Şamxalov Əkrəm

 

Qaragilə”, “Dilbərimmahnısının müəllifi kimdir?

 

Tanınmışlar mahnıların kor bəstəkar Nüsrət Əliyevə aid olmadığını bildirirlər

 

Əkrəm Şamxalov: “O, öz dərdini oxuyurdu

 

Mahnı elə bir janrdır ki, çox hallarda konkret bir müəllifi olur. Amma qədim dövrlərdən bu günə qədər əsrlərlə zamanın bütün sınaqlarından keçərək bugünümüzə gəlib çatmış mahnılar artıq "xalq mahnıları" adıyla tanınmağa, yadda qalmağa başladı. Hətta bu gün 40-50 il əvvəl yaranan bəzi mahnılarımıza "xalq mahnısı" adını vermək dəb düşüb. Heç şübhhəsiz ki bu mahnıların hər birinin yaradıcısı olub. Hər halda bu, həmin mahnıların xalq ruhunu tam mənasıyla ifadə etməsinin sübutudur.

Bəzən məşhur xalq mahnıları ilə bağlı iddialara da rast gəlmək olur. Yaranma tarixi ötən əsrə aid edilən "Qaragilə", "Azərbaycan maralı",  "Ay dəli ceyran", "Getdi yar" kimi məşhur mahnıların müəllifinin kor bəstəkar Nüsrət Əliyev olması haqqmda hərdən mətbuatda bu şəxsin yaxınlarının iddialarına da rast gəlmək olur. Hər halda bu məsələ kifayət qədər düşünməli bir məsələdir: hansı kriteriyalara əsasən hər hansı bir kəs ya onun yaxınları belə bir iddia ilə çıxış edirlər?

Nizamişünas alim Əkrəm Şamxalov deyir ki, ancaq bir qrup musiqiçi az adam sözügedən mahnıların bu şəxsə məxsus olduğunu bilir: "Belə gözəl sənət incilərinin həqiqi müəllifi unudulmamalıdır. Dayım Əliyev Əliş Firuzə adlı bir qızla ailə həyatı qurur, Nüsrət adlı bir oğlan uşağı dünyaya gəlir, bu zaman anası vəfat edir. Nüsrət atası Zəhra nənəsinin himayəsində böyüyür".

O, Nüsrətin "Qaragilə" adlanmasını təsadüfi saymır: "Nüsrətin qeyri-adi, iri, şəffaf, qara gözləri olduğuna görə evdə onu "Qaragilə" deyə sevib oxşayırlar. Bir gün Nüsrətin gözü zədələnir, zəifləyir. Müalicələr nəticə vermir, qara gözləri tutulur. O, musiqiyə həvəs göstərməyə başlayır, korlar məktəbində oxuyur. Ona tar da alırlar, bəstəkarlıq, şairlik müəllimlik edir. Nüsrət ömrü boyu əlinə əsa almayıb. Uşaqlıqdan nisgilli böyüyən Nüsrət öz doğma kədərini musiqiləşdirməyə başlayır. Fərqləndiyinə görə onu da təhsilini davam etdirmək üçün Moskvaya göndərmək istəyirlər. Lakin bu, baş tutmur. O vaxt Üzeyir bəy sağ idi. Nüsrət təhsil müddətində "Qaragilə"sini qaydaya salır, oxuyur. Nəğmə yayılır, dilə-ağıza düşür. Əbülfət Əliyev gəlirdi, başqa musiqiçilər yığışırdı. O dövrdə İrandan gələnləri İrana qaytarırdılar. Xalamın Rza adında bir əri vardı, o taydan idi. Rzanı arvad-uşaqlarından ayırıb yola saldılar, balaları başsız qaldı. Həmin bu Rza "Qaragilə"ni Təbrizdə oxuyur. Anam Firuzə qardaşının nisgilini özü iiə yaşadıb qəbir evinə apardı. "Ajart qızı" deyilən İran müğənnisi "Qaragilə" mahnısmı İranda daha da məşhurlaşdırır. İran rejimi bu mahnıda siyasi motivlərin olduğunu əsas gətirərək ifasını rəsmən qadağan edir.

Lakin "Qaragilə"ni məhv etmək mümkün olmadı: o, Azərbaycan nisgilinə çevrildi. Bu gün 'hamının sevə-sevə dinlədiyi "Qaragilə" belə yaranıb."

Nüsrət Əliyevin  oğlu  Seyran Əliyev: "Atam 1921-ci ildə Füzulidə anadan olub. Uzun müddət rayon teatrında bədii rəhbər işləyib, çox gözəl tar çalmağı vardı. Bakıya gəlir, oxumaq ehtirası güclü olur, 3 ildə 7 sinif qurtarır. Əvvəlcə bibisi qızı Adilə ilə ailə qurur, bu evliliyin ömrü uzun olmur. Qadının anası gəlib qızını aparır ki, qızını görmür.

Atam teatrda onunla işləyən, sonradan anam olacaq Məryəmə mehr salır. Rəsmi qadınından Minirə adlı qızı olur, 40 gün sonra da mən dünyaya gəlirəm. Arada mən uşaq evinə düşürəm, atam məni sonradan tapır."

Əkrəm Şamxalov: "ikinci həyat yoldaşından nəsə demişdilər, onu boğub öldürdü. Türmədən çıxdı, üçüncü dəfə onu anam evləndirdi, qonşu qızı sakit adam idi. Nüsrət əvvəlki adam deyildi. Evinin altında xırda bir dükanı vardı. Neçə dəiə Nüsrətin tarını əlindən alıb sındırıblar, uşaq kimi ağladıblar. Danışmaqla başa gələn deyil. Onun üçün fərqi yox idi ki, bəstələrini kim oxuyur. Bəlkə gözləri kor idi deyə, belə idi. O, sadəcə olaraq öz dərdini oxu-yurdu. Mahnılarının mətnini özü yazırdı. Qardaşımla birgə mahnılarını nota köçürməsi bugünkü kimi yadımdadır. Güclü səsi vardı. Bir dəfə tarda "Bayatı-Şiraz" çaldı. İndi o səs xatirimdən çıxmır. Onun not dəftərləri rayon işğal olunana qədər dururdu, sonrasından xəbərim olmadı."

Oğlu: "Ömrünün son vaxtlarmda çox öskürürdü. Qapalı bir həyatyaşayırdı. Gecə-gündüz siqaret çəkirdi. Onu rayonda dəfn etdik."

"Dilbərim" adı ilə məşhur mahnı deyilənə görə belə yaranıb: "Dilbər adlı gənc qız Füzuliyə Şuşadan gəlibmiş. Atam onun səsinə vurulur. Dostuna deyir ki, bu qızın nişanələrini mənə təsvir edə bilərsənmi? O da deyir ki, qaraqaş, qaragöz bir qızdır. Atam vəcdə gəlir, mahnının sözlərini , musiqisini yazır. Sonradan "Şuşanın ceyranı" adlı mahnı da yazır. "Qarabağın maralı" mahnısı da elə-belə yaranmayıb. Atam itkin düşmüş qızının adını Maral qoymuşdu. Sonradan mən qızımın adını Maral qoydum. Atamın not yazan dəzgahı indiki kimi yadımdadır. Karton varaqlara barmağını sürtən kimi oxuyardı."

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Vasif Adıgözəlov deyir ki, "Qaragilə" Təbrizdən gəlib: "Bir müddət o mahnını qadağan etmişdilər. Həmin mahnını Niyazi oranjiman etdi, Şövkət xanım məharətlə ifa etdi. "Qaragilə" Rübabə Muradovanın ifasında da gözəl alınıb. Burada onun Güneydən olması da öz təsirini göstərib. Mən həvəskar bəstəkarlığa dair neçə dəfə fikrimi demişəm: ümumiyyətlə, indi xalq mahnısı kimi məşhurlaşmış mahnıların konkret olaraq kiməsə aid olmasını sübut etmək çətin məsələdir. Bəli, hər kəsin müəlliflik hüququnu tələb etməyə haqqı var, amma gərək elə əsaslandırasan ki, hamı inana. Məşhur xanəndə Xan Şuşinski həm gözəl mahnılar müəllifi olub. Onun 15-ə qədər mahnının müəllifi olması barədə Bəstəkarlar İttifaqı arayış verdi, çünki bu mahnıların onun olduğu sübut olundu. Şəxsən mən Xan əminin bu mahnıların müəllifi olduğunun şahidiyəm. "Qarabağın maralı" da dediyiniz şəxsə aid deyil. Onun müəllifi başqa şəxsdir. Doğrusu, indi onun adını xatırlaya bilmirəm."

Xalq artisti Habil Əliyev belə bir bəstəkar adını ümumiyyətlə, eşitmədiyini bildirir:" Hər kəs çox sözlər deyə bilər. Amma hər sözü həqiqət kimi qəbul etmək olmaz."

Tarzən F. Ələkbərov: "Füzulidən Ağabala Abdullayevi, İslam Rzayevi tanıyıram. Dəqiq bilirəm ki, "Qarabağın maralı"nı İskəndər adlı xanəndə 1948-ci ildə bəstələyib. Bu şəxs çox talantlı olub. Bir müddət Gəncədə işləyib, təxminən 30-32 yaşlarında Özbəkistana gedib, orada xanəndə kimi məşhurlaşıb. Təəssüf ki, bu gün onun əlimizdə bir lent yazısı belə yoxdur."

Əslən Füzulidən olan xalq artisti İslam Rzayev Nüsrət Əliyevi ilk növbədə yaxşı tarçalan kimi xatırladı:

" Sadalanan mahnıların heç biri onun deyil. Amma bəstələri vardı. Sözün düzü, yadımda qalmayıb."Qaragilə" Təbrizdə bəstələnib. Onu burada ilk dəfə Rübabə Muradova oxuyub."

 

Xalq cəbhəsi.- 2006.- 1 iyun.- s. 14.