Yavəroğlu.
Q.
Ölüm zonası, yoxsa istirahət meydanı
Bayılda 5 kilometrlik ərazidə geniş bir
parkın yaradılması nəzərdə tutulub
Yayın ən qızmar dövrü başlayıb. Elə paytaxt sakinləri də qızmar günəşdən qorunmaq üçün isti avqust günlərini harada və necə keçirəcəklərinin fərqindədirlər. Amma hazırkı sosial durum paytaxt sakinlərinin sanatoriyalarda, təmtəraqlı istirahət obyektlərində dincəlmək imkanını məhdudlaşdırır. Dünyanm kurort şəhərlərində, yaxud da elə Azərbaycanın özünü dağ rayonlarında istirahət etmək üçün nə maddi imkanı, nə də vaxt yoxdur. Əhalinin böyük əksəriyyəti bir tikə çörək qazanmaq üçün hər gün işləməyə məcburdur. Ona görə də yay mövsümü ərzində dincəlmək üçün paytaxtdan kənara çıxa bilməyənlər ya çimərliklərə gedir, ya da elə şəhərin özündəki bağ və parklarda, xüsusən də, dənizkənarı bulvarda gəzməyə üstünlük verirlər. Amma bu imkan bir qədər də məhdudlaşıb. "Quş qripi" qorxusu insanların çimərliklərdə dincəlmək imkanından məhrum edib. Ümid qalıb bircə dənizkənarı bulvara. O da ki...
Təkcə bu fakt göstərir ki, ölkə başçısının sərəncamı ilə
Ən əsası isə skamyaların azlığı üzündən sakinlər əyləşmək üçün özlərinə yer tapa bilmir. Xüsusən də günün ikinci yarısında. Sakinlərin çoxu adətən axşam gəzintisinə çıxdığından, skamyalarda boş yer tapmaq müşkül məsələdir. Belə olan halda ayaq üstə gəzməkdən yorulan sakinlərin əyləşmək üçün növbəyə dayanmaqdan başqa çarəsi qalmır. Bu azmış kimi Milli Parkdakı skamyaların bir qismi tullantılarla yüklənmiş nəhəng zibil qutularının lap yaxınlığında qurulduğundan, orada əyləşmək mümkün deyil.
Meriyada deyirlər ki, dənizkənarı bulvar Milli Parka çevrildikdən sonra ərazisi genişləndirilməliydi. Bu zaman sahilboyu ərazilərdəki tikinti obyektlərinin də ləğvi nəzərdə tutulurdu. Lakin həmin torpaq sahələrindəki bağ evləri və digər obyektlərin sökülməsinə dair hökumətin müvafiq qərarı olmayıb. Bu isə Milli Parkın ərazisinin genişləndirilməsinə və abadlıq işlərinin lazımi səviyyədə aparılmasına çətinlik törədib. Qeyd edək ki, Milli Park Mədəniyyət Nazirliyinin tabeliyində olsa da, burada yaşıllıq zolaqlarının salınmasına meriyanın müvafiq qurumları nəzarət edir. Amma şəhər rəhbərliyindən heç kəs nə bulvardakı skamyaların sayının azlığı, nə də həmin ərazilərdə qalaq-qalaq yığılmış zibillikiərin təmizlənməsi barədə suallarımızı cavablandırmaq istəmədi.
Mayın 18-də Dənizkənarı Milli Parkda baş vermiş bədbəxt hadisədən sonra burada da təhlükəsizlik məsələsinə inam qalmayıb. Xatırladaq ki, həmin vaxt Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Xumar Əlizadə 1 yaşlı qızı Nəzrinlə "Şeytan təkəri" adlanan karuseldən yıxılıb. Hadisədən dərhal sonra onlar xəstəxanaya yerləşdirilsə də X.ƏIizadənin həyatını xilas etmək mümkün olmayıb. 1 yaşlı Nəzrini isə cəmi bir gün yaşatmaq mümkün olub. Qəzadan iki gün sonra o da dünyasını dəyişib.
Bu hadisə ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev bildirib ki, "Prokurorluq haqqında" Azərbaycan Respublikası qanununun 22-ci maddəsinə əsasən, Bakı şəhəri ərazisindəki parklarda və digər istirahət mərkəzlərində fəaliyyət göstərən attraksionlarda texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarətin gücləndirilməsi, bu sahədə baş vermiş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair Baş prokuror Zakir Qaralov tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə təqdimat göndərilib.
Prokurorluqda hesab edirlər ki, yüksək sürətlə hərəkət edən attraksionlarda 12 yaşa qədər uşaqların istifadə etməsinin qadağan olunmasına dair tələbi məhz nəzarətçi M.Quliyev pozub. Belə ki, nəzarətçi Xumar Əlizadəyə azyaşlı uşağı ilə birgə attraksiona daxil olmasına heç bir məhdudiyyət qoymayıb.
Milli Parkdakı attraksionlarm işçiləri 12 yaşadək uşaqların bu qurğulara minməsini qadağan edən qayda və tələblərdən xəbərsiz olduqlarını deyirlər. Onların bildirdiyinə görə, əgər belə qaydalar mövcuddursa, Dənizkənarı Milli Parkın nümayəndələri həmin tələbləri attraksionların işçilərinə, ən azı nəzarətçilərə təqdim etməlidir. Amma rəhbərlik onlara belə bir sənəd göstərməyib.
Attraksionlar niyə özəlləşmir!
Elə paytaxt sakiniəri özləri də Miili Parkın Bakının ruhuna dinclik gətirən ən rahat istirahət zonası olduğunu etiraf edirlər. Biz də etiraf edək ki, uzun illər baxımsız qalan bu ərazi indi Bakını "tanınma nişanı" kimi özünü təsdiq edib. Əvvəlki illərlə müqayisədə sahədə vəziyyət xeyli yaxşılığa doğru dəyişsə də müəyyən nöqsanlar hələ də qalmaqdadır. Bu dəfə əvvəlki nöqsanları müştəri daşımaq üçün növbəyə dayanan faytonlar, velosipedlər, bir də əyləncə qurğularının texniki imkanlarının zəifliyi əvəzləyib. Velosiped sürmək üçün növbəyə dayanan uşaqlar isə bəzi hallarda piyadaların sərbəst hərəkətinə mane olur.
Əsas problem isə uşaqlar üçün əyləncə obyektləri, attraksionlar və digər qurğuların müasir tələblərə cavab verməməsidir. Dənizkənarı Milli Parkın direktor müavini Şahin Dünyamalıyev deyir ki, hazırda burada 29 ədəd attraksion fəaliyyət göstərir. Bütün attraksionların hamısına Mədəniyyət Tu rizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Dənizkənarı Milli Park özü nəzarət edir. Sözügedən əyləncə qurğularmın heç biri nə özəlləşdirilməyib, nə də icarəyə verilməyib. Çünki Nazirlər Kabinetinin qərarı ilə Oənizkənarı Milli Park tarixi və mədəni abidələr siyahısına daxil edilib. Ona görə də buradakı bütün attraksionlar Dənizkənarı Milli Parkın mülkiyyəti hesab olunur və qanuna görə həmin əyləncə qurğularının özəlləşdirilməsi və ya icarəyə verilməsi qadağandır. Direktor müavininin sözlərinə görə, Rusiyada istehsal olunmuş bu qurğuların əksəriyyəti 1990-cı ildən sonra qurulub və onlar texniki cəhətdən müasir standartlara cavab verir. Hətta iki nəfərin ölümünə səbəb olmuş "Şeytan təkəri" də istismara yararlı hesab olunur. Ş.Dünyamalıyev deyir ki, bütün attraksionlarda olduğu kimi, bu əyləncə obyekti də mütəmadi olaraq texniki baxışdan keçirilir. Elə sonuncu yoxlanış zamanı da attraksionda hansısa nasazlıq qeydə alınmayıb. Bundan başqa attraksionlar quraşdırılarkən onların fəaliyyət göstərməsi üçün təhlükəsizlik haqqında şəhadətnamələr verilir. Həmin qurğuların nəzarətçilərinə isə attraksionların işlədilməsi qaydaları və tələbləri öyrədilir. Hətta bu qayda və tələblər bütün attraksionların üzərinə vurulur ki, əhali ondan istifadə qaydaları ilə tanış olsunlar.
Amma son hadisə də
göstərdi ki, bunların hamısı sözdür.
Belə olmasaydı, attraksion texniki sazlığından
ağız dolusu danışanlar bu əyləncə
qurğularının istifadəyə yararlı olduğunu
təsdiq edən sənədi göstərməkdən imtina
etməzdilər. Heç Dənizkənarı Milli Parkdakı
texniki qurğulardan biri sayılan məşhur qüllənin
də nə vaxtsa uçmayacağına təminat yoxdur.
Hələ sovet dövründə paraşütlə tullanmaq
üçün tikilən bu əyləncə obyekti artıq
on ildən çoxdur ki, işləmir. Buna səbəb
sözügedən istirahət növünə
marafğın azalmasıdır. Sonradan isə
baxımsızlıq üzündən həmin qüllənin
bünövrəsində çatlar əmələ gəlib.
Güclü küiək zamanı qüllənin yerindən oynadığını
deyən sakinlərin fikrincə, artıq bu qüllə
yararsız olduğu üçün sökülməli, yaxud
da əsaslı təmir edilməlidir. Əks təqdirdə,
ağır metaldan hazırlanmış bu obyekt nə vaxtsa
öz-özünə uçacaq. Bağa baxarsan bağ olar, baxmazsan...
Yeri gəlmişkən,
Bakının Baş Planına uyğun hazırlanmış
layihəyə əsasən, Bayıl buxtasından Soltan buxtasınadək
olan 5 kilometrlik ərazidə geniş bir parkın yaradılması
nəzərdə tutulub. Bakı Şəhər İcra
Hakimiyyətindən aldığımız məlumata
görə, parkın tikintisi üçün təsdiq
olunmuş layihəyə əsasən burada geniş
yaşıllıq zolaqları, fəvvarələr,
əyləncə mərkəzləri, ictimai iaşə
obyektləri salınmalı, 200-dək skamya yerləşdirilməlidir.
Yaşıl sanitar-mühafizə zolaqları ilə
bəzədilmiş parkın ümumi
görünüşü də xeyli fərqlənməlidir.
Həmçinin sahil zolağı boyunda 30 kilometrlik
ərazidə ekzotik istirahət və əyləncə
zonaları, ictimai-mədəni komplekslərin salınması
da nəzərdə tutulub.
Xatırladaq ki, keçmiş
SSRİ-nin süqutundan sonra Dənizkənarı Milli
Parkın salınması da yarımçıq
dayandırılmışdı. Çünki ortaya
çı-xan maliyyə problemləri tikintinin davam
etdirilməsinə imkan verməyib. Yalnız ölkə
başçısının sərəncamı iiə
"dənizkənarı bulvar"a Milli Park statusu
verildikdən sonra bu problem qismən də olsa aradan
qaldırılıb. Bundan sonra nəzərdə tutulmuş
işlərin başa çatdırılması
üçün Nazirlər Kabinetinin qərarı ilə
maliyyə vəsaitləri ayrıldı və həmin pullar
hesabma Milli Park indiki vəziyyətə gətirildi.
Görünən isə odur
ki, min bir əziyyətlə, dövlətin
ayırdığı pullar hesabına salınan
yaşıllıqlar lazımi səviyyədə qorunmur
və onların bir qismi sonradan baxımsızlıq
üzündən məhv olur. Əvvəllər
Milli Parkda göz oxşayan çəmənliklərin
çoxu sıradan çıxıb. Çünki
yaşıllıq zolaqları vaxtlı-vaxtında suvarılmır.
Elə ərazidəki ağac və kollar da
etinasızlıq üzündən öz ömrünü başa
vurmaqdadır.
... Deyilənlərə
görə, keçmiş SSRİ dövründə
dənizkənarı bulvar indikindən daha rahat imiş. Yəni hər kəs - qocası da, cavanı da burada
qorxusuz-ürküsüz dincələ bilirmiş. Baxmayaraq ki, o vaxt bu ərazilərin görkəmi o
qədər də yaxşı deyilmiş. İndi bulvarın ərazisi xeyli
genişləndirilməklə yanaşı, yeni
yaşıllıq zolaqları, növbənöv
əyləncə mərkəzləri yaradılıb. Üstəlik dənizkənarı bulvara
Hüriyyət 2006.- 01-05 iyun.- S.
11.