Heydər Əliyev Muzeyinin açılışı

 

Noyabrın 1-də Şəmkir şəhərində Heydər Əliyev Muzeyinin açılışı olmuşdur.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi muzeylə
tanış oldu.
Muzeyin direktoru Fəxri Yusibov dövlətimizin başçısına məlumat verdi ki, ümumi sahəsi 567 kvadratmetr olan ikimərtəbəli binanın birinci mərtəbəsində linqafon kabineti, inzibati otaqlar arxiv yerləşmişdir. İkinci mərtəbədə isə iki ekspozisiya salonu elektron kitabxana zalı vardır.
Heydər Əliyev Fondunun verdiyi tərtibat əsasında hazırlanmış ekspozisiyada ulu öndərin uşaqlıq gənclik illərinə, milli təhlükəsizlik orqanlarında çalışdığı illərə, respublikamıza rəhbərliyinin hər iki dövrünə, Azərbaycanın yeni neft strategiyasının hazırlanması həyata keçirilməsinə, ordu quruculuğu sahəsindəki fəaliyyətinə, xarici ölkələrə səfərlərinə aid fotoşəkillər, müxtəlif kitablar nümayiş etdirilir. Ulu öndərin həyat fəaliyyəti ilə bağlı materiallar kompyuterlərin yaddaşına disklərə yazılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə muzeydə rayonun ən fəal gəncləri, məktəbliləri üçün xüsusi kurslar da açılacaqdır.
Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva rəssam Afaq Kərimovanın üzərində ulu öndərin ayrı-ayrı sahələr üzrə tarixi xidmətlərini nümayiş etdirən "Heydər Əliyev Azərbaycan xilaskarı" adlı rəsm əsərinə maraqla tamaşa etdilər, muzeyin ekspozisiyasına, o cümlədən əbədiyaşar Prezidentin 1972, 1979, 1998 2000-ci illərdə Şəmkirə səfərlərini burada keçirdiyi görüşləri əks etdirən fotoşəkillərə, ümummilli liderin xalq rəssamı Natiq Əliyev tərəfindən hazırlanmış büstünə baxdılar.
Prezident İlham Əliyev gənclərin bu cür muzeylərdən mərkəz kimi istifadə edərək Heydər Əliyevin zəngin irsini öyrənməsinin əhəmiyyətli olduğunu bildirdi.
Dövlətimizin başçısı muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Azərbaycan.-2006.-2 noyabr.- S. 2
.