İçərişəhərin tarixi
abidələrinin inventarlaşdırılmasına həsr olunmuş tədbir
AzərTAc xəbər verir ki,
noyabrın 3-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin
(AzMİU) və ABŞ-ın Minnesota Universitetinin birgə təşkilatçılığı
ilə "Dünya irsi abidəsi Bakı İçərişəhərinin
tarixi tikililərinin inventarlaşdırılması" layihəsinə
həsr olunmuş tədbir keçirilmişdir.
Layihənin rəhbəri, Minnesota Universitetinin professoru Artur
Çen, layihənin Azərbaycan üzrə əlaqələndiricisi,
AzMİU-nun dosenti Səbinə Hacıyeva, digər natiqlər
sənədin əhəmiyyəti və onunla bağlı görülən
işlər barədə məlumat vermişlər.
Qeyd olunmuşdur ki, layihə YUNESKO-nun dəstəyi ilə AzMİU
və Minnesota Universiteti kollektivləri tərəfindən
həyata keçirilir.
Azərbaycanda İçərişəhərin genişmiqyaslı tədqiqatı
ilə məşğul ola biləcək menecment-planlar və sair
tərtib edəcək təşkilat yaradılmışdır. 2005-ci ilin
dekabrından başlayaraq 2006-cı ilin noyabrında tamamlanmalı olan layihə
üzrə görülən işlər Bakıda İçərişəhər üçün
əsas üstünlük təşkil edən YUNESKO-nun "inteqrallaşmış
inventarlaşma və kart inkişafı və menecment planı"
tövsiyələrinə cavab verir.
Layihənin yekun nəticələri İçərişəhərin
menecment planının tərtibi zamanı istifadə üçün Mədəniyyət
və Turizm Nazirliyinə təqdim olunacaqdır.
Azərbaycan.- 2006.- 4noyabr.- S.6.