Qocayeva Adilə

 

Ölkəmizdə turizm sahəsinə diqqət artır.

Son illər turist axınının çoxalması bunu deməyə əsas verir.

 

Azərbaycan təbiətinin iqliminin gözəlliyinə görə turizm sahəsinin inkişafı üçün çox əlverişlidir. Xüsusilə axırıncı bir neçə ildə ölkəmizə gələn turistlərin sayının çoxalması bu yerlərin istirahət üçün daha gözəl olduğunu təsdiqləyir. Lakin bunun qabilində turistlərin hər birinin istirahətinin yüksək səviyyədə təmin olunmasına hələlik şəraitin imkan verməməsi bunu deməyə əsas verir ki, bu sahədə yaxın gələcəkdə işlər görülməlidir. Mavi Xəzərə baş vurandan sonra sahilin qızıl qumunda dincələrək müalicə olunmaq, Şamaxı, İsmayıllı, Quba, Qusar, Lənkəran, Astara, Lerik kimi səfalı guşələrimizdə istirahət etmək istəyənlər ölkəmizə üz tuturlar. Xarici turistlərin ölkəmizə axını bir tərəfdən onların mədəniyyətimizlə, tarixi-memarlıq abidələrimizə, yüksək səviyyəli kulinariyamızla xalqımızm qonaqpərvərliyi ilə yaxından tanışlığa şərait yayaradırsa, digər tərəfdən iqtisadiyyyatımımzın  inkişaf etməsinə təkan verir.

Ölkəmizə turist axını yeni-yeni istirahət zonalarının açılmasının vacibliyini gündəmə gətirir. Hazırda respublikamızda fəaliyyət göstərən 250 turist obyekti xarici ölkələrdən gələn turistlərin tələbatlarını ödəmək iqtidarında deyil. Çünki istirahət zonalarının sayının az olması xidmət haqlarının maksimum həddə çatmasına şərait yaradır. Belə olan halda turistlər kənd evlərini kirayələməyə daha çox üstünlük verirlər.

 Azərbaycanda turizmin gəlir gətirən bir sahə olduğunu nəzərdən qaçırmayan Prezident İlham Əliyev yerli xarici sahibkarları bu sahəyə cəlb edərək investisiya yatırımlarınm vacibliyini qeyd edir. Ölkə rəhbəri xüsusilə son vaxtlar. turizmin inkişaf etdirilməsinə qayğı diqqətlə yanaşır. İmzalanan fərman sərəncamlar bunu deməyə əsas verir.Respublikamızın ayrı-ayrı regionlarında bu sahənin inkişafı üçün münbit şərait yaradılmışdır. Ölkə başçısı İlham ƏliyevinYoxsulluğun aradan qaldırılmasıRegionların sosial-iqtisadi inkişafıDövlət Proqramlarının qəbulu haqqında imzaladığı sərəncamlar ayrı-ayrı sahələrin potensial imkanlarının üzə çıxmasına imkan yaratdığı kimi, sözügedən sahənin inkişafına da təkan vermişdir. İlham Əliyev ayrı-ayrı regionalara səfəri zamanı zəhmətkeşlərlə görüşlərdə etdiyi çıxışlarda bir sıra sosial-iqtisadi sahələrlə yanaşı, əlverişli zonalarda turizmi inkişaf etdirməyin olduqca vacibliyini vurğulayır. Turizmin ölkə iqtisadiyyatına təsir edə biləcək yüksək gəlir gətirən bir sahə olduğunu vurğulayan ölkə başçısı bu sahəyə investısıya qoyuluşunu artırmagın üstün sərfəli cəhətlərini qeyd edir.

Aparılan statistik hesablamalar onu göstərir ki, bu gün turizmin inkişafından əldə olunan vəsait ən çox gəlir gətirən bir çox sahələrdən yuxarıda durur.

Azərbaycanda turizmi inkişaf etdirmək məqsədilə Mədəniyyət Turizm Nazirliyi əlaqədar nazirliklər nüfuzlu beynəlxalq təşkilatlarla birgə aparır. Belə ki, nazirlik Dünya Bankı YUNESKO ilə birgə bu sahədə müxtəlif proqramlar layihələr həyata keçirir. Tarixi-memarlıq abidələrimiz beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən proqramlar əsasında bərpa olunur. Milli abidələrimizin bərpası bir tərəfdən tarixi abidələrin qorunub saxlanmasına onun gələcək nəsillərə çatdırılmasına xidmət edirsə, digər tərəfdən turistlərin ölkəmizə cəlb olunması məqsədi daşıyır.

Ölkə başçısı İlham Əliyev sahibkarlarla hər bir görüşündə onlara yüksək gəlir gətirən sahə olan turizmə investisiya yatırmağı tövsiyə edir.

Respublikamızda turist obyektlərinin salınması üçün Quba-Xaçmaz, Şamaxı-İsmayıllı, Şəki-Zaqatala, Lənkəran-Astara digər bu kimi füsunkar təbiətə, əlverişli iqlim şəraitinə malik zonalar mövcuddur. Bu zonalarda turizm inkişaf edərsə, ölkəmizə turist axını getdikcə artar, bu isə öz növbəsində iqtisadiyyatımızın sürətli inkişafına təkan vermiş olar.

Artıq bu sahədə Abşeron yarımadasında nəzərəçarpacaq irəliləyişlər əldə olunmuşdur. Xüsusilə dənizə yaxın olan ərazilərdə yaraşıqlı, hər növ şəraiti olan turistlərin istirahətlərini yüksək səviyyədə təmin edən istirahət zonaları salınmışdır.

Mədəniyyət Turizm Nazirliyinin əməkdaşları belə hesab edirlər ki, respublikamızın əlverişli zonalarında istənilən qədər turist obyektlərinin inşa edilərək istifadəyə verilməsi bununla tələbatın tam yüksək səviyyədə ödənilməsi əsasən yerli sahibkarlar adamları tərəfindən həyata keçirilməlidir. Bundan başqa turizm sahəsinin inkişafı dövlətin daim diqqət mərkəzində olduğuna görə ölkəmizin tezliklə turistlərin ən çox sevdiyi bir məkana çevriləcəyi artıq inkarolunmaz faktdır.

 

İki sahil.2006.- 7 iyun.- S. 6.