Kompüter piratlığı və onun Azərbaycan iqtisadiyyatına təsiri” mövzusunda seminar keçirilmişdir

 

Noyabnn 1-də Müəllif Hüquqları Ägentliyi "Microsoft Azərbaycan" şirkəti ilə birgə "Kompüter piratlığı və onun Azərbaycan iqtisadiyyatına təsiri" mövzusunda seminar keçirmişdir.

Bir sıra nazirlik və dövlət komitələri rəhbərlərinin, informasiya texnologiyaları üzrə mütəxəssislərin, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə agentliyin sədri Abutalıb Səmədov açmış və seminarın məqsədi haqqında məlumat vermişdir. Natiq milli iqtisadiyyatın bütün sahələrində lisenziyalaşdırılmış proqram məhsullarından istifadənin vacibliyini vurğulamışdır. O, həmçinin leqal proqram təminatının bütövlükdə dövlətin makroiqtisadi göstəricilərinin dinamikasında, ayrı-ayrı təsərrüfat subyektlərinin biznesinin artımında oynadığı rolu qeyd etmişdir.

“Microsoft”un Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Vladimir Çaykovskinin, "Microsoft Ukrayna" şirkətinin Əqli mülkiyyət hüquqlarının qorunması departamentinin direktoru Yevgeni Sozanskinin kompüter piratlığının iqtisadiyyata təsiri haqqında məruzələri dinlənilmişdir. Faktların və rəqəmlərin dili ilə sübut edilmişdir ki, kompüter piratlığı səviyyəsinin azalması informasiya texnologiyaları sənayesinin artımının sürətlənməsinə gətirib çıxarır. Bu isə, öz növbəsində, yeni iş yerlərinin açılması, ölkə iqtisadiyyatına yönələn sərmayələrin və vergi daxilolmalarının həcminin artması ilə nəticələnir.

Prerzidentin İcra Aparatı Informasiya resursları və texnologiyaları şöbəsinin müdiri Elmir Vəlizadə çıxışında informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin genişləndirilməsi istiqamətində ölkə rəhbərliyinin gördüyü işləri xatırlatmışdır. O, qeyd etmişdlr ki, Prezident İlharn Əliyev tərəfindən imzalanmış normativ-hüquqi aktlarda əksini tapan və İKT-nin ihkişafına yönəlmiş dövlət siyasəti sayəsində ölkəmizdə piratlığın səviyyəsinin azalması tendensiyası güclənəcəkdir.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev çıxış etmiş, problemlə bağlı rəy və təkliflərini bildirmişlər.

 

Azərbaycan.- 2006.- 3 noyabr.- S. 7.