Samara vilayətinin mədəniyyət günlərinin iştirakçıları ümummilli lider

Heydər Əliyevin məzarını Şəhidlər xiyabanının

ziyarət etmişlər

 

Azərbaycanda  Rusiya  ili çərçivəsində ölkəmizdə keçirilən Samara vilayetinin mədəniyyət günlərinin iştirakçıları - vilayətin mədəniyyət gəncler siyasəti naziri Olqa Rıbakovanın başçılıq etdiyi 30 nəfərdən artıq nümayəndə heyəti iyunun 14- Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə Samara vilayətinin hökuməti adından əklil qoymuşlar.

Qonaqlar görkemli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanm da məzarını ziyarət etmişlər. Nümayəndə heyətinin üzvləri  sonra Şəhidlər Xiyabanına gəlmişlər. Onlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla anaraq, məzarları üzərinə tər qerənfülər düzmüş, Samara vilayəti hökuməti adından "Əbədi məşəl" xatirə kompleksinin önünə əklil qoymuşlar.

Sonra Samaranm mədəniyyət ve incəsənət ustaları buradan Bakının mənzərəsini seyr etmişlər.

Qonaqları müşayiet edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Şəhidlər Xiyabanının tarixi barədə ətraflı məlumat vermişdir.

 

Yaddaş.- 2006.- 17 iyun.- S. 1.