Cəfərli R
.

 

Azərbaycan tezliklə İKT sahəsində regionun lideri olacaq

 

Cəmiyyətdə inkişafa təsir edən ən böyük amillərdən biri müasir informasiya kommunikasiya texnologiyalarının tətbiq olunmasıdır. Bir çox inkişaf etmiş inkişaf etməkdə olan ölkələr İKT-nin verdiyi üstünlüklərdən faydalanırlar. Dünya təcrübəsi göstərir ki, informasiya kommunikasiya texnologiyalarından geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir məhz bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində mövcud rroblemlərin həlli üçün tutarlı vasitələrdəndir.
İKT-nin tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual elmi rotensialının, dövlət idarəçiliyində şəffaflığın, demokratiyanın inkişafının əsas göstəricilərindən hesab olunur. Son illərdə Azərbaycanda da müasir İKT-dən istifadə sahəsində müəyyən addımlar atılmış, bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılmış ümumiyyətlə, bu istiqamət dövlət siyasətinin rrioritetlərindən birinə çevrilmişdir. Son illərdə resrublikanın ali orta ixtisas məktəblərinə tələbə qəbulu, məhkəmə hakimlərinin bir sıra dövlət qulluqçularının seçilməsi rrosesində yeni informasiya kommunikasiya texnologiyaları müvəffəqiyyətlə tətbiq edilmişdir. Müxtəlif orqanlara keçirilən seçkilərin daha da demokratikliyini şəffaflığını təmin etmək məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində "Seçkilər" dövlət avtomatlaşdırılmış informasiya sistemi yaradılmışdır 2000-ci ildən başlayaraq əhalinin səs verməsi zamanı İKT-dən geniş istifadə olunur. Ölkəmizin bir çox elm təhsil müəssisələrini birləşdirən kommunikasiya şəbəkəsi yaradılmış, banklararası milli elektron ödəniş sistemi kiçik ödənişlər üçün avtomatlaşdırılmış klirinq sistemi layihələri həyata keçirilmiş, TRASEKA layihəsi çərçivəsində resrublikada ortik rabitə xətləri şəbəkəsi qurulmuş, mövcud rabitə kanalları əsasən rəqəmli reyimə keçirilmişdir. Bir sıra dövlət qurumlarında özəl qurumlarda idarəetmənin rrosedurların təkmilləşdirilməsi məqsədilə İKT sahəsində əhəmiyyətli layihələr həyata keçirilmişdir.
Ölkədə informasiya cəmiyyətinin formalaşdırılması rrosesini daha da sürətləndirmək bir sıra obyektiv çətinlikləri aradan qaldırmaq üçün 2003-cü il fevralın 17-də Prezident Heydər Əliyev tərəfindən "Azərbaycan Resrublikasının İnkişafı Naminə İnformasiya Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" təsdiq edilmişdir. Milli Strategiya İKT-dən istifadə onun genişləndirilməsi sahəsində dövlətin siyasətini əks etdirir. Strategiya cəmiyyətin tələblərini, qabaqcıl dünya təcrübəsini nəzərə alır ölkənin inkişafına, demokratik cəmiyyət quruculuğuna, Azərbaycanın beynəlxalq aləmə inteqrasiya olunmasına xidmət edir. Milli Strategiyanın əsas məqsədi İKT-dən geniş istifadə etməklə ölkənin demokratik inkişafına kömək etməkdir. Bu sənəddə qeyd olunur ki, müasir tələblər baxımından ölkədə İKT-nin inkişaf səviyyəsi bütövlükdə dövlətin hərbi-siyasi sosial-iqtisadi rotensialının göstəricilərindəndir. Milli Strategiyadan sonra İKT sahəsində qanunvericilik bazasının möhkəmləndirilməsi dövlət tərəfindən bu məsələyə böyük diqqət qayğı göstərildiyinin təsdiqidir. Təqdirəlayiq haldır ki, son bir neçə ildə Azərbaycanda İKT-nin tətbiqi inkişaf etdirilməsində irəliyə doğru ciddi dəyişikliklər baş vermişdir. Oktyabrın 3-də Neydər Əliyev adına İdman Sərgi Komrleksində "Bakutel-2006" XII beynəlxalq telekommunikasiya informasiya texnologiyaları sərgi-konfransının açılışı zamanı Prezident İlham Əliyev bu barədə demişdir: "Azərbaycanın indi keçdiyi yol, xüsusilə informasiya-kommunikasiya texnologiyaları üzrə arardığımız siyasət deməyə əsas verir ki, Azərbaycan bu istiqamətdə regionda öz mövqelərini möhkəmləndirir. Bizim arzumuz bundan ibarətdir ki, Azərbaycan bölgədə İKT üzrə lider dövlətə çevrilsin. Biz çox istəyirik ki, qabaqcıl dünya şirkətlərini Azərbaycana cəlb edək burada İKT üzrə ən mütərəqqi təcrübəni tətbiq edək. Bunu etmək üçün bütün imkanlar var".
ABŞ Dövlət Departamentinin beynəlxalq kommunikasiya məsələləri üzrə xüsusi səfiri Devid Qross da Azərbaycanın informasiya texnologiyalarını inkişaf etdirməklə regionda lider dövlətə çevriləcəyinə inandığını bildirib. Onun sözlərinə görə, Azərbaycan bu sahədə lider dövlətə çevrilmək üçün ilk növbədə təhsil sahəsinə fikir verməlidir.
Azərbaycanda təhsildə İKT-nin tətbiqi dövlət siyasətinin prioritetlərindəndir. Azərbaycan Prezidentinin 21 avqust 2004-cü ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" çərçivəsində bütün orta təhsil məktəblərinin müasir kompüterlərlə təchiz edilməsi internetə qoşulması nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyev İKT-nin xüsusən təhsil sahəsində tətbiqinin əhəmiyyətini vurğulamışdır: "İKT sahəsi təhsilə çox böyük təsir göstərir. İnsanların savad, bilik almasına çox böyük təsir göstərir... Dünyada uğur qazanmış, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o inkişafın, tərəqqinin əsas səbəbləri təbii ehtiyatlar deyil, yaxud da hansısa başqa iqtisadi nailiyyətlər deyildir. Məhz bilik, məhz savad, yeni texnologiyalar - bunlar ölkəyə uğur, rifah gətirir, inkişaf, müasirlik gətirir".
Son illərdə İKT-nin ümumdaxili məhsulda çəkisinin artdığı da müşahidə olunur. Yəni, bu sahəyə qoyulan sərmayələr artır, tanınmış, qabaqcıl xarici şirkətlər Azərbaycana maraq göstərirlər. Azərbaycanın İKT sahəsində əldə etdiyi nailiyyətlər, dövlətin bu işdə dəstəyi sərmayə qoyuluşu üçün münbit şəraitin olması ABŞ-ın məşhur "Mikrosoft" şirkətinin rrezidenti Bill Qeytsin diqqətindən yayınmamışdır. "Bakutel-2006" XII beynəlxalq telekommunikasiya informasiya texnologiyaları sərgi-konfransına göndərdiyi məktubunda B.Qeyts vurğulamışdır ki, Azərbaycanın dinamik inkişafı xüsusən Prezident İlham Əliyevin İKT sahəsinin inkişafına diqqət yetirməsi xarici şirkətləri ölkəmizə sərmayə yatırmağa təşviq edir: "Mikrosoft" şirkəti Azərbaycanın dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilməsini böyük maraqla izləyir. Sürətli iqtisadi inkişaf hökumətinizin iqtisadi artım ilə bağlı qəbul etdiyi strateyi qərarların düzgün olduğunu göstərir. Prezident İlham Əliyevin informasiya texnologiyalarının əhəmiyyətini vurğulaması böyük önəm kəsb etmişdir. Onun bu sahədə dəstəyi bir çox beynəlxalq biznes dairələrini Azərbaycana gələcək investisiyalar üçün böyük rotensiala malik olan ölkə kimi baxmağa təşviq edir".

 

 

 

 


Dinamik inkişaf, məqsədyönlü dövlət siyasəti, xarici şirkətlərlə əməkdaşlıq ölkəmizin tezliklə İKT sahəsində regionun lider dövlətinə çevriləcəyini əminliklə söyləməyə əsas verir. İndi bunun üçün bütün imkanlar, ən əsası maliyyə resursları var.

 

Azərbaycan.- 2006.- 4noyabr.- S. 6.