Rumıniyanın Milli Kotroçeni Muzeyində Azərbaycan Rəssamının Sərgisi Keçirilib

 

Azərbaycanın Rumıniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, iyunun 20-də Buxarestdə, Prezldent Sarayındakı Milli Kotroçeni muzeyində Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybatovun "Azərbaycan boyaları" adlı sərgisi təşkil olunmuşdur.

 Tədbirdə Rumıniya Prezidenti Administrasiyasının, Mədəniyyət və Dini İşlər, Xarici İşlər və digər nazirliklərin nümayəndələri, deputatlar, Buxarest Universitetinin professorları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatasının, Rumıniya-Türkiyə Ticarət və Sənaye Palatasının və "Paul Polidor" Fondunun rəhbərləri, diplomatik korpusun, türksoylu icmaların təmsilçiləri və soydaşlarımız iştirak etmişlər. Tədbiri muzeyin baş dlrektoru xanım Karmen Florian açmışdır.

Azərbaycanın Rummiyadakı səfiri Eldar Həsənov  əməkdar rəssam Əşrəf Heybətovun yaradıcılığı barədə məlumat vermiş, son zamanlar Azərbaycan ilə Rumıniya arasında elm, mədəniyyət və incəsənət sahəsində əlaqələrin uğurla inkişaf etdiyini bildirmişdir. O, sərgidə nümayiş etdirilən rəsm əsərlərində türkçülük ideyalarının tərənnümü, doğma yurda sevgi, vətən həsrəti və qələbə ruhuna köklənmiş cizgilərin əksini tapdığını söyləmişdir.

Tədbirdə Mədəniyyət və Dini İşlər Nazirliyinin dövlət katibi Virgil Nitsulesku ölkələrimiz arasında mədəni əlaqələrin səviyyəsindən məmnunluğunu bildirmiş, Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 4-5-də Buxarestə işgüzar səfəri zamanı Bakıda Corce Eneskunun büstünün qoyulacağı barədə verdiyi məlumatın Rumıniya dövləti və ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini xüsusi vurğulamışdır.

Sonra rəssam Əşrəf Heybətov çıxış edərək, sərginin  təşkilatçılarına minnətdarlığını bildirmiş, Buxarestdə və ümumiyyətlə Avropada Qarabağ ilə bağlı silsilədən rəsm və qrafika əsərlərinin ilk dəfə nümayiş olunduğunu diqqətə çatdırmışdır.

Sərgidə rəssamın 51 əsəri nümayiş olunmuşdur.

 

İki sahil.- 2006.- 23 iyun. -S. 6.