə, xərcləri öz üzərlərinə
götürdüklərinə görə mən AMEA-nın prezidenti akademik Mahmud
Kərimova, Azərbaycanın Almaniyadakı Pərviz
Şahbazova dərin təşəkkürümü bildirirəm. Həmçinin
sərgi zamanı bizə dəstək olmuş Dünya Azərbaycanlıları
Konqqesinin Frankfurt nümayəndəliyinin üzvlərinə,
Almaniyada diaspor fəallarımızdan olan Başar Kömürə də
minnətdaram. Birmənalı şəkildə demək olar ki, bu
sərgi öz eksponentləri, eksponatları, ziyarətçiləri,
əhatə dairəsi, qədimliyi və müasirliyi ilə dünyanın
başqa ölkələrində keçirilən sərgilərdən çox
fərqlənir. Məsələn, ötən il Moskvada
keçirilən və bizim də iştirakçısı olduğumuz "Nonfıction"
kitab sərgisində 30 min kvadratmetrlik ərazidə 50 ölkədən
150 min kitab nümayiş olunmuşdusa, Frankfiırtda 172 min kvadrat-metrlik bir
ərazidə 113 ölkədən 400 min kitab və multimedia
məhsulları sərgiləndi, sərgidə 7272 eksponent, 280
mindən yuxarı ziyarətçi iştirak etdi, sərgi
çərçivəsində 2500 irili xırdalı tədbir keçirildi".
A.Əliyeva-Kəngərli
Azərbaycan kitabının hər hansı bir beynəlxalq sərgiyə
aparılarkən guya orada satışa çıxarıldığı barədə fikirlərin
kökündən yanlış olduğunu vurğulayır: "Məsələn,
Frankfiırt kitab sərgisi əvvəllər həm də
satış-yarmarka xarakteri daşıyıb, ona görə də "Frankfurt kitab
yarmarkası" adı ilə fəaliyyət göstərib. Lakin 2000-ci
ildə Almaniya hökumətinin qərarı ilə bu tədbirə
sərgi statusu verilib və burada kitabların satışına qadağa qoyulub.
Bu sərgidə 1976-cı
ildən hansısa bir ölkə fəxri qonaq kimi çıxış edir, həmin
ölkənin ədəbiyyatı daha çox diqqət mərkəzində
olur".
Kitabxana rəhbəri deyir ki, Azərbaycan sərgidə ilk dəfə iştirak etdiyindən, neft və energetika sahəsində irimiqyaslı layihələrlə dünyada tanındığından, qlobal informasiyanın regional mərkəzi olduğundan aparılan eksponatların zənginliyinə xüsusi diqqət yetirilib: "Çalışmışdıq ki, elmi tutumu, mədəni əhəmiyyəti, poliqrafık icrası ilə fərqlənən kitabları özümüzlə aparaq. Üstünlüyü isə əsasən dövlət başçısının sərəncamı ilə latın qrafıkasında çıxan kitablara vermişdik. Bununla yanaşı, Heyder Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və nəşriyyatların böyük əksəriyyətinin nəfis tərtibatlı, sanballı nəşrlərini sərgidə nümayiş etdirdik. Ümummilli lider Heydər Əliyevin şəxsiyyəti, siyasi fəaliyyəti ilə bağlı nəşrlər guşəmizi ziyarət edənlərdə xüsusi maraq doğurdu".
A.Əliyeva - Kəngərlinin fikrincə, bu sərgi həm Azərbaycanı təbliğ etmək, həm ölkənin elmini, mədəniyyətini dünyaya tanıtmaq, həm də təcrübə mübadiləsi aparmaq baxımından qarşıda yeni real imkanlar açıb: "Minlərlə həmkarımızın iştirak etdiyi belə bir sərgi kitabxanaçılıq və kitabçılıq sahəsindeki bilik və bacarıqlarımızı artırmağımıza, beynəlxalq kitab mübadiləsi istiqamətində gördüyümüz işləri daha müasir səviyyədə yerinə yetirməyimizə təkan verdi. Biz sərgi zamanı ikitərəfli və çoxtərəfli görüşlər keçirdik, dünyanın bir sıra tanınmış kitabxana və nəşriyyatları ilə əməkdaşlıq sazişləri imzaladıq. Onların arasında "Hallimar", "Mekong Press", "Elsevier" kimi nəşriyyatlar, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, Frankfurt Universitetinin kitabxanası və başqaları var".
Azərbaycandakı bir neçə nəşriyyatın nümayəndələri də sərgi çərçivəsində Frankfurtda olublar: "Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat şöbəsinin məsul işçisi şair Çingiz Əlioğlu, “Çap-poliqraf” nəşriyyatının direktoru Qoşqar Qarayev, “As-poliqraf”, "Çinar-çap", "Çaşıoğlu", "Təhsil", "Tutu", "Altun kitab" və başqa nəşriyyatların nümayəndələri sərgidə çox fəal iştirak etdilər. Biz orada gördük ki, bugün dünyada kitabxana və nəşriyyat işində informasiya texnologiyaları çox səmərəli şəkildə tətbiq olunur. Sərgiyə təqdim olunmuş ədəbiyyatın 30 faizi rəqəmli formatda idi, 50-dən çox kitabxana, 500-dən artıq nəşriyyat isə sərgiyə ancaq audiokitablar gətirmişdi. Sərgidə nümayiş olunan digər çap eksponatlarının yalnız 43 faizi ənənəvi nəşr formasında idi. Bütün bunlar göstərir ki, kitabxana işi, nəşriyyat fəaliyyəti artıq tamam başqa standartlarla inkişaf edir".
525-ci qəzet.- 2006.- 7 noyabr.- S. 6.