Nəzakət

Mədəniyyət xalqlar arassında sülhü tərənnüm edir

 

            "Məhəmməd Abd əl-Vahab müğənni kimi tanınmış, səsinin gözəlliyi ilə şöhrətlənmişdir. O, otuz ildən artıq bir müddətdə ərəb dünyasının bir nömrəli müğənnisi olmuşdur. Sonralar ifaçılıqla məşğul olmamış, bəstəkarlıqda yeni xüsusi bir üslub seçmişdir"

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində "Şərq musiqisi gecəsi" adlı tədbir keçirildi. Tədbir Misir Mədəniyyət Mərkəzi və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin birgə təşəbbüsü ilə təşkil olunmuşdur. Tədbiri giriş sözü ilə Misir Mədəniyyət Mərkəzinin direktoru doktor Sayed Ghanemi açaraq bu gecəni Misir musiqi sənətinin istedadlı nümayəndələrindən olan Məhəmməd Əbd əl-Vahabın ölümünün 15 illiyinə həsr olduğunu bildirdi. O, ilk olaraq təhsil və mədəniyyət sahəsindəki əlaqələrin inkişafındakı böyük diqqətlərinə görə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru, professor Elman Məmmədova və bütün müəllim kollektivinə öz səmimi təşəkkürünü çatdırdı. Əlaqələrin inkişafında məktəbin direktoru Elman Məmmədovun rəhbərlik etdiyi təlim sisteminin əhəmiyyətinin böyüklüyünü vurğuladı. Doktor Sayed Ghanemin, həmçinin, MüasirTəhsil Kompleksində təhsil alan bütün şagirdlərin digər xalqların mədəniyyəti ilə tanış olmaq istiqamətində göstərdikləri diqqətə görə Elman Məmmədov cənablarına və müəllim kollektivinə təşəkkürünü bildirdi. Çünki mədəniyyət xalqlar arasında sülhü tərənnüm edir. "Müasir Təhsil Kompleksinin Misir Mədəniyyət Mərkəzi ilə olan konstruktiv və davamlı əməkdaşlığının nəticəsi olaraq belə tədbirlər həyata keçirilir" - deyə sözünə davam edən doktor Sayed Ghanemin təşkil edilən tədbirlə bağlı fikirlərini bildirdi. Misirin istedadlı musiqiçisi Məhəmməd Əbd əl-Vahab yaradıcılığından söz açdı: "O, ilk addımları ilə cəmiyyətdə özünə parlaq bir mövqe yarada bilir. Bu mövqe onun elmi diplomu, sərvəti ilə deyil, məhz öz sənəti ilə üzə çıxır. Məhəmməd Əbd əl-Vahab 13 mart 1902-ci ildə anadan olmuşdur. O, Allahın adı tez-tez çəkilən dini bir mühitdə böyümüşdür. Onun atası kəndli idi. O, Qahirəyə köçdükdən sonra əl-Əzhər Universitetinə qəbul olmuş, müəzzin işləmiş və "Qurani Kərim"i avazla oxumuşdur. Məhəmməd Əbd əl-Vahab "Qurani Kərim"in təcvidini öyrənəndə onun 4 yaşı var idi. Məhəmməd Əbd əl-Vahab mahnı ifa etməyi sevər və məşhur ifaçıları dinləyərdi. On yaşına çatmamış bu oğlan mahnı ifa etmək üçün çoxsaylı teatr kollektivlərinə daxil olmuşdu." Doktor Sayad Ghanemin sözünə davam edərək bildirdi ki, o, hələ uşaq yaşlarından "Qurani Kərinr”i avazla oxumağı, peyğəmbərə aid mədhiyyələr, uverturalar, poetik qəsidələr ifa etməyi bacarırdı.

"Məhəmməd Abd əl-Vahab müğənni kimi tanınmış, səsinin gözəlliyi ilə şöhrət tapmışdır. O, otuz ildən artıq bir müddətdə ərəb dünyasının bir nömrəli müğənnisi olmuşdur. Sonralar ifaçılıqla məşğul olmamış, bəstəkarlıqda yeni xüsusi bir üslub seçmişdi. Həmişə yenilik axtarışında olan Məhəmməd Abd əl-Vahab Qərb klassik və xalq rəqs musiqisindən təsirlənmiş, ərəb  musiqisini Qərb incəsənəti ilə birləşdirməyə meyl etmişdir. Bu da müasirliklə ayaqlaşmaq məqsədi güdürdü." Məhəmməd Əbd əl-Vahab milli, lirik mahnılar kimi 500 mahnıya musiqi bəstələmişdir. Bu mahnılar isə ərəb nəğməsinin xanımı Ummu Gülsüm, Əndəlib əl-Əsmər, Abdul Həlim Hafiz kimi məşhur müğənnilər tərəfindən ifa edilmişdir. Habelə, Məhəmməd Əbd əl-Vahabın əllidən artıq sözsüz musiqi parçaları var. O, 1991-ci ilin mayında görkəmli sənətkar vəfat etmişdir.

Doktor Sayed Ghanemin musiqiçi ilə bağlı fikirlərini yekunlaşdırdıqdan sonra söz Misirin Azərbaycandakı səficu-Şərqaviyə verildi. O, ilk olaraq Azərbaycan Misir əlaqələrindən söz açıb, bu münasibətləri milli liderimiz Heydər Əliyev tərəfindən təməlinin qoyulduğunu bildirdi. Heydər Əliyevin Hüsnü Mübarəklə olan görüşü iki dövlət arasında olan münasibətlərin təməlini möhkəmlətmişdir. Səfir müasir dövrümüzdə ölkə Prezidenti tərəfindən dövlətlərarası münasibətlərin daha da genişləndiyini və artdığını bildirdi. Ötən həftə Misir nümayəndə heyətinin Bakıya gəlişini bu əlaqələrin davamlı olmasında sübut olduğunu vurğuladı. Səfir onu da qeyd etdi ki, bu müddət ərzində Azərbaycanın dövlət nümayəndələri ilə Misirin dövlət nümayəndələri arasında dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirmək məqsədilə görüşlər keçirmişdir. Səfir bugünkü tədbirin keçirilməsinin əhəmiyyətini də vurğulayıb, təşəkkürünü bildirdi.

Musiqi   gecəsində   çıxış  edənlər Azərbaycan və Misir arasındakı dostluq əlaqələrindən və bu dövlətlərin bir-birinə olan təsirindən də söz açdılar.

Tədbirdə bir çox şəxslərə mükafat və diplomlar təqdim olundu. Belə ki, Misir səfirinə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə olan xidmətlərinə görə diplom təqdim edildi. Misir Mədəniyyət Mərkəzinin direktoru doktor Sayed Ghanemin isə fəxri fərmana layiq görüldü. Eyni zamanda, doktor "Mətbuatın İnkişafına Yardım" ictimai birliyinin diplomu ilə də təltif olundu. Təhsil kompleksinin bir neçə müəllim və şagirdlərinə müxtəlif diplom və sertifikatlar təqdim olundu.

"Misir musiqi gecəsi"ndə Məhəmməd Əbd əl-Vahabm "Nil çayı", "Əsuvan musiqisi", "Misir mahnısı", C.Verdinin "Aida" operasından "Marş", "Bələdiyyə rəqsi", "Şur muğamı", "Misir rəqsi", "Kəpənəklər və çiçəklər", "Həbibi" və digər musiqi nömrələri iştirakçılara çatdırıldı. Qeyd etmək lazımdır ki, musiqi nömrələrini tarda Həsənov Rüfət, kamançada Əsədullayeva Mehri, nağarada Talıbov Əlipaşa, udda isə Kərküklü Seyfəddin Çaxmaqçı oğlu ifa edirdilər. Adlarını qeyd etdiyim ifaçılar da Misir Mədəniyyət Mərkəzinin diplomuna layiq görüldülər. Tədbirin sonunda Misir və Azərbaycan arasında olan dostluq əlaqələrinə öz münasibətini bildirmək üçün respublikanın xalq artisti Lütfiyar İmanov səhnədə göründü. O, dövlətlərarası əlaqalərdən söz açıb, Azərbaycan klassik mahnılarından parçalar ifa etdi.

 

Səs.- 2006.- 30 iyun.- S. 12.