Ruslana sarayda konsert verdi

 

İyunun 2-də Ukraynanın xalq artisti, "Evrovision-2004" müsabiqəsinin qalibi Ruslana Respublika Sarayında konsert verib. Saat yarım davam edən konsertdə gənc sənətçinin pərəstişkarları onıınla görüşmək imkanı əldə ediblər. Sənətçi konsertin əvvəlində Azərbaycan xalqını salamlayıb: "Mən Azərbaycan haqda çox eşitmişəm, ancaq bu gün xalqınızı öz gözlərimlə gördüm. Mən belə gözləmirdim, siz deyildiyindən gözəl isti insanlarsınız. Hər birinizə təşəkkür edirəm ki, bu konsertdə məni tək buraxmadınız". Konsert boyu repertuarında yer alan musiqiləri ifa edən Ruslana, rəqsi ilə hamını heyrətləndirib. Sənətçini konsertdə onun rəhbərlik etdiyi rəqs qrupu Ukraynadan gəlmiş musiqiçilər heyəti müşayiət edib (APA). Qeyd edək ki, konsert Ukraynanın Azərbaycandakı Səfirliyinin təşkilatçıhğı ilə baş tutub.

 

Azadlıq.- 2006.- 4-5 iyun.- S. 16.