Abidələrimizin siyahısı
UNESCO-ya bir il ərzində təqdim olunacaq
Azərbaycandakı mədəni nıilli tarixi abidələrin siyahısının yenidən hazırlanması ilə bağlı işlər davam etdirilir. Bunu APA-ya
UNESCO-nun Milli Komissiyasının
II katibi Emil Hüseynov deyib.
O bildirib
ki, UNESCO-ya təqdim olunması nəzərdə tutulan siyahının hazırlanması bir il davam
edəcək: "Azərbaycanda
6 mindən artıq mədəni və tarixi abidə var. Bunların siyahısının hazırlanması uzun vaxt tələb edir. Bizə məlum olan
odur ki, siyahının hazırlanması ilə bağlı xüsusi komissiya yaradılıb və həmin qurum hazırda bu işlə
məşğuldur".
Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinin mədbuat xidmətindən APA-ya eyni fikirlər bildirilib. Nazirlikdən deyilib ki, mədəni və tarixi abidələrin yeni siyahısı təyin
olunan vaxtda UNESCO-ya təqdim olunacaq.
Ekspress.- 2006.- 25-27 noyabr.-
S. 20.