Ənvər
Mir
Mövsüm Nəvvab və musiqi
(Əvvəli ötən
saylarımızda)
Risalənin digər iki
cədvəlində melodiyaların, səslərin,
şöbə və guşələrin
yuxarı-aşağı qalxıb-enmələri,
başlanğıc və qurtaracaqları verilmişdir.
Hər nəğmə,
hər melodiya üçün bir pərdə və bir dərəcə
müəyyənləşdirilmişdir. Belə ki, hər
hansı bir nəğmə, muğamat, şöbə,
guşə və səs hansı dərəcə və
pərdədən başlayırsa, müxtəlif
gəzişmələrdən sonra yenə də həmin
başlanğıc pərdədə qurtarmalıdır. Bunu
risalədəki cədvəldən asanlıqla
öyrənmək mümkündür.
M.M.Nəvvab
risalədə musiqinin təbabətlə
əlaqəsindən, musiqinin şəfaverici
xüsusiyyətlərindən bəhs etmişdir.
Müəllif bu sahədə böyük alim
İbn-Sinanın nəzəriyyəsinin davamçısı
kimi çıxış etmişdir.
M.M.Nəvvab
göstərirdi ki, insanın bədənində
əmələ gələn hallar iki ünsürdən -
hərarət və birudətdən (soyuq) asılıdır.
Bununla əlaqədar müəllif musiqinin insan orqanizminə
böyük təsir gücündən bəhs etmiş,
hansı mahnı və muğamların nə vaxt
çalınmasının daha münasib olduğunu
göstərmişdir. Məsələn, o, qeyd edirdi ki, əgər
xəstəlik hərarətdən əmələ
gəlibsə, hüzn və qəmginlik gətirən
nəğmələr çalındıqda xəstənin
halı yüngülləşir. Xəstəlik soyuqdan
əmələ gəlibsə, şən və oynaq
nəğmələrin çalınması daha münasibdir.
O yazırdı: "Bundan ötəri ki, şadlıq
hərarət gətirər və qəmginlik birudət
artırar və əlavə naxoşluq ki məhsus olundu,
təğənni edən hansı ğina ki haman ünsürə mərbud
və münasibəti var, əda etsə, həmən
mərəz üçün xeyli mənfəəti var".
Müəllif
risalənin bu hissəsində ərəb dilində mətn
və onun tərcüməsini də vermişdir. O yazırdı
ki, mülayim təbiətlilərdə həqiqi
nəğmə od çaxmaq daşında gizləndiyi
kimidir. Çaxmaq daşa vurulduqda od
çıxdığı kimi, qəlblərdə
gizlənilən sirlər, şadlıq və ağlamaq da
nəğamat ilə aşkar olur.
Risalədə musiqinin
yaranması, ayrı-ayrı muğamların, musiqi
alətlərinin adlarının əmələ
gəlməsi barədə müxtəlif rəvayətlər
söylənilir. Bu rəvayətlərin birində
məşhur yunan alimi Pifaqorun bərbər alətini ixtira
etməsindən bəhs olunur. Bu rəvayət bütün
Yaxın və Orta Şərq alimləri arasında
müxtəlif variantlarda yayılmışdır. İlk
dəfə bu rəvayət Əbu Nəsir Farabinin "Musiqi
əl-kəbir" əsərində verilmişdir.
Risalədə söylənilən digər rəvayət 'Səbz-dərsəbz"
("Yaşıllıqda yaşıllıq")
muğamı ilə əlaqədardır. Bu rəvayət
Şah Xosrov Pərvizin hökmdarlığı
döv-ründə sarayda oxuyan məşhur musiqiçilər
Bərbət və Nəkisa haqqında olan əhvalatla
bağlıdır. Bu, öz poetik əksini Nizami
Gəncəvidə də tapmışdır.
Risalədə
"Sədai-Naqus" muğamının yaranması
barədə Haris adlı şəxsin söylədiyi
rəvayət də verilmişdir. Həmin rəvayətdə
"Sədai-Naqus"un Herat şəhərində
yaranması göstərilir.
M.M.Nəvvab qeyd edirdi
ki, əksər muğamat və sövtlərin adları ya
onları ilk dəfə gözəl ifa edən şəxsin
və ya həmin muğamın yarandığı yerin adı
ilə bağlıdır. Məsələn,
"Azərbaycan", "Ni-şapur", "Zabul",
"Məvarənnəhr", "Bağdadi",
"Kürdi", "Şirvani", "Qarabaği",
"Qacari", "Osmani", "Şah Xətai",
"Kərkuki", "Raki-Hindi" və s. Müəllif
həmçinin göstərirdi ki, bir çox muğamlarm
adiarı müxtəlif təbiət hadisələri ilə
bağlıdır. Məsələn, "Rast"
muğamına ona görə bu ad verilmişdir ki, səslərin
əksəriyyəti əsas pərdə ilə
rastlaşır. “Rast” bahar küləyinin
hərəkətindən götürülmüşdür.
"Rəhavi" -
Rəhaviyyə qəsəbəsinin adı iJə
bağlıdır. Buna "Rəhab" da deyirlər.
"Rəhavi" adını yağış suyu damcılarının
tökülməsinə bənzədənlər də
vardır. "Çahargah" - dörd nəğmə
və guşələrlə təkmilləşdiyi
üçün buna Çahargah deyilir, göy
guruldamasından götürülmüşdür.
"Dügah" - fəvvarədən axan sudan
götürüldüyü üçün hər
tərəfə meyl edir. "Hümayun"u quşların
qanad çalmasından, "Nəva"nı aşiqlərin
ürəkyandırıcı naləsindən, "Mahur"u
suda üzməkdən, "Şahnaz"ı
bülbüllərin aşiqanə sədasından,
"Üşşaq"ı qorxaraq dəhşətlə
yuvasından çıxdıqdan sonra sakit-sakit uçan
quşun hərəkətindən, "Müxalifi
arının təbiətindən, "Məğlub"u
şiddətli selin gəlməsindən,
"Üzzal"ı isə meteoritin axmasından
götürmüşlər.
M.M.Nəvvab həmçinin qeyd edirdi ki, "Əraq"m adı Abu Nəsirin atasınm adı ilə bağlıdır. "Busəlik"
isə Pifaqorun qulamının adından götürülmüşdür.
Risalədə muğamların insan təbiətinə, xasiyyətinə
göstərdiyi müxtəlif
emosional təsirlərdən
də bəhs edilmişdir. Məsələn, "Üşşaq",
"Busəlik" və
"Nəva" muğamlarının
təsiri şücaətə
səbəb olur.
"Rast", "Novruz", "Əraq"
kimi muğamların təsiri mülayimdir.
Bəzilərinin təsiri zəif
oiduğundan, qəm və kədərə səbəb olur. Bunlardan "Büzürg",
"Rəhavi", "Zəngulə",
"Zirəfkənd" və
"Hüseyni"ni misal
göstərmək olar.
Maraqlıdır ki, risalədə muğamların emosional təsirindən bəhs edilərkən, onların
müxtəlif iqlim şəraitində yaşayan
xalqlara müxtəlif
təsiri də qeyd edilmişdir. Məsələn, "Üşşaq", "Busə-lik"
və "Nəva"
muğamları Həbəşistan
əhalisinin və dağlarda yaşayan tayfaların təbiətinə
uyğundur. Bəzi muğamların
təsiri orta olub, əksər adamın xoşuna gəlir. Məsələn,
"Rast", "Novruz",
"Əraq" və
"İsfahan" belə
muğamlardandır. Bu muğamlar orta iqlimdə yaşayanların
təbiətinə çox
uyğundur.
Muğamların emosional təsiri ilə əlaqədar olaraq, M.M.Nəvvab muğam ifaçılığının
vacib məsələsi
olan musiqinin poetik mətn, şeirlərlə əlaqəsi
məsələsinə toxunmuş
və ifa vaxtı mü-nasib şeirlərin seçilməsini
xüsusi qeyd etmişdir. O yazırdı:
"Amma təğənni
vaxtı lazımdır
ki, münasib şeirlər oxumaq, tainki məcazlara təsir edib baisi şövq və zövq və ya hüzn
və ələm ola".
Muğamlarda münasib şeirlərin seçilməsinin zəruriliyi
haqqında hələ
orta əsr alimləri də öz müiahizələrini
söyləmişlər. Məsələn, XV əsrin görkəmli şairi və musiqişünası Cami
"Musiqi haqqında"
risaləsinin sonunda bu məsələni xüsusi qeyd etmişdir.
M.M.Nəvvab da təsniflərlə əlaqədar münasib şeiriərin seçilməsinin
zəruriliyindən bəhs
etmişdir.
M.M.Nəvvab "Vüzuhül-ərqam"
risaləsinin "Musiqi
alətləri" hissəsində
milli alətləri iki hissəyə bölmüşdür: simli
alətlər və nəfəsli alətlər.
Simli alətlərə
saz, ud, cəng, nüzhət, qanun, tənbur və s. aiddir. 0, nəfəsli aiətləri
də iki yerə bölmüşdür.
Onlardan birincisinə
tam nəfəslə çalınan
həlq, ney, şən, nay və s,, ikincisinə isə ərğənun aiddir. O, Şərq alətləri ilə yanaşı, Avropa və rus musiqi
alətləri (skripka,
fleyta, fortepiano, orqan, qusli və qarmon)
haqqında da məlumat vermişdir. Orqan musiqi alətindən bəhs edərkən, İran şahı Nəsrəddinin Londona səyahətini xatırladır.
M.M.Nəvvab yazırdı ki,
"
M.M.Nəvvabın musiqi alətləri barədə
verdiyi məlumat
sadə olmasına baxmayaraq, şübhəsiz,
o dövr üçün
çox qiymətli idi.
Risalənin maraqlı səhifələrindən
biri də musiqini dinləmək qaydalarıdır. M.M.Nəvvab yazırdı ki,
"dinləmə iki
tərəfin (maddənin)
- çalan-çağıran və eşidənin görüşlərindən hasil
olur. Çalanlar ifaçılığın qayda və şərtlərini
bilib, işlərində
mahir olsalar, onların nəğamat və ləhniyyətin-dən
həzz və ləzzət almaq olar". O, bunun üçün bir neçə şərt irəli sürürdü:
"Birinci şərt
odur ki, çalan və çağıran xoşsurət
və xoşsima və şirin dilə malik olsun ki, baxanlarm
və eşi-dənlərin
şadlığına səbəb
oisun".
Burada M.M.Nəvvab
Aristotelə istinad edərək yazmışdır:
"Əgər müğənni
bədsurət və çirkin olmuş olsa lazımdır ya üzünə niqab sala və
ya nazik pərdənin dalında təğənni edə;
o ləzzəti ki, onun ğinasından təbiyyə üçiin
hasil olur, onun bədruyyəliyi geri alıb, baisi nifrət olmaya".
İkinci şərt
də odur ki, çalan, oxuyan və dinləyici arasında bir az məsafə olsun. Müəllif yenə də Aristotelin sözlərini misal gətirərək yazır:
"Gərək çalan,
çağıran alçaqda
əyləşsin, dinləyicisi
isə qəlbidə.
Çünki nəğmənin
lətifliyinin mərkəzi
yuxarı aləmdədir:
nəğamatın
Risalənin bu hissəsindən məlum olur ki, M.M.Nəvvab ifaçılıq qaydalarına
böyük əhəmiyyət
vermiş, onun estetika, akustika məsələlərini əsas
şərtlərdən hesab
etmişdir. Bu, həm
də onu sübut edir ki, M.M.Nəvvabın dövründə Qarabağda
yüksək səviyyəli
ifaçılıq sənətinə
tələbat olduqca böyük idi.
Müəllifin "Vüzuhül-ərqam"
risaləsi aşağıdakı
sözlərlə bitir:
"Qərəz, bu risaləni yazmaqda məqsəd millətin qüvveyi-esminin izdiyandır,
Qeyri bir məqsədimiz yoxdur. Bunun elmi niyyəti ilə tədqiqi halal, əməli cəhətdən məşğul
olması haramdır".
Əsər ərəbcə sonluqla bitir. Bu sonluqda M.M.Nəvvab
Qurandan bir ayə vermiş və oxuculara bu əsəri hicri 1301 (miiadi 1884)-ci ildə bitirdiyini
bildirmişdir.
Böyük elmi və bədii irs qoyub
getmiş M.M.Nəvvab
1918-ci ildə Şuşada
85 yaşında vəfat
etmişdir.
"Vüzuhül-ərqam" risaləsində
qaldırılan məsələlər
maraqlı və qiymətlidir. Müəllif bu məsələləri
bəzən dini haşiyəyə alır.
Bu dini haşiyə
M.M.Nəvvaba əsas niyyətinə, məqsədinə
nail olmaq üçün
lazım olan bir vasitə idi. Onun əsas məqsədi
isə özünün
qeyd etdiyi kimi, millətinin, xalqının savadlanması
və musiqi elminin inkişafı idi. Bu xüsusiyyət
ümumiyyətlə, XIX əsrin
qabaqcıl, maarifpərvər
şəxslərinə xas
idi. M.M.Nəvvab da bu şəxslərdən biri
idi. Onun "Vüzuhül-ərqam"
risaləsi yalnız Azərbaycanın deyil, ümumən Şərq xalqlarının muğam sənətinin və ifaçılığının vacib məsələlərini
araşdıran qiymətli
əsər kimi musiqi tariximizə daxil olmuşdur. Onun abidəsi də Şuşada başqa mədəni abidələrimiz
kimi, Cıdır düzündə düşmənlərə
əsirdir.
Azərbaycan mədəniyyəti.- 2006.- 1 iyun.- s.- 1, 6.