Qurbanqızı Zümrüd

 

İstedadlar sorağında

 

 Haqlı olaraq deyirlər ki, istedadsız uşaq yoxdur, ən böyük onların dünyalarında gizlənib qalmış qabiliyyət bacarıqlarını üzə çıxarmaqdır. Hər bir istedadın yetişməsi, onun şaxələnib qol-budaq atması üçün isə münbit şərait, onları uğurların astanasınadək müşayiət edən, bu yolda onlarla bərabər hər bir əziyyətə qatlaşan insanlar olmalıdır.

Bu mənada texniki yaradıcılıq mərkəzlərinin üzərinə böyük məsuliyyət düşür. Həmin mərkəzlərdə yaradıcılıqla məşğul olan uşaqların qabiliyyətlərinin üzə çıxarılması baxımından keçirilən yaradıcılıq müsabiqələrinin rolu isə daha böyükdür.

Bir qədər əvvəl Bakı məktəbliləri arasında keçirilən texniki yaradıcılıq yarışının davamı kimi respublikanın digər bölgələrində bu cür müsabiqələr keçirilmiş, qaliblər respublika turunda iştirak etmək hüququ qazanmışdılar.

1 iyunUşaqları Beynəlxalq Müdafiə günü ərəfəsində T.İsmayılov adına Yaradıcılıq Mərkəzinin sərgi salonunda təşkil olunmuş respublika turuna İsmayıllı, Ağsu, Tovuz, Naftalan, Dəvəçi, Yevlax, Şəki, Ağstafa, Mingəçevir, Ağcabədi digər rayonlardan yüzlərlə istedadlı uşaq yeniyetmə qatılmışdı...

Tədbiri təhsil nazirinin müavini Elmar Qasımov açaraq dedi: "Bu gün təşkil oiunmuş yarış uşaqların ixtiraçılıq qabiliyyətinin, bilik savadının yarışıdır. Məlumdur ki, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi yaradılmışdır. Çox güman ki, həmin strukturlarda çalışacaq mütəxəssilərin əksəriyyəti bu gün əl işləri burada nümayiş etdirilən şagirdlərin arasından çıxacaqdır. Əziz müəliimlər, sizin yetişdirdiyiniz şagirdlər bəlkə dünyanın ən nüfuzlu ali təhsil ocaqlarında oxuyacaq Azərbaycanın kadr potensialını daha da gücləndirəcəklər.

Bakı şəhər Baş Təhsil İdarəsinin rəisi Məhəbbət Qarabağlı da öz növbəsində elm, zəka yarışına qatılmış uşaqlara uğurlar diləyərək bugünkü respublika yaradıcılıq müsabiqəsini Azərbaycan ictimaiyyəti üçün mühüm hadisə kimi dəyərləndirdi: "Təxminən bir ay öncə Prezident ilham Əliyev uşaq yeniyetmələrin yaradıcılıq potensialının inkişaf etdiril-məsi məqsədilə 2006-2010-cu illər üçün xüsusi proqram imzalamışdır. Bu tədbirin keçirilməsi bir növ həmin proqramın gerçəkləşdirilməsinin məntiqi davamıdır. İstedadiı uşaqların üzə çıxarılması, onlann gələcək inkişafı üçün belə texniki yaradıcılıq müsabiqələri böyük əhəmiyyətə malikdir".

Sərginin qırmızı lenti kəsildikdən sonra məktəblilərin əl işləri ilə tanışlıq başlandı. Mingəçevir məktəbliləri S.Mahmudlunun, S.Verdiyevin, S.Yəhyayevin modelləri ilk baxışdaca özünə çoxlu tamaşaçı cəlb edə bildi. Mingəçevir şəhər Texniki Yaradıcılıq Mərkəzinin direktoru Füzuli Əliyev şagirdlərin əl işləri barədə məlumat verdi, onların yaradıcılıq imkanlarından danışdı.

Müsabiqədə Ağcabədi rayonunu təmsil edən N.Talıbovun "Səs gücləndiricisi", E.Ağayevin "Gərginlik gücləndiricisi", O.Hacıyevin "Radiotexnika məişət cihazı", S.ibrahimovun "Gərginlik gücləndiricisi" tamaşaçılarda böyük maraq doğurdu.

Ağcabədi rayon Texniki Yaradıcılıq Mərkəzinin direktoru Ədalət Hüseynov rayonun istedadlı uşaqlarının modelləri barədə danışdı, rayon, zona yarışlarının nəticələrindən söz açdı: "Son vaxtlar istedadlı uşaqların üzə çıxarılması, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə dövlətimiz tərəfindən böyük işlər görülür, bununla bağlı təhsil müəssisələri qarşısında müəyyən vəzifələr qoyulur. Bu vəzifələrin yerinə yetirilməsi hər bir təhsil müəssisəsi rəhbərinin məsuliyyətini daha da artırır. Qeyd edim ki, Ağcabədi rayonunda da ölkə başçısının regionların sosial-iqtisadi inkişafı, yaradıcı, istedadlı yeniyetmə gənclərin üzə çıxarılması, onların fəaliyyəti ilə bağlı sərəncamlarının icrası istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov təhsil şöbəsinin müdiri Mehdi Əhmədovun diqqət qayğısı Texniki Yaradıcılıq Mərkəzinin daha səmərəli fəaliyyət göstərməsinə zəmin yaradır. Məhz bu qayğının nəticəsidir ki, rayon məktəbliləri texniki yaradıcılıq müsabiqəsinin zona yarışlarında yüksək nəticə əldə edərək respublika müsabiqəsinə vəsiqə qazanmışlar. Müsabiqəyə uşaqların texnikanın ayrı-ayrı sahələri üzrə hazırladıqları modellər təqdim olunub. Yeri gəlmişkən, mən sərginin yüksək səviyyədə təşkilində əməyi olan hər kəsə, xüsusən Respublika Texniki Yaradıcılıq Mərkəzinin direktoru Qorxmaz Əliyevə öz tə-şəkkürümü bildirirəm.

Qeyd edək ki, elə həmin gün müsabiqəyə yekun vuruldu, münsiflər heyəti ən istedadlı, ən bacarıqlı uşaqlan qalib seçərək mükafata layiq gördü. Onların arasında Ağcabədi məktəbliləri Nicat Talıbov Oqtay Hacıyev vardı...

Biz öz növbəmizdə qalibləri təbrik edir, onlarä yeni-yeni yaradıcılıq uğurları arzulayırıq...

 

 

Respublika.- 2006..- 3 iyun.- S.6.