Quliyev İlham

 

Azərbaycanda internet hələ biznes strukturuna çevrilməyib

 

Ümid yenə reklamlara qalır ki, o da ümumi bazarın 3 faizini təşkil edir

 

 Azərbaycanda internet reklamının inkişafı ilə bağlı meyllər hiss olunmaqdadır. Bu fikir Azərbaycan İnternet Forumunun "İnternetdə reklam" mövzusunda keçirdiyi Dəyirmi masada səsləndirildi. Forumun prezidenti Osman Gündüz internet reklamının artmasının ölkədə internetin inkişafı ilə əlaqələndirdi. Onun sözlərinə görə, Azərbaycanda internetin inkişafı qonşu ölkələri qabaqlayır. Artıq internetdə ölkə ilə bağlı ciddi informasiya bazası yaradılıb. Lakin hələ Qazaxıstan Baltikyanı respublikalarına çata bilməmişik. Azərbaycanda hələ internet biznes strukturuna çevrilə bilməyib. Ölkədə hələ ki, internet ticarəti yoxdur. Ona görə internet qurumları bu sahədə gəlir əldə edə bilmirlər. Yeganə gəlir mənbəyi saytlarda reklamların yerləşdirilməsidir.

O.Gündüz qeyd etdi ki, Azərbaycanda internet reklamının inkişafı üçün yaxşı şərait var. Elə saytlar var ki, gün ərzində oraya 4000 nəfər daxil olur.

Azərbaycan İnternet Forumunun İdarə Heyətinin üzvü Rüstəm Əliyev Azərbaycan internetindəki mövcud problemlər dünya təcrübəsindən danışdı. Onun sözlərinə görə, bu gün Azərbaycan internetinin əsas problemlərindən biri yeni yaradılan saytların internetdə deyil, televiziya radiolarda reklam olunmasıdır. Halbuki saytların internetdə reklamı daha yaxşı effekt verə bilər. R.Əliyev qeyd etdi ki, bu gün Azərbaycan internetində reklam standartları mövcud deyil. Hər bir saytda banerlər müxtəlif ölçülərdə qoyulur. Bundan əlavə, 1 saytda ifrat dərəcədə banerlərin yerləşdirilməsi müşahidə olunur. Halbuki dünya təcrübəsində 1 səhifədə 3-5-də artıq banerin yerleşdirilməsinə rast gəlinmir. R.Əliyev Azərbaycan internetində reklamın qiymətinin ənənəvi üsullarla hesablanmasının da problem olduğunu vurğuladı. Onun sözlərinə görə, reklam verənlər sayt sahibləri banerlərin qiymətini günə müvafıq müəyyənləşdirirlər. Halbuki dünya praktikasında saytlarda yerləşdirilən banerlərin qiymətləri sayta daxil olan şəxslərin sayına müvafiq yerləşdirilir.

R.Əliyev dünya praktikasında geniş istifadə olunan banerlərin rotasiyası qaydasından Azərbaycan internet reklamçılığında istifadə olunmadığını da bildirdi. Onun sözlərinə görə, Azərbaycan saytları İnteraktiv Reklam Bürosunun banerlərlə bağlı standartlarına da əməl etmirlər. Halbuki bu standartlardan Avropa ABŞ-a məxsus saytlar çox həvəslə istifadə edirlər. "Bu standartlardan yalnız Afrika Azərbaycan saytları istifadə etmir" - deyə R.Əliyev qeyd etdi.

"Sahil" İnformasiya Texnologiyaları MMC-nin nümayəndəsi Vahid Qasımov hazırda Azərbaycan reklam bazarında reklamların 60 faizinin televiziya radioların payına düşdüyünü bildirdi. Onun sözlərinə görə, metrolarda avtobusların üzərində reklamların payı ümumi bazarın 10 faizini təşkil edir. Küçə reklamlanın bazardakı payı da 10 faizdir. Qəzet jurnallardakı reklamlar isə 12 faiz təşkil edir. Ən aşağı reklam isə 3 faizlə internetdədir. V.Qasımov qeyd etdi ki, Azərbaycanda ümumi reklam dövriyyəsinin 5, 5-6 milyon ABŞ dolları olduğu müəyyənləşdirilib. Bu minvalla hər il internetdə reklamın dövriyyəsi 180 min dollar təşkil edir. Onun sözlərinə görə, son ildə bu rəqəm bir qədər böyüyüb. Hazırda 30-dan artıq saytda 200 internet reklamı yerləşdirilib. Dünya praktikasına müraciət edən məruzəçi qeyd etdi ki, hesablamalara görə, internet reklamlarının 41 faizi axtarış sistemlərində yerləşdirilir. İnternet reklamlarının 34 faizi baner formasında olur. 2 faiz reklamlar e-maillər vasitəsilə pirat şəkildə yayılır. 23 faiz reklamlar isə digər formatlarda olur.

 

Kaspi.- 2006.- 17-19 iyun. -S. 7.