Adilə Qocayeva

 

Əbülfəs Qarayev: "Bütün kinoteatrların işləməsinə ehtiyac yoxdur”

 

Dünən Muzeylər Mərkəzində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev mətbuat işçiləri üçün konfrans keçirdi, Nazir Azərbaycanda mədəniyyət və incəsənətə, bu sahənin adamlarına vaxtilə ulu öndərimiz Heydər Əliyevin xüsusi diqqət və qayğı IIə yanaşmasından bəhs edərək dedi ki, bu ənənənin layiqli davamçısı Prezident İlham Əliyev mədəniyət və turizm sahələrinin inkişafı üçün bütün mövcud imkanlardan istifadə etməyə çalışır.

Ə. Qarayev 4 ay bundan əvvəl yaradılan Mədəniyyət Turizm Nazirliyində əsaslı struktur dəyişikliklərinin apanldığı barədə jurnalistlərə ətraflı məlumat verdi. Ölkədə mədəniyyəti turizmi müasir tələblər səviyyəsində inkişaf etdirmək üçün nazirlikdə bir sıra şöbələrin adları funksiyaları dəyişdirilmiş, yeni şöbə bölmələr yaradılmış, qarşıya bir sıra vəzifələr qoyulmuşdur. Məsələn, "Mədəni-maarif" şöbəsinin adı dəyişdirilərək "Mədəniyyət siyasəti" adlandınlmışdır s."İncəsənət" şöbəsində 3 yeni bölmə - musiqi, təsviri incəsənət gənclərlə dövlət tədbirlərinin keçirilməsi bölmələri yaradılmışdır. "Mədəni irs" bölməsinin işi gücləndirilərək bu sahəyə diqqət daha da artırılmış, "Mədəniyyət informasiya" şöbəsində işlər yenidən qurulmuşdur.

Ə. Qarayev Azərbaycan kinosunun inkişafına diqqətin artırıldığını, kinostudiyanın, Dövlət Film Fondunun yenidən qurulacağını xüsusi vurğuladı. Nazir yeni-yeni filmlərin çəkilməsi üçün dövlət tərəfindən vəsaitin ayrılacağı, keçmiş sovetlər dövründən qalma kinoteatrların şəxsi adamlar tərəfindən özəlləşdirilməsinə imkan verilməyəcəyi, "Nizami", "Araz", "Azərbaycan" kimi kinoteatrların yenidən bərpa olunaraq tamaşaçıların ixtiyarına veriləcəyi bu kimi Azərbaycan kinosunun inkişafına təbliğinə kömək edən sahələrə diqqətin artırılacağı barədə ətraflı məlumat verdi.

Bu günlərdə Avstriyada dahi bəstəkarımız Ü. Hacıbəyovun büstünün açılışında iştirak edən nazir, həmin mərasimdən böyük iftixar hissi ilə danışdı. Lakin bu iftixar hissini doyunca yaşamamış, elə həmin anlardaca internet saytında Azərbaycandan "Media-form" adı altında guya mərasimin baş tutmaması haqqında həqiqə uyğun olmayan informasiya getmişdir.

Nazir bir sıra jurnalistlərin sensassiya yaratmaq xatirinə mədəniyyət incəsənət adamla haqqında dedi-qodu, iftira, yalan dolu məqalələr yazmalarına da ikrah hissi ilə yanaşdığını bildirdi. Belə yazıların öz müəlliflərinə başucalığı gətirmədiyini bildirdi. O, ölkə başçısı İlham Əliyevin fikirlərini mətbuat işçilərinə çatdıraraq vurğuladı ki, hər bir mətbuat orqanında mədəniyyət incəsənət sahəsinə yer ayrılmalı, ayrı-ayrı teatrların sənət adamlarının fəaliyyəti, Azərbaycan kinosunun inkişafı, turizm sahəsinə göstərilən diqqət qayğı, bir sözlə, mədəniyyət, incəsənət turizm sahəsində olan ən maraqlı yeniliklər haqqında tez-tez sanballı məqalələr yazılmalıdır.

Keçən il ölkəmizdə 800 min nəfər turistin dincəldiyini vurğulayan nazir "Turizmin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq bu sahənin inklşafı üçün irimiqyaslı layihələr üzərində aparıldığını bildirdi. Bir sıra əlverişli ərazilərdə, Xəzər dənizinin sahilləri boyu ayrı-ayrı regionlarda turizmin inkişafı məqsədilə iri həcmli sərmayələr qoyulacağını söylədi.

Əhalinin istirahətini təmin etmək məqsədilə çimərliklərdə Ekologiya Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və Mədəniyyət Turizm Nazirliyi əməkdaşlanın birgə sanitariya ekoloji tədqiqatlar apardıqlarını nəzərə çatdıran nazir, bu sahədə ciddi dönüşün olduğunu qeyd etdi.

Ə. Qarayev mədəniyyət turizm sahələrinin inkişafı üçün nazirliyin bundan sonra daha əzmlə çalışacağını qətiyyətlə bildirdi. Sonra nazir jurnalistlərin suallarını cavablandırdı.

 

İki sahil 2006. 9 iyun. S. 3.