Yurdoğlu E.

Şərurda bir muzey var

 

Hər bir bölgənin özünəməxsus xüsusiyyətlərini, yeraltı yerüstü sərvətlərini, tarixini, ədəbiyyatını, mədəniyyətini öyrənmək üçün hamımız birinci növbədə o bölgənin tarix-diyarşünaslıq müzeyinə üz tuturuq. Çünki diyarşünasq müzeyində həmin ərazinin ensiklopedik yaddaş kitabı, tarixinin qorunub saxlandığı yeridir. Şərur Rayon Tarix Diyarşünaslıq Muzeyi bu baxımdan öz zənginliyi ilə seçilən mədəniyyət müəssisələrimizdən biridir.

Muzey 1978-ci ildə ictimai əsaslarla fəaliyyətə başlayıb. Amma 1982-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə bütün rayonlarda bu cür mədəniyyət müəssisələri fəaliyyət göstərməyə başladı. Şərur muzeyi elə o vaxtdan dövlət müəssisəsi kimi fəaliyyətini daha da genişləndirib.

Yarandığı vaxt burada 1500-ə yaxın eksponat olub. Bu gün isə muzeydə 7000-ə yaxın nadir tarixi yadigar nümayiş etdirilir.

Qoca Şərqin qapısı olan, adı tarixi qəhrəmanlıq dastanımız "Kitabi-Dədə Qorqud"da çəkilən Şərur barlı-bəhərli meyvə bağları geniş əkin sahələri, Gümüşlü filiz  yatagı  travertin daşları Qaratəpə  mərməri ilə zəngin olmaqla bərabər, həm Arpaçayın Xan Araza qovuşduğu bir məkandır. Məhz buna görədir ki, qədim insanlar da ilk yaşayış məskəni kimi buranı seçmişlər. Bunu Maxta kurqanlarında, Yaycı, Babəki, Vərməziyar kəndləri ərazisində, Atpaçay vadisində tapılan əmək məişət əşyaları da sübut edir.

Sevindirici haldır ki, Şərura qonaq gələn insanların da ilk ziyarət yeri bu muzey olur. Buraya daxil olarkən ilk olaraq Qorqud Dədənin simvolik müdriklik rəmzi olan heykəl-barelyefı ilə qarşılaşırsan. Elə həyətyanı sahəsinin yaşıllığı, dekorativ ağacları, xüsusən Şərur diyarına xas olan Narbənd ağacını görəndə hiss edirsən ki, muzeyin həyəti elə bu bölgənin florasını özündə əks etdirir.

Muzeydə 2 şöbə 13 bölmə fəaliyyət göstərir. "Təbiətşünaslıq", "Arxeologiya", "Etnoqrafıya", "Numizmatika", "Şəhidlər", "Böyük Vətən müharibəsi", "Müstəqil Azərbaycanım", "Mədəniyyət", "Alimlər şairlər" digər bölmələrdə nümayiş etdirilən minlərlə eksponat muzeyə daxil olanları bölgə ilə yaxından tanış edir, onlarda rayonun tarixi barədə geniş təəssürat oyadır. Buna muzeyin xatirə dəftərini varaqladıqca bir daha əmin olursan. Belə ki, keçmiş sovet respublikalarından, eləcə Türkiyədən, İrandan, Fransadan, İngiltərədən, Şimali Koreyadan digər ölkələrdən ziyarətçilər muzeydə olmuş, buradakı eksponatların sayəsində Şərurun özünəməxsus tarıxı ılə tanış olmuşlar.

Muzeyi gəzdikcə belə bir suala da cavab axtarırdım: Təbiidir ki, bu gün evlərdə mis, saxsı qablar, qiymətli əl işləri saxlamlır. Bəs, həmin eksponatların muzeyə təhvil verilməsi, cəlb olunması istiqamətində kimi işlər görülür? Muzeyin direktoru Mirhüseyn Seyidova həmin sualla müraciət edəndə o dedi ki, doğrudan da, bu gün evlərdə şəxsi kolleksiya həvəskarları tariximizi özündə yaşadan əşyalar saxlayırlar. Onların çoxu mütəmadi olaraq muzeyimizdə olur, vaxtaşırı bizimlə əlaqə saxlayır, əldə etdikləri tarixi əşyaları bizə təhvil verirlər. Əməkdaşlarımız da tez-tez yerlərdə olur, əhali ilə bu mövzuda söhbətlər aparırlar. Biz çalışırıq ki, eksponatlarımızın sayı daha da çox olsun.

Burada bir daha şahidi oldum ki, Şərur Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları canla-başla öz öhdələrinə düşən işi layiqincə yerinə yetirməyə çalışırlar. Muzeyin baş fond mühafızəçisi Zərifə Əliyeva, bələdçisi Nurlana Musayeva, kiçik elmi işçi Bəyimağa Sadiqova, elmi işçi Zəminə Babayeva başqaları tez-tez təhsil ocaqlarında, ictimai yerlərdə olur, muzeyin eksponatlarının zənginləşməsində, tariximizin öyrənilməsində təbliğ olunmasında əllərindən gələni əsirgəmirlər.

 

Yaddaş.- 2006.- 4 noyabr.- S. 4.