Qocayeva A.
Milli mədəniyyətimizin keşiyində
Milli dəyərlərə hörmətlə
yanaşan, ondan bəhrələnərək gələcəyini
quran xalq ölməzdir, əbədidir. Bu mənada Azərbaycan xalqının çox zəngin
tarixi keçmişə söykənən milli-mədəni
irsi və bu irsi qoruyaraq
təbliğ və inkişaf etdirən vətənpərvər oğulları
var. Bunlardan biri də Milli Mədəniyyətin
Təbliği M’rkəzinin
rəhbəri Arif Mədətovdur.
- Arif müəllim, Milli Mədəniyyətin Təbliği
Mərkəzini hansı zərurətdən yaratdınız
və onun məqsədi, məramı n’dən ibarətdir?
- Mən hələ mühazirəçi müəllim kimi respublikamızın ayrı-ayrı bölgələrində olarkən
həmin yerlərdə
mədəniyyətin, estetikanın
çox aşağı səviyyədə olduğunun,
milli-mədəni irsə
laqeyd münasibətlərin
şahidi olurdum və bütün bunlar
bir vətəndaş kimi məni narahat edirdi. Qədim və zəngin tarixə söykənən milli-mədəni irsimizi yaşatmağı, onu təbliğ edərək yeni nəslə çatdırmağı bir məqsəd kimi qarşıya qoydum. Uzun illər qeyri-rəsmi fəaliyyət göstərsək
də, 2004-cü ildə qeydiyyatdan keçərək bu mərkəzi yaratdıq.
-İlk tədbiriniz olan "Havalansın Xanın səsi" muğam müsabiqəniz 2005-ci ildə
bütün respublikaya səs saldı.
- Muğamlarımız milli-mədəni sərvətimizin
ən dəyərlisi,
musiqimizin şahı olduğuna görə ilk tədbirimizi "Havalansın
Xanın səsi" adlı muğam müsabiqəsinə
həsr etməyi qərara aldıq. Eyni zamanda, bu adda
nominant təsis etdik. Münsiflər heyətinə xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Canəli Əkbərov, Sabir Mirzəyev kimi muğam bilicilərini
cəlb etdik.
2006-cı ildə
mərkəz xalq artisti Firəngiz Mütəllimovanın yaradıcılığının
25 illiyini yüksək səviyyədə həyata
keçirdi. Bu yaxınlarda
isə məşhur tarzən, xalq artisti Hacı Məmmədovun
xatirə gecəsini anşlaqla düzənlədik.
- Arif müəllim, siz həm də "Uğur" mükafatının təsisçisiniz. Bu mükafat
kimlərə verilir?
- Mədəniyyət yə
incəsənət sahəsində
böyük uğurlar əldə edən şair, yazıçı, jurnalist,
teatr xadimi, ifaçılar və sənət adamları bu mükafata layiq
görülürlər. "Uğur" mükafatına ilk dəfə YUNESKO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun sədri Mehriban Əliyeva layiq görülüb. Muğam irsimizin yenidən
xalqımıza qaytarılması sahəsində Mehriban xanımın gördüyü işlər göz önündədir. "Muğam
Mərkəzi"nin yaradılması,
"Qarabağ xanəndələri"
albom-diskinin buraxılması,
ustad muğam ifaçılarının Prezidentin fərdi təqaüdünə layiq görülməsi, bir sözlə, muğama və onun ifaçılarına dövlət səviyyəsində
diqqət və qayğı göstərilməsi Mehriban xanımın mədəniyyət sahəsində
apardığı siyasətin məntiqi nəticəsidir.
'Milli mədəniyyətin təbliği
dedikdə bir xalqın zəngin tarixi mədəniyyətinin
bütün sahələrinin
təbliği başa düşülür. Siz bu prosesi həyata keçirmək məqsədilə nə kimi işlər görməyi planlaşdırmısınız?
- Xalqımızın çox qədim milli adət-ənənələri,
onların öz əksini tapdığı el şənlikləri mövcuddur və bunlardan biri də toy mərasimləridir. Ölkəmizdə
hər bir bölgənin özünəməxsus
toy adət-ənənəsi var və təəssüflər
olsun ki, bu gün o adətlər
millilikdən çıxaraq başqa səmtə yönəlməkdədir. Elə adət-ənənələrimiz
var ki, yazılı
mənbələrdə onların
yalnız adları qalıb və bunları
yenidən təbliğat yolu ilə xalqın
özünə qaytarmaq istəyirik. "Müasirlik" adı altında lüzumsuz “adətlərin” şənliklərinə
daxil edilməsi xalqı millilikdən uzaqlaşdırmaqdadır. Bu adət-ənənələrdə xalqımızın milli ruhu yaşayır və
onları itirmək olmaz. Nə üçün bu gün
toy mərasimlərimizdə bəylə gəlinə milliliyimizin nişanəsi olan qılınc, İslamın
qalxanı olan müqəddəs "Quran"
kitabı, dahi Nizaminin "Xəmsə"si,
yaxud nənələrimizin
saxlanc yeri olan sandıq və
bu kimi əşyalar
bağışlanmasın? Nə üçün toylarımızda "Süleymani", "Tərəkəmə",
"Mirzəyi", "Yallı"
kimi gözəl havaların əvəzinə
"Hopstop" və
digər eybəcər
əcnəbi estrada musiqiləri səslənməlidir? Müasirliyi nəzərə
almaqla milli toy adət-ənənələrimizi bərpa edə bilsək, bu, bizim işimizdə ən böyük uğurlarımızdan
birincisi olacaqdır.
Qonşu Gürcüstanda bu gün də toy mərasimində bəylə
gəlinə gürcülərə
məxsus milli əşyalar hədiyyə edilir. Biz nə
üçün bu adətimizi
bərpa etməyək?!
- Milll geyimlərimiz, din və dil məsələləri
barədə fikirləriniz...
- Geyimlərimiz çox böyük narahatlıq
doğurur. Küçələrdə hicablı qadınlarla
bərabər yarıçılpaq
qız-gəlinlər də
addımlayır. Bizlərə
nə o lazımdır, nə də bu, çünki xalqımızın
özünəməxsus geyim
tərzi
, milli mentalitetimiz
var.
Bu gün kiçik yaşlı qızları
səhnəyə göbəyiaçıq
çıxarırlar. Bununla onların valideynləri
və rəqs müəllimləri nə demək istəyirlər, heç kəsə məlum deyil. Vaxtilə rəqs paltarlarının eskizlərini məşhur rəssamlar və yaxud tanınmış rəqqas və rəqqasələr çəkər,
bəyəniləndən sonra
tikilərdi. Milli geyimlərimizlə
bağlı təbliğatımızı gücləndirməliyik.
Fəaliyyətimizin bir sahəsi də din və dil mədəniyyəti ilə bağlıdır. Biz müsəlman
ölkəsiyik və dinimiz də islam dinidir.
Lakin bu gün öz
yolundan saparaq vahabiliyi, Yeqova şahidliyini, "Əllilər"i
kor-koranə qəbul edən insanlar var və biz onlara İslamın gözəl qanunlarını təbliğ etməklə düz yola çəkmək
fikrindəyik.
Dil məsələsində daha
ciddi mövqe tutacağıq. Azərbaycan dili çox qədim, zəngin və ahəngdardır. Ulu öndərimiz Heydər Əliyev birmənalı olaraq bu dili
dövlət dili elan edib. Ancaq çox təəssüflər olsun ki, bu
gün də mədəniyyət sahəsində
çalışan insanların bir çoxu əcnəbi
dilində danışır bu hal milli
mədəniyyətimizə böyük zərbədir, çünki onların düşüncələri
də elə "ruscadır".
Dahi Üzeyir bəyin əsərləri ona görə uzunömürlüdür ki, onların mayasında
xalqımızın adət-ənənəsi,
milli ruhu yaşayır. Xalq arasından çıxaraq
onun milli-mədəni
sərvətini yaradıcılığında
qoruyub saxlayan sənətkarın xatirəsi
mənsub olduğu xalq tərəfindən yaşanaraq əbədiləşdirilir.
- Milli mədəniyyətin təbliği
ilə bağlı sizin yaratdığınız mərkəzin üzərinə
də böyük vəzifələr düşür.
- Üzərimizə düşən vəzifələrin məsuliyətini
dərk edirik. Onu da bilirik ki,
bu məsuliyyəti üzərinə götürən insanların özləri milli adət-ənənələri,
milli mədəniyyəti,
xalqımızın folklorunu dərindən bilməli, onları müasir zamana
uyğunlaşdıraraq təbliğ
etməlidir. Bu mənada öz üzərimizdə də çox çalışırıq. Milli mədəniyyətimizi dərindən
bilən yaşlı qocalardan, folklorşünaslardan, tanınmış sənətçilərdən
məsləhətlər almağı
özümüzə börc bilirik. Bütün bunlarla yanaşı,
mədəniyyət haqqında
qanun qəbul edilməli, eyni zamanda bu qanunun
icra mexanizmi olmalıdır.
Cəmiyyətdə milli mənəvi və milli-mədəni dəyərlərin
təbliği əvvəl
ailədən başlamalı,
sonra isə uşaq bağçalarında, orta və ali məktəblərdə
davam etdirilməlidir. Orta və ali məktəblərin
proqramlarına etika, estetika və milli mədəniyyətlə
bağlı dərslər salınmalıdır.
- Yaxın vaxtlarda nə kimi tədbirlər planı həyata keçirməyi planlaşdırmısınız?
- Ustad xanəndəmiz Mütəllim Mütəllimovun xatirə gecəsini, aşıqların respublika müsabiqəsini düzənləməyi
planlaşdırmışıq.
İki sahil.- 2006.- 3 noyabr.- S. 6.