Ələsgərli K.

Müasir Azərbaycan musiqisinin təbliğatçısı

 

Böyük Qara Qarayev sənətinin incəliklərinə yiyələnərək xalqımızın kamil bəstəkarlarından biri səviyyəsinə yüksələn bəstəkarlarımızdan biri də Rəhilə Həsənovadır. O, hələ tələbəlik çağlarından müəlliminin dərin və müdrik mülahizələrinin təsiri altında folklorun milli bəstəkarlıq üslubunun qaynağı olması, nəhayətsiz, tükənməz imkanlarına malik olmasını dərkinə vardı. Bu yeni aləm Rəhilə Həsənovaya cəsarətli axtarışlar üçün təkan verdi. Bəstəkarın bütün yaradıcılığı cəsarətli keyfiyyətlərin parlaq nümayişidir. Tanıma və sevilməyə layiq olan bu musiqi nümunələri R.Həsənovanın ciddi axtarışlarının məhsuludur. Həm   də bəstəkar bu yaradıcılıq axtarışlarını ilk müstəqil addımlarından etibarən aparır. Bu aramsız axtarışlarda o, nəticə etibarilə müvəffəqiyyət tapmışdır. Ona görə ki, Rəhilə Həsənova öz yaradıcılığna başqalarından daha artıq tələbkarlıqla yanaşır və dövrümüzün müxtəlif istiqamətli musiqi cərəyanları ilə üzləşərək, o, ancaq  ən yaxşı cəhətləri mənimsəməyə çalışır.

Rəhilə Həsənovanın müasir musiqi savadı, intellektual hazırlığı, ciddi yaradıcılıq nailiyyətləri onu, müasir dünya musiqisinin müxtəlif cərəyanları ilə maraqlanmağa sövq edir. O, bu cərəyanları öz milli zəminində möhkəm dayanmaqla araşdırır və öz zövqünə, fıkri istiqamətinə uyğun gələnlərindən yaradıcı şəkildə faydalanır. R.Həsənovanın ən yaxşı əsərlərinin müasirliyi, hazırki müvəffəqiyyətinin səbəbi bununla izah oluna bilər.

Rəhilə Həsənovanın bir sənətkar kimi səciyyəvi cəhətlərindən biri onun müxtəlif sənət söhbətlərində yüksək səviyyəli polemikaya girmək istedadı, öz sənət baxışlarını yüksək səviyyədə müdafıə edə bilmək, sübuta yetirmək müəyyən təsdiqlər yolu ilə fıkirlərini əsaslandırmaq bacarığıdır.

Onun yaradıcılığı hamar, rahat yol deyil, enişli-yoxuşlu, mübahisəli, yaxşı mənada sözlü-söhbətli bir aləmdir. Rəhilə Həsənova həm də gözəl müsahib olduğu üçün onunla aparılan müxtəlif sənət söhbətlərinin özü də adamda daxilən bir rahathq hissi oyadır. Deməli, bəstəkar təkcə mükəmməl texniki savada malik olub, gözəl musiqinin müəllifi kimi deyil, mükəmməl nəzəri hazırlığa da sahibdir. Onu da qeyd etmək lazımdır ki, Rəhilə Həsənova bədii yaradıcılığı ilə nəzəri fıkirləri arasında ziddiyyət olan sənətkarlardan deyil. Onun musiqisi sözünü, sözü də musiqisini tamamlayır. Bu qənaətdəyəm ki, bəstəkarda bu keyfıyyət ən mühüm cəhətlərdən biridir. Bu səbəblər üzündən Rəhilə Həsənovanın musiqisi Azərbaycan musiqisinin bir parçası kimi ümumdünya arenasına cəsarətlə çıxır. Onun yaratdığı "Cavidi-dəstgah" xor operası; "Kosa-Kosa" balet-pantomimi; "Qəsidə" adlı orqan əsəri; "Muğfil"; "Maral oyunu ritual mərasim"; orqan üçün fantaziya və digər əsərlər bir daha onu sübut edir ki, bizim diyarımız bu gün də bütün dünyada tanınan məşhur sənətkarlar yetişdirir.

Rəhilə Həsənovanın əsərləri dünyanın bir çox ölkələrində uğurla səslənir. Bəstəkar tez-tez xarici ölkələrdə olur, sənət adamları ilə görüşür. Hər dəfə ölkəmizin incəsənəti və mədəniyyəti barədə danışanda, qiymətli faktlarla izah edəndə görüşdüyü adamları buna heyran qaldıqlarını şahidi oluruq.

Rəhilə Həsənova xarici ölkələrlə sıx mədəni əlaqədədir. Onun əsərləri Hollandiya, Avstriya, Kanada, Polşa, Böyük Britaniyada böyük uğurla səslənmişdir. Avropanın bir sıra qabaqcıl müasir musiqi festival və simpoziumları tərəfindən dəvət alan bəstəkar müəllif konsertləri ilə çıxış etmişdir.

Almaniyanın "Frau musica (nova)" cəmiyətinin, İtaliyanın Fyuci şəhərində hər il mütəmadi keçirilən "Donna in musica" ("Qadınlar musiqidə")adlı festival-simpoziumunun, İngiltərənin Taunton şəhərindəki "Chard-festival" adlı müasir musiqi festivalının dəvəti ilə Rəhilə Həsənova müxtəlif səpkili əsərlərini fortepiano əsərlərindən tutmuş, kamera-instrumental əsərlərinədək təqdim etmiş, xalqımızı layiqli şəkildə təbliğ etdirmişdir. 1994-cü ildə Qaaqada səslənən bəstəkarın "Səma" adlı kompozisiyası Azərbaycan musiqisindən ibarət konsertdə ifa olunmuşdur.

1996-cı ildə Hollandiyada "Niew Ensemble"adlı müasir musiqi ansamblı Rəhilə Həsənovanın "Pirəbə-dil" adlı əsərini böyük uğurla ifa etmişdir. 1999-cu il-də bəstəkarın "Qəsidə" adlı orqan əsəri Almaniyada çanlanmışdır.

Bəstəkar Rəhilə Həsənova xarici ölkələrdə dəfələrlə mətbuat konfranslarında iştirak edərək, Azərbaycanın zəngin musiqi mədəniyyətini yad ölkələrin tamaşaçıları və dinləyiciləri qarşısında layiqincə nümayiş etdirmişdir. Görüşlərin hər birində bir qayda olaraq musiqi mədəniyyətimizin tarixi, bu günündən müxtəsər məlumat verərək, Azərbaycan musiqisinin dünəni, indiki və sabahı, ifaçılıq üslubu, yaradıcılıq texnikası ilə tanış etmişdir.

Rəhilə Həsənovanın əsərlərinə qulaq asarkən Azərbaycan xalqının musiqi mədəniyyətinin böyük, mühüm bir qatı muğama dayaqlanma aydın şəkildə seçilir. Muğam sənətkar üçün tükənməz ilham qaynağıdır. Xalq musiqisini dərindən sevən və bilən Rəhilə Həsənova həm bəstəkar, həm də musiqişünas alim kimi bu zəngin irsi böyük səylə öyrənən və təh-lil edən sənətkardır. Şübhə yoxdur ki, onun yaradıcılıq imkanları, fərdi xüsusiyyətləri muğamın coşğun və ehtiraslı improvizasiya qabiliyyətinə söykənir.

Rəhilə Həsənovanın yaradıcılıq təbiətinə xas cəhətlərdən biri də sənətə yüksək məsuliyyətlə yanaşmaq tələbilə yaşamasıdır. Məhz Azərbaycan xalq musiqisinin qiymətli nümunəsinə muğam sənətinə hədsiz məhəbbət bu yaradıcı insana öz daxili qüvəsini aşkara çıxarmağa imkan vermişdir.

Bəstəkar, musiqişünas alim, pedaqoq olan Rəhilə Həsənova həmçinin gözəl pianoçu məharətinə də malikdir. Onun ifasında müəllifı olduğu "Alla Meyxana"  fantaziyasını, "Çeşmə" prelüdlər silsiləsinin, Sonatanın ifasını dinləyərkən həqiqətən ürəkdən xoşlamasan, istəyirsən ki, onun ifa etdiyi musiqinin cazibəsi daha çox olsun və bitib tükənmə-sin. Rəhilə Həsənovanın çalğısında məhz nəyin cəlb etdiyini bir sözlə demək çətindir: bu həm parlaq, təmkinli, eyni zamanda lirik, həm də ürəkdən gələndir. Onda özünü musiqiyə tam həsr edərkən gələn sərbəstlik, eyni zamanda zərrə ilə bütövün ciddi bədii nisbəti vardır.

Rəhilə Həsənova Azərbaycan fortepiano musiqisinin müasir mərhələsində yeni traktovka yaratmışdır ki, onun yaradıcılığının yeni cəhəti burada da aşkar olnur: fərdi üslub, sərbəstlik, müaasir detallarla yanaşma, hazırlanmış royal, yeni ştrixlərlə zənginləşdirilmə, improvizəli çalğı, ətirli və parlaqlıq bunu sübut edir. Bütün bunlar xalqın musiqi yaradıcılığının canlı çeşməsinədən qidalanan üslubdur. Bu çalğıda Şərq və Qərb mədəniyyətinin qovuşması, bu mədəniyyətlərin qarşılıqlı təsiri və sintez imkanlarını eşidirik.

Rəhilə Həsənovanın dünya görüşü, maraq genişliyi onun mövzusunu seçmək, müəyyənləşdirmək istedadı ilə sıx bağlı olur. Sənətkarı məzmunca zəngin, bədii fikir etibarilə kamil fəlsəfi ideyalar aləmi hər zaman cəlb etmişdir. Odur ki, Rəhilə Həsənovanın sufı fəlsəfəsi kimi əhəmiyyətli bir mövzuya marağı heç də təsadüfı deyil. Xalqımızın mənəvi xəzinəsinin ən orijinal və maraqlı tərəfınə toxunaraq, bəstəkar bir çox əsərlərində incəsənət və bədii xalq yaradıcılığı nümunələrindən bilavasitə qaynaqlanır. Belə ki, teatr tariximizi araşdırarkən qədim Azərbaycan xalq tamaşaları ilə oxşarlığı bəstəkarın "Kosa-Kosa"; "Qodu-qodu", "Maral oyunu"adlı əsərlərində tapırıq.

Rəhilə Həsənovanm son zamanlar müraciət etdiyi kamera tərkibli əsərləri bügünkü musiqi texnikası baxımından bütün normalara cavab verir. Onun kamera instrumental janrda çıxış etməsi xüsusilə əhə-miyyətlidir. Məhz kamera instrumental əsərlər bəstəkarın sənətkarlıq etibarilə yetkinləşməsini sübut edir. Onun müasir musiqi dilinin nailiyyəti kimi qeyd olunan əsərləri müasir Azərbaycan musiqisini dünya sənətinə aparıb çıxaran yollara bağlayır. Xalqı milli və dünyəvi keyfıyyətlərin üzvi vəhdətinə nail olaraq onu müasir Azərbaycan musiqisi mədəniyyətinin ən yaxşı və layiqli nümayəndələrindən biri sırasına qoyur.

Rəhilə Həsənova davranışında, danışığında da xalq müdriklərinə xas olan sadəliyi, təbiiliyi, dünya görnüşlüyü, mənalı fıkirlərini sərrast ifadə etməsilə müasirlərini heyran edir. Onu şəxsən tanıyanlar, onunla uzun illər birgə çalışanlar bəstəkarın sənəti ilə şəxsiyyəti arasında möhkəm bir vəhdət görürlər. Bu bütövlüyü onun sənət yolu təsdiq etməkdədir.

Rəhilə Həsənovanın daxili və sənət aləmi tam vəhdətdədir. O, sadə, sədaqətli, qayğıkeş, işgüzar, xeyirxah, intizamlı və mehriban bir şəxsiyyətdir.

O, xalqımızın əsrlərlə yaratdığı tükənməz zəngin xəzinəyə müqəddəs bir varlıq kimi baxır, onu uca tutur. Rəhilə Həsənova bildiyini öyrətməkdən çəkinmir. Sənətkardakı bu böyük vəziyyəti yaxından ya-xına müşahidə etmək səadəti mənə də qismət olmuşdur. Onun ən sadə sözləri belə dərin sənət məhəbbəti, yazıb yaratmaq eşqi ilə boldur.

Mən özümü bir musiqişünas, bəstəkar kimi həm də ona görə xoşbəxt hesab edirəm ki, sənət aləmində ilk addımlarını atarkən bu insanla uğrlaşmışam. Bu cəhəti mən indi daha çox başa düşürəm. Rəhilə Həsənova mənim sevdiyim bəstəkarlardandır. Bərəkətli doğma torpağımıza hədsiz bağlılığı ona əsərlərini yüksək bir niyyətlə xalq üçün yaratmasına sövq edir.

Buna görə də, sənət aləmində gözlərimın  qarşısında özümdən böyük qələm yoldaşımla fəxr edirəm. Bütün bunlarla birlikdə mən sevinirəm ki, artıq bir çox illər yaradıcılıq dostluğu ilə bağlı olduğum bir musiqiçi məsləkdaşım da var. Onunla çoxillik yaradıcılıq ünsiyyəti mənə bol-bol gözəl anlar bəxş etmişdir.

 

Mədəni-maarif işi.- 2006.- № 7.- S. 44-45.