Mədəniyyət Və Turizm Nazirliyində Görüş
İyunun 14-də Mədəniyyət
və Turizm naziri .Əbülfəs Qarayev Azərbaycanda Rusiya İli çərçiyəsində ölkəmizdə keçirilən
Samara vilayətinin mədəniyyət
günlərinin iştirakçıları
ilə görüşmüşdür.
Nazir ölkəmizdə Rusiya İli çərçıyəsində
Samara vilayəti mədəniyyət
günlərinin keçirilməsini
əlamətdar hadisə
kimi səciyyələndirmiş,
mədəniyyətlərin qarşılıqlı zənginləşməsində
belə tədbirlərin
əhəmiyyətini vurğulamışdır.
Nümayəndə heyətinin
başçısı, Samara vilayətinin mədənıyyət
və gənclər siyasəti naziri Olqa Rıbakova Bakıda olduqları az müddətdə
öyrənməli çox
şeylə rastlaşdıqlarmı
bildirmişdir. O demişdir
ki, Samarada nüfıızlu Azərbaycan
diasporu vardır. Başqa millətlərin nümayəndələri
kimi, onlar da Samaradakı 'Dostluq klubu"nda öz ölkəsinin əlamətdar günlərini
qeyd edir, milli bayramları ilə bağlı müxtəlıf tədbirlər
keçırirlər. Samarada yaşayan azərbaycanlılar
vilayətin istər mədəni, istərsə
də iqtisadi həyatında fəal iştirak edirlər.
9 rayonun ikısində
milis şöbəsinin
rəisi millıyyətcə
azərbaycanlıdır.
Görüşdə tərəflər
arasında mədəniyyət
sahəsində əməkdaşhq
haqqmda protokolun imzalanacağı bildırilmışdir.
Yaddaş.- 2006.- 17 iyun.- S. 1.