Cavanşir
Qarabağda 1600 abidə dağıdılıb
Məscidlərdə it, inək, hətta
donuz da saxlanılır
Erməni işğalı altında qalmış ərazilər məscid, dini abidə, ziyarətgah, qədim qəbiristanlıqlarla
zəngin bölgə olsa da, hazırda
həmin abidələrin
bir çoxu məhv edilib, digərləri isə erməniləşdiriiib. Xüsusilə qədim və
orta əsrlərə
aid qəbiristanlıqları yerlə-yeksan
etməklə ermənilər
həmin ərazilərin
"Azərbaycana məxsus
olmadığını" subuta çalışırlar. Bu isə
YUNESKO-nun "Silahlı münaqişələr
zamanı mədəni dəyərlərin qorunması
haqqında" konvensiyanın
tələblərinin pozulması
deməkdir. Noyabrın
28-də bu barədə
Azərbaycanda Vətəndaş
Cəmiyyətinin
İnkişafına Yardım Assosasiyasının və Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin keçirdiyi dəyirmi masada bildirilib.
"Qolos Karabaxa"
qəzetinin redaktoru Qədir Nəsirovun sözlərinə görə, işğalaqədərki dövrdə
mövcud olan dini abidələrin tam siyahısı olmasa da, əldə olan materiallar erməni vandalizmini sübut etmək üçün kifayətdir. Ermənilər dini abidələrin
üzərindəki yazı və işarələrin izini silməklə onları erməniləşdirir.
Bu üsuldan qədim alban kilsələrinə qarşı da istifadə
olunur: "Şuşada XIX əsrin sonlarında 17 məscid, o cümlədən
Yuxarı Came, Aşağı Came, bir çox kəndlərdə
məscidlər olub. Şəhərdə memar Kərbəlayi
Şəfi xan Qarabağlının inşa etdiyi 2 məscid, ikiminarəli Gövhər Ağa məscidi olub. Ağdamda şəhər məscidi,
Mərzili kənd məscidi, Papravənddə
XVIII əsrə aid məscid
olub. XX əsrin
əvvəllərində Cəbrayılda
15 məscid olub.
Çələbilər kəndindəki. 1600-cü ilə aid məsciddə
sonralar Molla Vəli Vidadi dərs deyib. Rayonda XII-XIX əsrə aid başıkəsik
günbəz, Şıxlarda XIX, Xubyarlı kəndində XVII əsrə aid gümbəz olub. Füzulidə Hacı Ələkbər
məscidi, Şah Abbas karvansarayının yaxınlığında "Qiyasəd-din",
Qarğabazarda XVII əsrə
aid məscid, Babı kəndində XIII əsrə
aid türbə olub".
Bu abidələrin heç birinin salamat
qalma ehtimalının olmadığını deyən Q.Nəsirovun sözlərinə
görə, Xocalıda yaşı 600 ildən çox olan qəbiristanlıq
olub. 1915-ci ildə Zəngəzur və İrəvanda 391 məscid fəaliyyət göstərib. İrəvan
yaxınlığındakı Cəfərabad
kəndində 1413-cü ildə
tikilən türbə, ermənilərin sonradan adım dəyişdirdikləri Urud kəndində qədim türk tayfalarına aid qəbiristanlıq
olub: "Lakin indi hətta qəbir daşları da güllələnib, məscidlərdə inək,
hətta donuz saxlanılaraq təhqir edilir, Laçındakı 126 qəbiristanlıq yerlə-yeksan
edilib". Qafqaz Müsəlmanları İdarəsinin
nümayəndəsi Elton Babayev
təmsil etdiyi qurumda işğal altında
olan ərazilərdə
126 məscidin olduğu və onların bəzilərinin XIII-XIX əsrlərə
aid olduğunu bildirib.
QMİ-də dini
abidələrin siyahısının
olduğunu deyən E.Babayevin sözlərinə görə, alban kilsələrinin üzərindəki
əlamətlər 1980-ci illərdən
etibarən erməniləşdirilib.
Şuşa Mədəniyyət
Evinin direktoru Zahid Abbasov Qarabağda
1600 abidənin ermənilər
tərəfindən məhv
edildiyini vurğulayaraq, abidələrin siyahısının Mədəniyyət və
Turizm Nazirliyinə təqdim edildiyini deyib. Bununla bağlı 500-dən artıq videokasetin olduğunu deyən Z.Abbasov İranın ermənilərə yardımının dayandırılması tələbini İranın ölkəmizdəki səfirinə
çatdırılmasını vacib sayıb: "Məhəmməd
peyğəmbərin təhqir
olunmasmına İran münasibət bildirir, amma məscidlərimizi, ziyarətgahlarımızı yerlə-yeksan
edən ermənilərə
yardım edir, qaz, enerji verir.
Ermənilər artıq məhəlli
bulaqlara xaç qoyur".
İşğal altında olan Abidələrin Mühafizəsi İctimai Birliyinin araşdırmasına görə, hazırda
Azad Azərbaycan.- 2006.- 29 noyabr.- S. 5.