İdrisoğlu A.

 

Abşeron qedim diyardır

 

Abşeronda yaradılan tarix-diyarşünaslıq muzeyi 1983-cü ildən fəaliyyət  göstərir. Yarandığı gündən 2005-ci ilə kimi bu muzeydə heç bir təmir işləri aparıladığından belə bir tarixi yer demək olar ki, uçulub dağılmışdı. Keçən ilin sentyabr ayından Abşeron rayonuna Zakir Fərəcovun icra hakiyyətinin  başçısı təyin olunması ilə buradakı çoxlu sosial obyektlər, xəstəxanalar, yollar, yaşayış binaları, Abşeron mədəniyyət istirahət parkı başqa sahələr yenidən təmir, bərpa olunduğu kimi tarix-diyarşünaslıq muzeyi təmir olundu. bununla da abşeronlulara yeni icra hakimiyyəti başçısı tərəfindən yaraşıqlı bina hədiyyə olundu. Çox zəngin kolleksiyası olan bu tarix-diyarşünaslıq muzeyinin yeni direktoru Yeganə Məsimova buradakı tarixi əşyalar, şəkillər    başqa eksponatlar haqqında belə dedi:                                        

- 2006-cı ilin ortalarında yenidən əsaslı təmir olunub. Abşeronluların ixtiyarına verilən muzeyimizdə gördüyünüz kimi Abşeronun görkəmli şəxsiyyətlərinin şəkilləri foto-stendləri asılıb. Onların çoxlu əşyaları burada qorunur. Bilirsiniz ki, Abşeron rayonu çoxlu dahi şəxsiyyətlər yetişdirib. Onlardan mən bir neçəsinin adını çəkmək istəyirəm. Məmmədəmin Rəsulzadə, Əzim Əzimzadə, Mehdi Hüseynzadə, Böyükağa Mirzəzadə, Qara Qarayev, Süleyman Rüstəm, Sabit Orucov, Nəbi Xəzri, Mürsəl Nəcəfov, Ələkbər Rzaquliyev, Əliağa Vahid, Məmmədəli Vəlixanlı, Qasım Qasımov başqaları. Yuxarıda dediklərimin hamısı haqqında Azərbaycan xalqının geniş məlumatı var.

Mən yalnız Qasım Qasımov haqqında bir neçə söz demək istəyirəm. Onun musiqi alətlərinin yaranmasında, təkmilləşdirilməsində böyük rolu olub. Hətta onun yaratdığı təkmilləşdirdiyi musiqi alətləri Azərbaycan Dövlət Musiqi mədəniyyəti muzeyində Kazan Konservatoriyasının muzeyində saxlanılır. O, bu işlərinə görə çoxlu orden-medallara layiq görülüb. Əfsanəvi qəhrəman Mehdi Hüseynzadəyə ayrıca guşə həsr etmişik. burada onun özünün çəkdiyi rəsm əsərləri vardır. Mikayıl Ələkbərov da Böyük Vətən müharibəsində böyük şücaətlər göstərib. 1990-cı il, 20 yanvar faciəsində Qarabağ müharibəsində 129 nəfər abşeronlu şəhid olub. Onlar üçün ayrıca stend yaratmışıq. Eləcə keçən ilin sentyabr ayından bu ilin sentyabr ayına kimi Abşeronda tikilən çox yaraşıqlı binaların, təmirdən sonrakı çoxlu sosial obyektlərin foto-şəkillərindən ibarət yeni guşə yaratmışıq. Bunlar Heydər Əliyev muzeyi, icra hakimiyyətinin binası, Abşeron mədəniyyət istirahət parkındakı Heydər Əliyevin əzəmətli heykəli, Abşeron parkı, məktəblərin, xəstəxanaların binaları, bağçalar başqaları. Görkəmli şəxsiyyət, Azərbaycanın bir vaxtlar rəhbəri olmuş Vəli Axundov üçün ayrıca stend yaratmışıq. Eləcə görkəmli dövlət xadimi, dramaturq, şair Şıxəli Qurbanova da ayrıca stend həsr etmişik. Onu da deyim ki, bu şəxsiyyətlərin çoxusu Novxanı kəndindəndir. Yəni bir kənd Azərbaycan üçün iyirmidən artıq məşhur şəxsiyyət yetişdirib. Bunlar - Məmmədəmin Rəsulzadə, Əzim Əzimzadə, Qara Qarayev, Şıxəli Qurbanov, Mehdi Hüseynzadə keçmiş SSRİ-nin qaz sənayesi naziri, alim Sabit Orucov başqaları.

1981-ci ildə ümummilli liderimiz Heydər Əliyevin Abşerona gəlişində abşeronlular onu çox təntənəli surətdə qarşılayıblar. Bu haqda da ayrıca stendimiz var. O vaxt da Heydər Əliyevin Abşerona gəlməkdə əsas məqsədi bu rayonun kənd təsərrüfatı rayonu kimi inkişafına əməli vasitələrlə kömək etmək, bu sahədə öz təkliflərini vermək olub, Abşeronun, Bolqarıstanın Razqrad şəhərilə çox böyük dostluq əlaqələri olub. Bu dostluğun da təməli 1964-cü ildən qoyulub. Bu işin əsas təşkilatçısı o vaxt Abşeronun birinci katibi olmuş Sadıq Murtuzayev olub. bu dostluq keçmiş ittifaqda çox məşhur olub. Bununla bağlı da bizim stendimiz var. Abşeronla Razqrad şəhəri arasındakı dostluq indi davam edir. İndi Abşeronda Razqrad küçəsi, Razqradda isə Abşeron küçəsi var. Məşhur qəzəl ustası Əliağa Vahidə ayrıca guşə həsr etmişik.

Dövlət başcısı İlham Əliyev prezident seçkiləri qabağı Abşeronda olub. Abşeron idmançılarına mükafatlar təqdim edib. Abşeron camaatı ilə onun çox təntənəli görüşü olub. Bütün bunlarla bağlı da bizim ayrıca guşəmiz var. Bildiyimiz kimi, Abşeron çox qədim bir diyardır. Muzeydə Abşeronun qədim tarixi haqqında nələr var?

- Mezolit dövründən başlayaraq, XIX əsrə qədər Abşeronun tarixi

haqqında, burada tapılan məişət əşyaları, silahlar, geyim əşyaları, əmək alətləri, gil, saxsı qablar, toxuculuq alətləri, həmin dövrlərə aid olan pullar, qadın baş örtükləri, eləcə məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin ailə albomu başqa çox qiymətli şeylər muzeyimizdə toplanıb. Bunlar da hamısı məhz Abşerona məxsusdur. Abşeronda qazılan ilk neft quyuları, məşhur Abşeron xalçaları, kilimləri muzeyimizdə layiqli yerlərini tapıblar. Abşeron kəndlərində Neolit dövrünə aid çoxlu küplər, qab-qacaqlar da muzeyimizə gələnlərin marağına səbəb olur. Orta əsrlər dövründə isə Abşeron çox inkişaf edib. Həmin vaxtlar burada ovdanlar, hamamlar, məscidlər, məqbərələr çox tikilib. Muzeyimizdə onların şəkilləri saxlanılaraq nümayiş etdirilir. Buradakı karvansaraların tədqiqat işinə böyük ehtiyacı vardır. Beləliklə, mezolit dövründən başlayaraq bu günlərimizə qədər gəlib çıxan bütün bu tarixi eksponatlar onu bir daha sübut edir ki, Abşeron qədim diyardır türk torpağıdır. Muzeyimizdə həmçinin Manna, Midiya, Alban, Atabəylər, Səfəvilər dövlətləri haqqında çoxlu tarixi şəkillər, sənədlər vardır. Eləcə Azərbaycanın məşhur xalq qəhrəmanları Babək, Cavanşir, Koroğlu haqqında da muzeyimizdə çoxlu şəkillər, yazılar nümayiş etdirilir.

Mənə verilən bu fürsətdən istifadə edib, muzeyimizin yenidən belə yüksək formada əsaslı surətdə təmir olunmasında böyük xidmətlərinə görə icra başçımız Zakir Fərəcova Mədəniyyət Turizm Nazirliyi Abşeron şöbəsinin müdiri İlham Manafova işçilərimiz adından öz təşəkkürümüzü bildiririk. İnanırıq ki, muzeyimiz abşeronluların bura gələn qonaqların çox xoşuna gələcək. Buradan keçmiş bu günkü tariximizə aid çox şey öyrənəcəklər.

Biz xoş təəssüratla muzeydən çıxanda orada böyük bir stendlər yazılmış bu sözlər diqqətimizi cəlb etdi: “Azərbaycan1ı dövlətinin müstəqilliyi xalqımızın nailiyyətidir. Hər birimizin borcudur ki, müqəddəs dövlətimizin qədrini bilək. Onu qoruyaq. İnkişaf etdirək. Dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldıraq"

(Heydər Əliyev).

Bəli bu gün abşeronlular ümumilli liderimizin bütün tövsiyələrini layiqincə yerinə yetirməklə bu rayonu günü-gündən gözəlləşdirir, insanların firavan yaşaması üçün əllərindən gələni edirlər.

 

Azad Azərbaycan.- 2006.- 21 noyabr.- S. 6.