F.Hacıyeva
Oxucu mədəniyyəti, ondan bizdə varmı?
Mətbuat bolluğunun cibimizin
gəlir-çıxarıyla uzlaşmadığı bir
zamanda yolum tez-tez M.F.Axundov adına
Dövlət Kitabxanasının mətbuat zalından
düşür. Ən azı həftədə iki yol
kitabxanaya baş çəkir, heç bir haqq
ödəmədən dövri mətbuatın təzə
nömrələriylə
Yeri gəlmişkən bildirim ki, bu elm, bilik ocağında indiyəcən sözüm düz gəlməyən bircə əməkdaş var: buraxılış
nəzarətçisi Könül xanım. İsrarlı xahişlərimə məhəl qoymadan içində yalnız qeyd dəftərim, qələmim, telefonum, eynəyim, pul kisəm,
yaylığım olan kiçik həcmli çantanı zala keçirməyimə razılıq vermir. Bir neçə dəfə rəhbərlikdən icazə alıb istədiyimə nail olsam da, sonradan güzəştə getməli
oldum - Könül xanımla bacarmadım, hər dəfə
əsəbləşmək istəmədim.
Nəzarətçinin əslində bu tələbi qanuni olsa
da, mən kitabxanadan çıxarkən çantamı
yoxlamaq şərtinə razılaşsam da, özümə
qarşı qərəzli münasibətindən yaxa qurtara
bilməmişəm. Bizim soyuq müharibəmiz xeyli
zamandır davam edir, ancaq bir kərə də bu
münasibətin ümumilikdə kitabxana işçilərinə
aidiyyəti olduğumı düşünüb,
kitabxanaçılara hörmət və ehtiramımı
dəyişməmişəm və bu xanımdan kiməsə
şikayət eləmək ağlıma belə
gəlməyib. Hər kəs öz hərəkətinə
cavabdehdir.
Gün ərzində mənim kimi, məndən pis və yaxşı xasiyyətdə, müxtəlif danışıq tərzi və mərifət yiyəsi olan oxuculara xidınət edən kitabxanaçı xanımların hər.biri ayrıca xoş sözə, tərifə layiqdir. Ancaq onlar bu günlərdə bunun tam əksiylə üzləşiblər. Axırıncı kərə oxu zalında salam-kalamdan sonra mənə bir xəbər söylədilər: "Bizi qəzetə veriblər". "Tərifləyiblər". "Tərifləri
özlərinə qalsın,
Əvvəla, mətbuat zalı o qədər gəlimli-gedimlidir ki, burada nəinki mürgüləməyə, hətta ürək söhbəti elə-məyə belə inıkan yoxdur. Oxuculann biri gedir, biri gəlir. Qəzetlərin hansısa nömrələrinin, onların arasından səhifələrin olmaması bir qədər kitabxanaçının diqqətsizliyinin nəticəsidirsə, o biri yandan oxucu mədəniyyətsizliyinin nümunəsidir. Kitabxanaçı neyləsin ki, biz onun gözündən oğurlanıb istədiyimiz qəzet, jurnal yazısını çırpışdırmağı çox gözəl bacarırıq? Onda belə çıxır ki, telefon oğrusu yox, telefonu oğurlanan, evi yaran yox, evi yarılan günahkardır. Kitab, qəzet oxumağı bacarmaq da bir mədəniyyət ölçüsüdür. Bu mədəniyyət hələ bizdə tam mənada formalaşmayıb. Ümumi istifadədə olan kitabın vərəqlərini düşünmədən yazıb-qaralaya, sohifəsini cıra. bəvəndiyimiz cümlənin altından xətt çəkə, yanında ovqatımızı əks etdirən hansısa qeyd apara, jurnaldan xoşumuza gələn şəkli kəsə, qəzeti beş qatlayıb şalvarımızın cibinə qoyub apara bilərik. Şalvar da çanta deyil ki, qarderoba təhvil verib içəri keçəsən. Məsələ içəri nə ilə-çantalı, papkalı, ya torbalı keçməkdə deyil, məsələ əxlaqda, tərbiyədədəir. Ziyankar arzusuna çatmağın bütün yollarını bişqalarından yaxşı bilir. Və bizim tərbiyəmizə kitabxanaçılar cavabdeh deyillər. Kitabxanaçı ha desin ki, "telefonları söndürün", kimdi qulaq asan. Gün ərzində onlarla adam kimsəyə məhəl qoymadan elə oxu zalındaca telefonla danışır, dostu, yoldaşıyla söhbətləşir. Bütün xəbərdarlıqları da qulaqardına vurur. Biz buyuq. O yan bu yan edərlər, yerindəcə cavabını verərik, rəhbərliyə şikayətlənərik, bir az da irəli gedib acığımızı qəzet yazısıyla çıxarıq. Utanıb qızarmadan arxa masada əyləşib oğlan rəfıqəmizlə cikkildəşərik, kitabxanaçı bunu irad tutub xətrimizə deyən söz desə, yanımızdakı "kişi" onu susdurar. Qeyrətine sığışdırmaz ki, onun "qızını" kimsə "tərbiyəsiz" adlandırsm. Əzizlərim, gəlin etiraf edək ki, bu bizik və biziın heç bir əxlaqa, əndazəyə, ölçüyə sığmayan, adi etik normaların hardan başlayıb harda bitdiyini bilrnəyən gənclərimizdir. O sarıdan günahkarı bu sahədə saç ağartmış, təcrübəli kitabxana işçilərinin arasında axtarmaq, onları yersiz qınamaq, karikaturalarını çəkib təhqir və gülüş obyektinə çevirmək kökündən səhv addımdır.
Bəli, bu faktdır ki,
son illər kitaba, mütaliəyə ınaraq azalıb. Daha
tələbələr də qabaqkı maraqla oxumurlar.
Çoxları kitabxanaya valideyn və
ınüəllimlərinin təkidindən sonra ayaq basır
və buranı hansısa gecə barından bir o qədər
fərqləndirmir. Bax, həm bu,
həm də
ümumilikdə oxucu mədənivvətinin get-gedə itməsi cəmiyyətin bəlasıdır. Buna qarşı ınübarizə aparmaq gərəkdir, qocaman kitabxana işçilərinin qəlbini qırmaq, cəıni
250-300 nıin manata yüzlərlə oxucuya xidmət eləməli və hər birinə xoş üz göstərməli olan insanları tənqid eləmək yox. Hər halda kitabxana nə polis məntəqəsidir, nə də islah-əmək koloniyası ki, hər oxucunun başı üstündə bir nəzarətçi dayansın və izləsin görək o qəzeti, kitabı cıracaqmı, ya hansısa nadir bir nüsxəni oğurlayıb aparacaqmı? Kitab oğrusu ən ləyaqətsiz oğrudur- bu fikrin əksini şəxsən mən qəbul eləınirəm .
Bununla belə, Axundov adına kitabxanadan
bəhs edən bu yazıda bir iradımı
bildirməyi məqbul sayıram. Mətbuat zalı son illər Türkiyə Cumhuriyyətinin vəsaiti hesabına əsaslı təmir olunub, yenidən qurulub. Bu
barədə dəhlizdə ayrıca qeyd-seçdirmə
də var. Sağ olsunlar. Görünür bunun
qarşılığında türk xalqına
təşəkkürünü bildirmək istəyən
kitabxana rəhbərliyi mətbuat zalında yuxarı başda
bir tərəfdən Türkiyə prezidenti Əhməd
Necdət Sezərin, o biri yanda Heydər Əliyevin rəsmini
asıblar. Şəxsən mən bu yarınmanı
artıq hesab eləsəm də, olsun. Ancaq
uyarsızlıq aradan qalxmalıdır. Fikrimcə,
Türkiyə təmsilçisi olaraq Mustafa Kamal
Atatürkün rəsmi asılmalıdır. Bu türk tarixinə, türk
dəyərlərinə, türk qardaşlığına
daha böyük sayğı olardı.
Azadlıq 2006. 9 iyun. S. 15.