Kamal Mustafa
İnformasiya-telekommunikasiya sahəsinin yeni
perspektivləri
ABŞ bu sahədə Azərbaycanla
əməkdaşlığın genişləndirilməsində
maraqlıdır
Son illər
uğurla davam etdirilən sosial-iqtisadi tərəqqi belə deməyə əsas verir ki, ölkəmiz
özünün sürətli inkişaf tempinin yeni mərhələsinə
qədəm qoyubdur. Respublikamızın regional və qlobal layihələrdə iştirakı
daha da genişlənməkdə,
əhalinin rifah halı yaxşılaşmaqdadır. Bütün bunlar ulu öndərimiz
Heydər Əliyevin Azərbaycanın milli maraqlarına, onun beynəlxalq aləmdə nüfuzunun artmasına, dinamik və keyfiyyətli inkişafına hesablanmış iqtisadi siyasət strategiyasının inamla həyata keçirildiyini bariz nümayiş etdirir. Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri
xanım Ann Ders informasiya-kommunikasiya sahəsində
respubiikamızda əldə
olunan nailiyyətlərə
yüksək qiymət verərək ölkəsinin bu sahədə dövlətimizlə əlaqlərinin
daha da inkişaf
etməsinə xüsusi əhəmiyyət verdiyini
vurğulamışdır. Caspian Amerikan
telecom (CATEL BM)-un baş direktoru Sadıq Hümbətovun əməkdaşımızla
söhbəti də Azərbaycanla ABŞ arasında informasiya və telekommunikasiya sahəsində
əməkdaşlığın mövcud
vəziyyəti və
gələcək perspektivləri
barəsindədir. Oktyabrın 3-dən 6-dək Bakıda yüksək səviyyədə keçirilən
XII beynəlxalq telekommunikasiya
və informasiya texnologiyaları sərgi konfransının mühüm siyasi və iqtisadi əhəmiyyət daşıdığını
qeyd edən Sadıq müəllim onu da əlavə
etdi ki, ölkəmizin beynəlxalq arenaya inteqrasiya olunmasında belə tədbirlərin mütəmadi
keçirilməsi olduqca vacibdir. Bu cür
tədbirlərdə dünyanın
aparıcı şirkətləri
ilə qarşılıqlı əməkdaşlıq, təcrübə
mübadiləsi aparılmaqla
yeni layihələrin əsası qoyulur. O dedi:
- İnformasiya
və telekommunikasiya sahəsində ölkəmizə
marağın artmasının səbəbləri var. Belə
ki, hələ 2003-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə informasiya və telekommunikasiya texnologiyaları
üzrə milli strategiya təsdiq edilmişdir. Bu sahəyə dair bir sıra
qanunlar qəbul olunmuş, qanunvericilik bazası möhkəmləndirilmişdir.
CATEL-in timsalında deyə bilərəm ki, ötən illər
ərzində bu sahədə çox böyük işlər görülübdür. Artıq ən müasir
texnologiyalar Azərbaycana
gətirilir, burada uğurla tətbiq olunur. Bu sahədə
Azərbaycana sərmayə
qoymağa maraqlı olan şirkətlərin sayı artır. ABŞ kimi nəhəng
dövlətin bu sahədə ölkəmizə
böyük maraq göstərməsi olduqca təqdirəlayiq haldır.
Bununla da qabaqcıl texnologiyalar
respublikamıza gətiriləcək,
telekommunikasiya sahəsində
yeni layihələr həyata keçiriləcəkdir.
Bu isə özünün
iqtisadi inkişafına görə beynəlxalq müstəvidə əlverişli
mövqeyə çıxan Azərbaycana əlavə dividendlər deməkdir.
Təşkilati dəstəyi
CATEL-in olan "Bakutel-2006" XII beynəlxalq informasiya və telekommunikasiya texnologiyaları sərgi-konfransında
möhtərəm Prezidentimiz
İlham Əliyevin çıxış etməsi hərtərəfli inkişafı
qarşıya məqsəd qoyan Azərbaycanın qarşılıqlı fayda gətirəcək bütün əməkdaşlığa hazır olduğunu təsdiq etdi. Sərgidə rabitə sahəsində
fəaliyyət göstərən
onlarca şirkət iştirak edirdi. Onların ümumi fikri belə
oldu kl, Azərbaycan informasiya-kommunikasiya
sahəsində işini düzgün qurub və
onun daha da inkişaf etdirilməsi
üçün potensial imkanları böyükdür. Bu potensialdan maksimum
istifadə edib yüksək nəticələr
əldə edilməsi
üçün informasiya və kommunikasiya texnologiyaları sahəsində
kadr bazası yaradılmışdır. Ölkəmizin gələcəkdə digər ölkələr üçün də bu
sahədə kadr hazırlamaq imkanı var. Məhz bu baxımdan
da Azərbaycanın bu sahədə təcrübəsi olan ölkələrlə, eyni zamanda ABŞ-la əməkdaşlığı
genişləndirməsi lazımdır.
Onu da qeyd edim
ki, sərgi-konfransdan öncə informasiya və kommunikasiya texnologiyaları sahəsində
ABŞ-Azərbaycan arasında
biznes əlaqələrini
genişləndirmək məqsədi
daşıyan forum keçirilmişdir.
Forumda qarşılıqlı maraq doğuran bir sıra
məsələlər təhlil
olunmuşdur. Yeri gəlmişkən,
onu da əlavə
edim ki, Azərbaycan Respublikası ilə ABŞ arasında İKT sahəsində əməkdaşlığın
genişləndirilməsinə xidmət edəcək hökumətlərarası rəsmi
sənəd-anlaşma memorondumu
imzalanmışdır. Azərbaycanda isə enerji sektorundan sonra İKT ən dinamik inkişaf edən sahədir. Burada illik artım
35-40 faiz təşkil edir ki, bu
da dünya üzrə orta göstəriciləri 2-3 dəfə
ötüb keçir. İKT sektoruna ildə
100-150 milyon dollar sərmayə
qoyulur. Məhz bu baxımdan da faydalı əməkdaşlığa
möhkəm zəmin vardır.
Azərbaycanda İKT-nin inkişafı üçün
əlverişli mühit formalaşıbdır. Bu sahədə dövlətin dəstəyi çox böyük əhəmiyyət
kəsb edir və ölkə başçısı sərgi-konfransda söylədiyi nitqində qeyd etdi ki,
bir tərəfdən
dövlət dəstəyi,
digər tərəfdən
İKT üzrə qəbul edilmiş milli strategiyanın
nəticəsində, eyni
zamanda xarici tərəfdaşlarla səmərəli
əməkdaşlıq, yerli
sahibkarların bu sahəyə diqqət yetirməsi sayəsində
Azərbaycan bu məqsədlərə nail olacaqdır.
Prezident İlham Əliyev vurğuladı ki, ən
qabaqcıl texnologiyalar Azərbaycana gəlməlidir.
Bir sözlə, ölkənin inkişafı məhz bu istiqamətdə davam etməlidir.
1998-ci ildən fəaliyyətə başlayan
müəssisə Bakı şəhəri va
ətraf bölgələrdə
yüksək keyfiyyətli
simsiz rabitə xidmətləri göstərir.
CATEL birgə müəssisəsinin xidmətlərindən
istifadə edən abonentlər dayanıqlı telefon xidmətlərinə,
daha keyfiyyətli səs ötürməsinə, faks sənədlərinin göndərilməsinə, müxtəlif
çeşidli əlavə telekommunikasiya xidmətlərinə,
internet xidmətinə və
həmçinin xüsusi xəttin ayrılması ilə bu xidmətin
daha sürətlə işləməsinə nail olur.
Ucqar və telefon rabitəsi olmayan ərazilərdə yerləşən
obyektləri simsiz rabitə şəbəkəsinin
xidmətləri ilə
təmin edirik. Bu məqsədlə CATEL BM-in xidmət ərazisinə daxil olan abunəçi
ünvanında müəssisənin
əmlakı olan fərdi qurğular quraşdırılır. Yerli telefon şəbəkəsində
simsiz rabitə vasitəsi ilə İSDN 128 kbt xidmətindən də istifadə etməyi təmin edirik. Rabitə tez-tez yeniləşən,
daim inkişaf edən sahə olduğu üçün biz də daim çevik
fəaliyyətə səy
göstəririk. Bu məqsədlə regionlarda
da CDMA mobil rabitə xidmətləri verməyi nəzərdə
tutmuşuq ki, bu istiqamətdə artıq bir sıra
uğurlar əldə olunubdur. 2003-cü ildə Sumqayıt şəhərində simsiz baza, stansiyası quraşdırılmışdır və hazırda bu şəhərdəki
abonentlərimiz bizim xidmətimizdən istifadə
edə bilir. CATEL BM Azərbaycanda ilk simsiz telefon şəbəkəsi quran operatordur. Onun təsisçisi telekommunikasiya
sahəsində böyük nüfuza malik Amerika
şirkətidir. Müəssisənin açılış mərasimində ulu öndərimiz Heydər Əliyev iştirak və çıxış etmişdir. Məhz bu müəssisənin fəaliyyətə başlaması
ilə ABŞ-la Azərbaycan
arasında telekommunikasiya sahəsində əməkdaşlığın
əsası qoyulmuşdur.
Ötən illər ərzində həyata keçirdiyimiz layihələr sayəsində
əldə etdiyimiz nailiyyətlər inamla deməyə əsas verir ki, CATEL öz missiyasını addım-addım yerinə yetirməkdədir. Artıq Gəncə
və Nabranda da baza stansiyası
qurulub istismara hazırdır. Abonentlərə xidmət səviyyəsini
yüksəltmək məqsədilə
yeni xidmət mərkəzləri fəaliyyətə
başlamışdır. Belə mərkəzlərdən
Bakı şəhərində
analoqu olmayan xidmət mərkəzini xüsusi qeyd etmək
lazımdır. Perspektivdə yeni layihələrimiz var.
Müasir dövr dövlətlərin iqtisadi qüdrəti onun informasiya-telekommunikasiya sahəsində
əldə etdiyi uğurlarla ölçülür. Bu mənada CATEL BM-in həyata keçirəcəyi hər bir yeni
layihə Azərbaycanın
telekommunikasiya məkanına
töhfə olacaqdır.
Respublika.- 2006.- 19 noyabr.- S. 6.