Mehriban Əliyeva: Mədəniyyət müasir cəmiyyətin bir çox problemlərini

həll edə biləcək universal vasitədir.

 

Heydər  Əliyev Fondunun prezidenti Parisdə "Qeyri-maddi irsin qorunması haqqında"

konvensiyanı ratifikasiya etmiş ölkələrin

Baş Assambleyasının ilk iclasında ioştirak edib.

 

AzərTAc. iyunun 26-da Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva "Qeyri-maddi irsin qorunması haqqında" Konvensiyanı ratifikasiya etmiş ölkələrin Baş Assambleyasının YUNESKO-nun mədəniyyət bölməsinin təşəbbüsü ilə keçirilmiş ilk iclasında iştirak etmək üçün Parisə gedib. O, YUNESKO-nun baş direktoru tərəfindən yığıncağa dəvət olunmuş yeganə xoşməramlı səfirdir. Mehriban Əliyevanı YUNESKO-nun iqamətgahında səfirlər proqramının rəhbəri Basma İrşeyd, protokol rəhbəri Jan-Lük Şan Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyinin başçısı, səfir Eleonora Hüseynova qarşılayıblar.

Yığıncağı giriş sözü ilə baş direktorun mədəniyyət üzrə köməkçisi Fransuaz Ribiyer açıb. YUNESKO-nun baş direktoru Koişiro Matsuura qonaqları, o cümlədən ölkəmizdə şifahi mədəni irsin qorunması inkişaf etdirilməsində xüsusi xidmətləri olan, yeganə xoşməramlı səfir kimi belə mötəbər tədbirdə iştirak edən Mehriban Əliyevanı salamlayıb.

Baş direktor "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiyanı artıq 45 ölkənin ratifikasiya etdiyini, son bir neçə ayda daha 7 dövlətin bu Konvensiyaya qoşulduğunu xatırladıb. Qeyri-maddi mədəni irsin hər bir.xalqın tarixinin güzgüsü olmaqla yanaşı, bütün dünyanın sərvəti olduğunu vurğulayan cənab Koişiro Matsuura dedi ki, bu sərvətin qorunması hamının işidir. Baş direktor rəhbərlik etdiyi beynəlxalq təşkilatın bu sahədə gördüyü işlər barədə məlumat verib.

Əlcəzairin xarici işlər naziri, Yaponiyanın elm, təhsil texnologiya naziri öz çıxışlarında ölkələrində qeyri-maddi mədəni irsin qorunması ilə bağlı görülən işlərdən söhbət açdılar, hər bir ölkənin konvensiyaya .qoşulmasının vacibliyini xüsusi vurğulayaraq, xalqların keçmişindən xəbər verən istər maddi, istərsə qeyri-maddi mədəni irsin son vaxtlar bəzi ölkələr tərəfindən vəhşiliklərə məruz qaldığını bildirdilər YUNESKO-nu öz nüfuzundan istifadə edərək belə halların qarşısını almağa çağırıblar.

İbtidai icma dövründən bu günə kimi yaradılmış nəsildən-nəslə ötürülmüş qeyri-maddi mədəni irsin mənsub olduğu xalqın tarixini özündə əks etdirdiyini söyləyən nazirlər bu irsin qorunması sahəsində ölkələrarası əməkdaşlığın yaranması inkişaf etdirilməsinin vacibliyini, bu sahədə xüsusi səriştəsi olan ölkələrin  təcrübəsindən   istifadənin əhəmiyyətini vurğulayıblar.

Daha sonra Mehriban Əliyeva çıxış edib. O, ilk növbədə, qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanın qüvvəyə minməsi kimi əlamətdar hadisə münasibətilə iştirakçıları təbrik edib. "Mən iştirakçı dövlətlərln Baş Assambleyasında iştirak etmək üçün dəvətinə, eləcə bu Konvensiyanın üzv dövlətlər tərəfindən tezliklə ratifikasiyasına yönəlmiş səylərinə görə YUNESKO-nun baş direktoru Koişiro Matsuuraya minnətdarlığımı bildirirəm"-deyə o, bildirib.

Heydər Əliyev Fondunun prezidenti qeyd edib ki, qeyri-maddi mədəni irs dünya xalqlarının genetik əsasını təşkil edir. Həmin əsas əsrlər boyu qurulmuş xalqların,.etnik qrupların formalaşmasında, özlərinin ümumiliyinin dərk edilməsində sonra isə millətlərin dövlətçiliyin formalaşmasında vacib rol oynayıb. Bu gün, biz dünya xəritəsində bir çox millətlərin yaşadığı 190-dan çox dövlət görürük. Onların hər birinin özündə maddi qeyri-maddi mədəni dəyərləri birləşdirən özünəməxsus tarixi irsi var. Hər bir dövlətin vəzifəsi nəinki həmin dəyərlərin qorunması, həm yeni nəsillərin həmin dövlətin özünəməxsus adət ənənələri əsasında tərbiyələndirilməsi üçün şərait yaradılmasından ibarət olmalıdır. Mehriban Əliyeva vurğulayıb ki, bəşəriyyətin hazırkı inkişaf mərhələsi insanın praktik olaraq, bütün fəaliyyət sahələrini əhatə etmiş qloballaşma ilə səciyyələnir. Təbii ki, qloballaşma özü ilə bir çox üstünlüklər gətirir bəşəriyyət qarşısında duran problemlərin həlli üçün yeni imkanlar açır. Xüsusən müxtəlif mədəniyyətlərin bir-birinə qovuşması hər mədəniyyətin bütün bəşəriyyət üçün dəyərinin qavranılması baş verir. Lakin, eyni zamanda, qloballaşma yeni təhdidlər çağırışlarla müşayiət olunur. Onlardan ən təhlükəlisi isə stereotiplərin diktə olunmasıdır. Bunların sırasında ən zəifi məhz qeyri-maddi mədəni dəyərlərdir. Bu gün nəinki incəsənət əşyalarının, həm adət-ənənələrin, rltuallarm, yəni mədəniyyətin ən qədim ifadə formasının qorunmasına ehtiyac duyulur. Bu, həmçinin yaranmış qeyri-dözümsüzlük, dinlərarası toqquşma, terrorçuluq ekstremizm meyilləri qarşısında mühüm əhəmiyyət kəsb edir. Bir çox hallarda, həmin meyillərin əsasında mədəni bələdçi istiqamətlərin dəyərlərin itirilməsi durur. Bütün sivil xalqlar bu bəlaya qarşı mübarizədə öz səylarini birləşdirməlidir, çünki bu maneəni yalnız birbaşa səmimi dialoq vasitəsilə aradan qaldırmaq olar. Bu baxımdan, Konvensiyanın qüvvəyə minməsi bəşəriyyətin mədəni irsinin qorunub saxlanılmasına yönəlmiş vaxtında atılmış addımdır. "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiya dünya mədəniyyətinə böyük töhfə vermiş Azərbaycan xalqı üçün böyük əhəmiyyət daşıyır.

Azərbaycanın qədim ölkə olduğunu söyləyən Mehriban Əliyeva bununla belə gənc müstəqil dövlət olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın əsrlər boyu qorunmuş saxlanılmış mədəni irsimiz, ənənələrimiz, musiqimiz, dilimiz, adətlərimiz siyasi sabitliklə birlikdə bizim müstəqilliyimizin təminatçısıdır. Azərbaycan muğamı 2003-cü ildə bəşəriyyətin şifahi qeyri-maddi irsi incilərinin siyahısına daxil edilmişdir. Muğam qədim incəsənətdir onun dərin fəlsəfəsi bir nəsildən digər nəslə ötürülməlidir. Xalq yaradıcılıq sənətinin qorunması, bərpası inkişafı Azərbaycanda dövlətin mədəniyyət siyasətinin prioritetlərindən biridir. "Azərbaycan çoxmillətli ölkədir bu, xalqımızın sərvətidir. Milli azlıqların mədəniyyətinin inkişafı daim dövlətin diqqət mərkəzindədir. Müxtəlif dinlərə aid bütün tarixi abidələr dövlət tərəfindən qorunur saxlanılır. Azərbaycanlıların dini dözümlülüyü dünyada yaxşı məlumdur yüksək qiymətləndirilir"- de- YUNESKO-nun xoşməramlı səfiri vurğulayıb. "Mən iclas iştirakçılarını məmnunluq hissi ilə məlumatlandırmaq istəyirəm ki, Konvensiyanın ratifikasiya prosesi Azərbaycanda son mərhələdədir yaxın gələcəkdə bizim ölkəmiz həmin Konvensiyanın iştirakçısı olan dövlətlərin siyahısına daxil olacaqdır. Bu gün dünyada münaqişələr mövcuddur, müharibələr gedir. Bütün bəşəriyyətə məxsus olan tarixi mədəni dəyərlər məhv edilir. Bir çox şeylər birdəfəlik itirilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində xalqımızın yüzlərlə qədim memarlıq mədəniyyət abidələri dağıdılıbdır. Ənənəvi olaraq, ən yaxşı muğam ustalarının doğulub boya-başa çatdığı şəhərlər bu gün tamamilə yerlə-yeksan edilibdir. Bununla bağlı, icazə verin, münaqişələr zonalarında yerləşən mədəni tarixi abidələrin taleyinə beynəlxalq təşkilatlar bütövlükdə, dünya ictimaiyyətinin daha böyük diqqətinin vacibliyini bir daha vurğulayım. Mədəni irsə qarşı təcavüz qəbuledilməzdir. Öz mədəniyyətinə hörmət edərək onu qoruyaraq, eyni zamanda, ümumbəşər dünya mədəniyyətinə hörmətlə yanaşmaq onu qorumaq vacibdir".

Daha sonra Mehriban Əliyeva deyib ki, bu gün dünyada cərəyan edən hadisələrlə bağlı birmənalı yekun fikirlər söyləmək kifayət qədər çətindir. Lakin bir məsələ tam aydındır: mədəniyyət daha geniş anlamda müasir cəmiyyətin bir çox problemlərini həll edə biləcək universal vasitədir. Buna görə bəşəriyyətin mədəni irsinin qorunması saxlanılması bizim üçün olduqca vacibdir.

Sonda, Mehriban Əliyeva bu Konvensiyanın tezliklə ratifikasiyasına yönəlmiş böyük səylərinə görə YUNESKO-nun baş direktoru Koişiro Matsuuraya minnətdarlığını bildirdi.

İclasda "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiyaya qoşulmuş ölkələrin xarici işlər, təhsil, elm mədəniyyət nazirləri, səlahiyyətli nümayəndələri, YUNESKO yanında daimi nümayəndəliklərin rəhbərləri iştirak edirdilər.

 

Yeni Azərbaycan.- 2006.- 28 iyun.- S. 3.