Anar

"OnLine" jurnalı işıq üzü göriib

 

Osman Gündüz: "Jurnalın nəşr olunmasında bizim bir məqsədimiz var ki, o da informasiya müharibəsinə qoşulmaqdır”.

 

Artıq mətbuat aləminə yeni bir jurnal da daxil oldu. "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin təsisçiliyi ilə "OnLine" informasiya-kommunikasiya texnologiyaları jurnalı iyun ayından etibarən ayda bir dəfə öz oxucuları ilə görüşəcək.

Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində sözügedən jurnalın ilk sayının təqdimat mərasimi keçirilib. Jurnalın ilk sayı üç hissədən ibarətdir. İnternetə ümumi baxış, Azərbaycan interneti Azərbaycanın internet resursları kimi fəsillər "OnLine"nın səhifələrində öz əksini tapıb. Qeyd edək ki, bu, ölkəmizdə internet elektron informasiya vasitələri haqqında ilk dərgidir. Jurnalın baş redaktoru, İnternet Forumun prezidenti Osman Gündüz belə bir ideyanın çoxdan gündəmdə olduğunu deyib. Bunun bir neçə dəfə qəzet internet resursu halında hazırlandığını deyən O.Gündüz söyləyib ki, artıq jurnal formasında çıxarmaq daha məqsədəuyğun sayılıb: "Jurnalın nəşr olunmasında bizim bir məqsədimiz var ki, o da informasiya müharibəsinə qoşulmaqdır. Hazırda dünyada belə bir müharibə gedir. Azərbaycan

da bu informasiya prosesində özünə yer tutmalıdır. Ölkəmizdə informasiya cəmiyyətinin

formalaşması prosesinə informasiya dəstəyi lazım idi. Biz bu məqsədlə jurnalı nəşr etdik. Bu sahə bir qədər spesifik sahə olduğuna, daha sox ingilis rus dili hökmranlıq etdiyinə

görə azərbaycandilli oxucular üçün bu jurnal əyani vəsait olacaq. Güman edirəm ki, "OnLine" jurnalı mətbuat aləmində öz yerini tapacaq oxucuların maarifləndirilməsində önəmli rol oynayacaq". O.Gündüz doğru, qərəzsiz dolğun informasiyalarla insanları məlumatlandıracaqlarına çalışacaqlarını da diqqətə çatdırıb. O, eyni zamanda jurnalın öz

müstəqilliyini qoruyub saxlayacağını da vurğulayıb: "Çalışacağıq ki, reklamdan

reklam verəndən asılı vəziyyətdə olmayaq. Bu sahə ilə bağlı maraqlanan bütün insanları mən əməkdaşlığa dəvət edirəm". İTV-nin Yayım Şurasının üzvü Cahangir Məmmədli deyib ki, Azərbaycanda ən az araşdırılan yazılan sahə məhz bu sahədir: "Bu sahədə yazan jumalistlərimiz çox azdır. Fikrimcə, "OnLine" əsl vaxtında dövriyyəyə gəldi. Media bazarında yeni texnologiyalarla bağlı jurnalın olmaması sözügedən nəşrin tezliklə uğur qazanacağına inam yaradır". Mətbuat Şurasının sədri Əflatun Amaşov, filologiya elmləri doktoru Qulu Məhərrəmli, Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı Əflatun Məmmədov başqaları bu jumalın işıq üzü görməsini əlamətdar hal saymaqla yanaşı, redaksiya heyətinə uğurlar arzulayıblar.

 

Şərq qəzeti. -2006.- 23 iyun.- S. 13.