Azərbaycan
Respublikası Prezidentinin
Fərmanı
"Azərbaycan
Respublikasının bəzi nazirliklərinin yenidən təşkil
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 30 yanvar tarixli 359 nömrəli Fərmanının
icrasını təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikası Prezidentinin
aşağıdakı fərman və sərəncamlarında
dəyişikliklər edilsin:
1.1. "Narkomanlığa və narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin
1996-cı il 26 avqust tarixli 485 nömrəli fərmanının
1-ci bəndində "Əbülfəs Qarayev - Azərbaycan
Respublikasının gənclər, idman və turizm naziri"
sözləri "Azad Rəhimov - Azərbaycan Respublikasının
gənclər və idman naziri" sözləri ilə əvəz
edilsin.
1.2. "Əlillərin sosial müdafiəsi haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 1997-ci il 5 iyun tarixli 595 nömrəli
fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997-ci il, N 5, maddə 357; 2001-ci il, N 7, maddə
459) 2-ci bəndinin üçüncü abzasında "Mədəniyyət
Nazirliyi, Gənclər, İdman və Turizm" sözləri
"Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və
İdman" sözləri ilə əvəz edilsin.
1.3. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli
609 nömrəli fərmanı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının
tənzimlənməsi Qaydaları"nın 2 nömrəli əlavəsinin
"İxrac" bölməsinin 3-cü sütununda"Mədəniyyət"
sözü "Mədəniyyət və Turizm" sözləri
ilə əvəz edilsin.
1.4. "Mədəniyyət haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli
fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, N 4, maddə 244; 2002-ci il, N 1, maddə
14; 2005-ci il, N 7, maddə 596) 2-ci bəndinin
dördüncü, beşinci, yeddinci və doqquzuncu
abzaslarında və 4-cü bəndində "Mədəniyyət"
sözü "Mədəniyyət və Turizm" sözləri
ilə əvəz edilsin.
1.5. "Tarix və mədəniyyət abidələrinin
qorunması haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli
fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, N 6, maddə 386; 2002-ci il, N 1, maddə
14) 2-ci bəndinin üçüncü, dördüncü,
yeddinci, səkkizinci və doqquzuncu abzaslarında "Mədəniyyət"
sözü "Mədəniyyət və Turizm" sözləri
ilə, beşinci abzasında "Mədəniyyət
Nazirliyi," sözləri "Mədəniyyət və
Turizm Nazirliyi" sözləri ilə, altıncı
abzasında "Mədəniyyət Nazirliyi, həyata
keçirirlər" sözləri "Mədəniyyət
və Turizm Nazirliyi həyata keçirir" sözləri ilə,
onuncu abzasında "Mədəniyyət Nazirliyi" sözləri
"Mədəniyyət və Turizm Nazirliyinin" sözləri
ilə əvəz edilsin.
1.6. "Əmtəə nişanları və coğrafi
göstəricilər haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli
fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, N 8, maddə 499; 2002-ci il, N 1, maddə
14; 2003-cü il, N 10, maddə 571) 2-ci bəndinin
dördüncü abzasında"Mədəniyyət"
sözü "Mədəniyyət və Turizm" sözləri
ilə əvəz edilsin.
1.7. "Yol hərəkəti haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli
fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999-cu il, N 11, maddə 666; 2001-ci il, N 7, maddə
456; 2003-cü il, N 10, maddələr 546, 571; 2004-cü il, N 8,
maddə 617, N 12, maddə 1005) 2-ci bəndinin on yeddinci
abzasında "Gənclər, İdman və Turizm"
sözləri "Gənclər və İdman" sözləri
ilə əvəz edilsin.
1.8. "Bədən tərbiyəsi və idman
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 28 dekabr tarixli 47 nömrəli fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il,
N 12, maddə 761; 2001-ci il, N 7, maddə 459; 2005-ci il, N 7, maddə
596) 2-ci bəndinin üçüncü, dördüncü,
beşinci və yeddinci abzaslarında, 4-cü və 5-ci bəndlərində
"Gənclər, İdman və Turizm" sözləri
"Gənclər və İdman" sözləri ilə əvəz
edilsin.
1.9. "Kitabxana işi haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 115 nömrəli
fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999-cu il, N 3, maddə 167; 2002-ci il, N 8, maddə
482) 2-ci bəndinin dördüncü abzasında "Mədəniyyət"
sözü "Mədəniyyət və Turizm" sözləri
ilə əvəz edilsin.
1.10. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun
tarixli 138 nömrəli fərmanı ilə təsdiq
edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il,
N 6, maddə 345, N 9, maddə 542; 2001-ci il, N 7, maddə 456, N 9,
maddə 593, N 10, maddə 640; 2002-ci il, N 7, maddə 412, N 8,
maddə 480; 2003-cü il, N 6, maddə 290, N 10, maddə 585; 2004-cü
il, N 1, maddə 19, N 7, maddə 537; 2005-ci il, N 2, maddə 69, N
7, maddə 597; 2006-cı il, N 2, maddə 84) 1 nömrəli əlavəsinin
birinci bəndinin birinci abzasında "Mədəniyyət"
sözü Mədəniyyət və Turizm sözləri ilə
və Gənclər, İdman və Turizm" sözləri
"Gənclər və İdman" sözləri ilə əvəz
edilsin.
1.11. "Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə
üzrə Dövlət Komissiyasının bəzi məsələləri
haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il
17 iyun tarixli 139 nömrəli fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 6, maddə
346; 2001-ci il, N7, maddə 459; 2002-ci il, N 5, maddə 259;
2003-cü il, N 10, maddə 546; 2004-cü il, N 7, maddə 533;
2006-cı il, N 7, maddə 588) 1-ci bəndində "Əbülfəz
Qarayev - Azərbaycan Respublikasının gənclər, idman və
turizm naziri" sözləri "Azad Rəhimov - Azərbaycan
Respublikasının gənclər və idman naziri"
sözləri ilə əvəz edilsin.
1.12. "Valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqların sosial müdafiəsi
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 30 avqust tarixli 188 nömrəli fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il,
N 8, maddə 498; 2002-ci il, N 8, maddə 487) 2-ci bəndinin ikinci
abzasında "Gənclər, İdman və Turizm"
sözləri "Gənclər və İdman" sözləri
ilə əvəz edilsin.
1.13. "Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında Tarix və Mədəniyyət Abidələrinin
Mühafizəsi və Bərpası Komitəsinin ləğv
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 3 fevral tarixli 270 nömrəli fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
N 2, maddə 85) 2-ci və 3-cü bəndlərində ismin
müvafiq hallarında "Mədəniyyət Nazirliyi"
sözləri ismin müvafiq hallarında "Mədəniyyət
və Turizm Nazirliyi" sözləri ilə əvəz
edilsin.
1.14. "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il
13 iyun tarixli 349 nömrəli fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 6, maddələr
428, 431, N 8, III kitab, maddə 614; 2001-ci il, N 7, maddə 459) 2-ci
bəndində "Mədəniyyət Nazirliyinin, Azərbaycan
Respublikası Gənclər, İdman və Turizm" sözləri
"Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan
Respublikası Gənclər və İdman" sözləri
ilə, 19-cu bəndinin on birinci abzasında "Gənclər,
İdman və Turizm Nazirliyi, Mədəniyyət" sözləri
"Gənclər və İdman Nazirliyi, Mədəniyyət
və Turizm" sözləri ilə əvəz edilsin.
1.15. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul
tarixli 371 nömrəli fərmanı ilə təsdiq
edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin
və prekursorların qanunsuz dövriyyəsi və
narkomanlığın yayılması ilə mübarizə
üzrə Proqram"ın (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, N 7, maddə 511; 2003-cü il, N 10,
maddə 546; 2004-cü il, N 1, maddə 19) 2.2-ci və 2.19-cu bəndlərində
"Mədəniyyət" sözü "Mədəniyyət
və Turizm" sözləri ilə əvəz edilsin.
1.16. "Turizm haqqında" Azərbaycan Respublikası
Qanununun icrasının təmin edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 376
nömrəli fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 7, maddə
516; 2001-ci il, N 7, maddə 459) üçüncü
abzasında "Gənclər, İdman və Turizm"
sözləri "Mədəniyyət və Turizm"
sözləri ilə əvəz edilsin.
1.17. "Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə"Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli
fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, N 8, III kitab, maddə 612; 2001-ci il,
N 7, maddə 462, N 10, maddə 640, N 12, maddə 755; 2002-ci il, N
1, maddə 49, N 5, maddələr 260, 275, N 8, maddələr
478, 484, 486; 2003-cü il, N 6, maddə 299, N 8, maddə 434, N 9,
maddə 478, N 10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü
il, N 1, maddələr 19, 26, N 2, maddə 68, N 3, maddələr
138, 141, N 4, maddə 235, N 5, maddələr 340, 341, 343, 345, 346,
N 8, maddələr 607, 608, N 11, maddə 909, N 12, maddə 1005;
2005-ci il, N 2, maddələr 67, 69, N 4, maddələr 299, 303, N
8, maddə 702, N 9, maddələr 801, 802, N 12, maddə 1101;
2006-cı il, N 2, maddə 83, N 4, maddələr 321, 322, N 5,
maddə 407; N 7, maddə 590, Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 2 avqust tarixli 436 və 437 nömrəli,
17 avqust tarixli 450 nömrəli, 25 avqust tarixli 454 nömrəli
fərmanları) 3.8-ci bəndində "Mədəniyyət"
sözü "Mədəniyyət və Turizm" sözləri
ilə əvəz edilsin.
1.18. "Kinematoqrafiya haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar
əlavə tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 526 nömrəli
fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, N 7, maddə 463; 2005-ci il, N 10, maddə
918) 1-ci bəndində "Mədəniyyət"
sözü "Mədəniyyət və Turizm" sözləri
ilə əvəz edilsin.
1.19. "Gənclər siyasəti haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 697 nömrəli
fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, N 5, maddə 264; 2004-cü il, N 1,
maddə 19) 2-ci bəndinin üçüncü,
dördüncü, beşinci, altıncı, yeddinci, doqquzuncu
və onuncu abzaslarında "Gənclər, İdman və
Turizm" sözləri "Gənclər və İdman"
sözləri ilə, dördüncü, beşinci,
altıncı abzaslarında "Mədəniyyət"
sözü "Mədəniyyət və Turizm" sözləri
ilə əvəz edilsin.
1.20. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust
tarixli 769 nömrəli fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, N 8, maddə
489; 2004-cü il, N 8, maddə 616; 2005-ci il, N 1, maddələr
15, 19) ilə təsdiq edilmiş:
1.20.1. "Xidməti və mülki silahın Azərbaycan
Respublikasına gətirilməsi və Azərbaycan
Respublikasından aparılması Qaydaları"nın
4-cü bəndində;
1.20.2. "Azərbaycan Respublikasının ərazisində
xidməti və mülki silahın satış
Qaydaları"nın 13-cü bəndində;
1.20.3. "Xidməti və mülki silahın uçotu,
saxlanılması, gəzdirilməsi, daşınması,
göndərilməsi və təyinatı üzrə istifadə
olunması Qaydaları"nın 3.8-ci, 5.12-ci və 6.4-cü
bəndlərində;
1.20.4. "Mülki silahın kolleksiya edilməsi və ya onun
sərgisinin keçirilməsi Qaydaları"nın
2.3-cü və 3.10-cu bəndlərində "Mədəniyyət"
sözü "Mədəniyyət və Turizm" sözləri
ilə əvəz edilsin.
1.21. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr
tarixli 782 nömrəli fərmanı ilə təsdiq
edilmiş "Xüsusi razılıq (lisenziya) tələb
olunan fəaliyyət növlərinin
Siyahısı"nın (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, N 9, maddə 555; 2003-cü il, N 3,
maddə 153, N 10, maddə 570; 2006-cı il, N 2, maddə 69, N 4,
maddələr 301, 307, N 8, maddə 721,N 10, maddə 919, N 12,
maddələr 1104, 1117, N 7, maddə 591) 30-cu bəndində
"Gənclər, İdman və Turizm" sözləri
"Mədəniyyət və Turizm" sözləri ilə
əvəz edilsin.
1.22. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23
oktyabr tarixli 944 nömrəli fərmanı ilə təsdiq
edilmiş "Qeyri-dövlət mülkiyyətində olan
xüsusi əhəmiyyətli mədəniyyət sərvətlərinin
satılması Qaydası"nın (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, N 10, maddə
549) 2-ci və 6-cı bəndlərində "Mədəniyyət"
sözü "Mədəniyyət və Turizm" sözləri
ilə əvəz edilsin.
1.23. "Azərbaycan Respublikasında sosial-iqtisadi
inkişafın sürətləndirilməsi tədbirləri
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2003-cü il 24 noyabr tarixli 4 nömrəli fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü
il, N 11, maddə 634) 2-ci bəndində "Mədəniyyət"
sözü "Mədəniyyət və Turizm" sözləri
ilə əvəz edilsin.
1.24. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral
tarixli 24 nömrəli fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
(2004-2008-ci illər) (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, N 2, maddə 62; 2005-ci il, N 2,
maddə 69; 2006-cı il, N 7, maddə 590) 3-cü bölməsinin:
1.24.1. 3.1.35-ci, 3.1.39-3.1.46-cı, 3.2.1.7-ci, 3.2.2.40-cı,
3.2.6.26-cı bəndlərində "Gənclər, İdman
və Turizm" sözləri "Gənclər və
İdman" sözləri ilə;
1.24.2. 3.2.1.21-ci, 3.2.1.25-ci, 3.2.2.45-ci, 3.2.2.47-ci, 3.2.2.60-cı,
3.2.3.13-cü, 3.2.3.79-cu, 3.2.3.97-ci, 3.2.4.10-cu, 3.2.4.34-cü,
3.2.4.40-cı, 3.2.4.42-ci, 3.2.4.44-cü, 3.2.4.54-cü, 3.2.4.55-ci,
3.2.4.58-ci, 3.2.4.60-cı, 3.2.4.71-ci, 3.2.5.4-cü, 3.2.5.25-ci,
3.2.5.34-cü, 3.2.5.49-cu, 3.2.5.62-ci, 3.2.8.18-ci, 3.2.8.23-cü,
3.2.8.39-cu, 3.2.9.19-cu, 3.2.9.21-ci, 3.2.9.26-cı, 3.2.9.27-ci,
3.2.9.46-cı bəndlərində "Gənclər, İdman
və Turizm" sözləri "Mədəniyyət və
Turizm" sözləri ilə;
1.24.3. 3.2.2.39-cu, 3.2.2.87-ci, 3.2.3.12-ci, 3.2.3.74-cü, 3.2.3.78-ci,
3.2.4.28-ci, 3.2.6.68-ci, 3.2.9.28-ci, 3.2.9.49-cu bəndlərində
"Mədəniyyət" sözü "Mədəniyyət
və Turizm" sözləri ilə;
1.24.4. 3.1.11-ci, 3.1.13-cü və 3.2.5.47-ci bəndlərində
"Gənclər, İdman" sözləri "Gənclər
və İdman Nazirliyi, Mədəniyyət" sözləri
ilə;
1.24.5. 3.2.5.72-ci bəndində "Gənclər, İdman və
Turizm Nazirliyi, Mədəniyyət" sözləri, 3.2.8.35-ci
bəndində "Mədəniyyət Nazirliyi, Gənclər,
İdman və Turizm" sözləri "Mədəniyyət
və Turizm" sözləri ilə əvəz edilsin.
1.25. "Turizm haqqında" Azərbaycan
Respublikasının Qanununa əlavə edilməsi barədə"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 23 aprel tarixli 56 nömrəli fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü
il, N 4, maddə 236) 2.1-ci bəndində "Gənclər,
İdman" sözləri "Mədəniyyət"
sözü ilə əvəz edilsin.
1.26. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr
tarixli 315 nömrəli fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında "İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
haqqında Əsasnamə"nin (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, N 11, maddə 1010) 2-ci bəndinin
ikinci abzasında "Mədəniyyət" sözü
"Mədəniyyət və Turizm" sözləri ilə
əvəz edilsin.
1.27. "Azərbaycan xalça sənətinin qorunması və
inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikası
Qanununun icrasının təmin edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli
344 nömrəli fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, N 12, maddə
1113) 1.1-ci bəndində "Mədəniyyət" sözü
"Mədəniyyət və Turizm" sözləri ilə
əvəz edilsin.
1.28. "Türkiyə Respublikası ilə iqtisadi əməkdaşlıq
məsələləri üzrə Azərbaycan
Respublikasının daimi fəaliyyət göstərəcək
hökumətlərarası Dövlət Komissiyası
haqqında" Azərbaycan Respublikası Prezidentinin
1996-cı il 12 aprel tarixli 295 nömrəli sərəncamının
2-ci bəndində "Polad Bülbüloğlu - Azərbaycan
Respublikasının mədəniyyət naziri" sözləri
"Əbülfəz Qarayev - Azərbaycan
Respublikasının mədəniyyət və turizm naziri"
sözləri ilə əvəz edilsin.
1.29. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun
tarixli 832 nömrəli sərəncamı ilə təsdiq
edilmiş "İnsan hüquqlarının müdafiəsinə
dair Dövlət Proqramı"nın (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, N 6, maddə
409; 2004-cü il, N 1, maddə 19) 12-ci, 13-cü, 25-ci və
26-cı bəndlərində "Mədəniyyət"
sözü "Mədəniyyət və Turizm" sözləri
ilə əvəz edilsin.
1.30. "Azərbaycanın uşaq
şahmatçılarına dövlət
qayğısının artırılması haqqında"
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 dekabr tarixli 42
nömrəli sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, N 12, maddə
785; 2001-ci il, N7, maddə 459) 2-ci bəndində "Gənclər,
İdman və Turizm" sözləri "Gənclər və
İdman" sözləri ilə əvəz edilsin.
1.31. "Azərbaycan Respublikasının Moskva şəhəri
ilə əməkdaşlıq üzrə Hökumət
Komissiyasının yaradılması haqqında" Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 5 fevral tarixli 69 nömrəli
sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999-cu il, N 2, maddə 104) 1-ci bəndində
"Polad Bülbüloğlu - Azərbaycan
Respublikasının mədəniyyət naziri" sözləri
"Əbülfəz Qarayev - Azərbaycan
Respublikasının mədəniyyət və turizm naziri"
sözləri ilə əvəz edilsin.
1.32. "Azərbaycan Respublikası ilə Bolqarıstan
Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq
üzrə Müştərək Komissiyanın tərkibi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il
28 may tarixli 160 nömrəli sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 5, maddə
321) 1-ci bəndində "Polad Bülbüloğlu - Azərbaycan
Respublikasının mədəniyyət naziri" sözləri
"Əbülfəz Qarayev - Azərbaycan
Respublikasının mədəniyyət və turizm naziri"
sözləri ilə əvəz edilsin.
1.33. "Avropa Şurasının fəaliyyətinə və
Azərbaycan Respublikası ilə Avropa Şurası
arasındakı əməkdaşlığa dair məlumatların
yayılması barədə" Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 18 mart tarixli 364 nömrəli sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
N 3, II kitab, maddə 203) 5-ci bəndində "Mədəniyyət"
sözü "Mədəniyyət və Turizm" sözləri
ilə əvəz edilsin.
1.34. "Azərbaycan Respublikası Hökuməti ilə
Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan
Birgə Komissiyasının tərkibi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 17 may tarixli 416 nömrəli
sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, N 5, maddə 342; 2001-ci il, N 7, maddə
459; 2006-cı il,N 7, maddə 588) 1-ci bəndində "Polad
Bülbüloğlu - Azərbaycan Respublikasının mədəniyyət
naziri" sözləri "Əbülfəz Qarayev - Azərbaycan
Respublikasının mədəniyyət və turizm naziri"
sözləri ilə, "Əbülfəz Qarayev - Azərbaycan
Respublikasının gənclər, idman və turizm naziri"
sözləri "Azad Rəhimov - Azərbaycan
Respublikasının gənclər və idman naziri"
sözləri ilə əvəz edilsin.
1.35. "Birgə kino istehsalı haqqında" Avropa
Konvensiyası üzrə Azərbaycan Respublikası tərəfindən
səlahiyyətli orqanın təyin edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 475
nömrəli sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 7, maddə
537; 2002-ci il, N 1, maddə 57) 1-ci və 2-ci bəndlərində
"Mədəniyyət" sözü "Mədəniyyət
və Turizm" sözləri ilə əvəz edilsin.
1.36. "Hərbi münaqişələr zamanı mədəni
dəyərlərin qorunması haqqında Konvensiya"nın
müddəalarının yerinə yetirilməsi üzrə
Komissiyanın yaradılması haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 569 nömrəli
sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, N 11, maddə 805) 1-ci bəndində
"Polad Bülbüloğlu - Azərbaycan
Respublikasının mədəniyyət naziri" sözləri
"Əbülfəz Qarayev - Azərbaycan
Respublikasının mədəniyyət və turizm naziri"
sözləri ilə əvəz edilsin.
1.37. "Azərkinovideo" İstehsalat Birliyinin ləğv
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 19 aprel tarixli 688 nömrəli sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il,
N 4, maddə 260) 1-ci bəndində "Mədəniyyət"
sözü "Mədəniyyət və Turizm" sözləri
ilə əvəz edilsin.
1.38. "Azərbaycan Respublikası Dövlət Dil
Komissiyasının tərkibinin təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il
4 iyul tarixli 766 nömrəli sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, N 7, maddə
500) on dördüncü abzasında "Polad
Bülbüloğlu - Azərbaycan Respublikasının mədəniyyət
naziri" sözləri "Əbülfəz Qarayev - Azərbaycan
Respublikasının mədəniyyət və turizm naziri"
sözləri ilə əvəz edilsin.
1.39. "Kütləvi informasiya vasitələrinə dövlət
qayğısının artırılması sahəsində əlavə
tədbirlər haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 27 dekabr tarixli 851 nömrəli sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il,
N 12, maddə 795; 2003-cü il, N 10, maddə 585; 2004-cü il, N
1, maddə 24) 1-ci bəndinin onuncu abzasında "Mədəniyyət"
sözü "Mədəniyyət və Turizm" sözləri
ilə əvəz edilsin.
1.40. "Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin Beynəlxalq Xüsusi Hüququ Unifikasiya İnstitutunun
(YUNİDRUA) "Oğurlanmış, yaxud qanunsuz
aparılmış mədəniyyət sərvətləri
haqqında" Konvensiyası üzrə Azərbaycan
Respublikası tərəfindən səlahiyyətli orqan təyin
edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 14 noyabr tarixli 1089 nömrəli sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il,
N 11, maddə 668) adında, 1-ci və 2-ci bəndlərində
ismin müvafiq hallarında"Mədəniyyət
Nazirliyi" sözləri ismin müvafiq hallarında "Mədəniyyət
və Turizm Nazirliyi" sözləri ilə əvəz
edilsin.
1.41. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 18 fevral
tarixli 1152 nömrəli sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, N 2, maddə
107; 2004-cü il, N 12, maddə 1005) ilə təsdiq edilmiş:
1.41.1. "Azərbaycan Respublikasında ekoloji cəhətdən
dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli
Proqram"ın "Milli Proqramın həyata keçirilməsi
üçün tədbirlər planı" bölməsinin
20-ci və 81-83-cü bəndlərində "Gənclər,
İdman və Turizm" sözləri, 89-92-ci bəndlərində
"Mədəniyyət" sözü "Mədəniyyət
və Turizm" sözləri ilə əvəz edilsin;
1.41.2. "Azərbaycan Respublikasında meşələrin bərpa
edilməsi və artırılmasına dair Milli
Proqram"ın 10-cu bölməsinin 10.1.3-cü bəndində
"Gənclər, İdman" sözləri "Mədəniyyət"
sözü ilə əvəz edilsin.
1.42. "Çıraqqala" tarixi abidələr kompleksinin
bərpası və qorunması haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 23 iyun tarixli 1262 nömrəli
sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, N 6, maddə 324) 3-cü bəndində
"Mədəniyyət" sözü "Mədəniyyət
və Turizm" sözləri ilə əvəz edilsin.
1.43. "Şabran şəhəri" tarix və mədəniyyət
abidəsinin qorunması haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 1343
nömrəli sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, N 9, maddə
517) 4-cü bəndində "Gənclər, İdman və
Turizm"sözləri və 5-ci bəndində "Mədəniyyət"
sözü "Mədəniyyət və Turizm" sözləri
ilə əvəz edilsin.
1.44. "Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 12 yanvar tarixli 56 nömrəli sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü
il, N 1, maddə 32) 3-cü bəndinin ikinci abzasında "Mədəniyyət"
sözü "Mədəniyyət və Turizm" sözləri
ilə əvəz edilsin.
1.45. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 may
tarixli 208 nömrəli sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasında İnsan Alverinə
Qarşı Mübarizə üzrə Milli Fəaliyyət
Planı"nın (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, N 5, maddə 350) "Milli Fəaliyyət
Planı üzrə tədbirlər" bölməsinin 12-ci
bəndində "Gənclər, İdman və Turizm"
sözləri "Gənclər və İdman" sözləri
ilə əvəz edilsin.
1.46. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 30 iyun
tarixli 291 nömrəli sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasında polis
orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə
dair Dövlət Proqramının (2004-2008-ci illər)" (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, N 6, maddə
492; 2005-ci il, N 7, maddə 596) 4.3-cü və 4.6-cı bəndlərində
"Mədəniyyət" sözü "Mədəniyyət
və Turizm" sözləri ilə əvəz edilsin.
1.47. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul
tarixli 298 nömrəli sərəncamı ilə təsdiq
edilmiş "Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"nın (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, N 7, maddə 540) 1.8-ci, 2.19-cu və
3.7-ci bəndlərində "Mədəniyyət"
sözü "Mədəniyyət və Turizm" sözləri
ilə əvəz edilsin.
1.48. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3
sentyabr tarixli 377 nömrəli sərəncamı ilə təsdiq
edilmiş "Korrupsiyaya qarşı mübarizə üzrə
Dövlət Proqramı (2004 - 2006-cı illər)"nın
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü
il, N 9, maddə 696; 2005-ci il, N 7, maddə 596; 2006-cı il, N 7,
maddə 590) "Dövlət Proqramı üzrə tədbirlər"
bölməsinin 5.1-5.5-ci bəndlərinə aid 4-cü
sütununda "Mədəniyyət" sözü "Mədəniyyət
və Turizm" sözləri ilə əvəz edilsin.
1.49. "Dövlət büdcəsindən maliyyələşən
bir sıra təşkilatlarda işçilərin əməyinin
ödənilməsinin tənzimlənməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 13 oktyabr
tarixli 453 nömrəli sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, N 10, maddə
829; 2005-ci il, N 1, maddə 41, N 8, maddə 741, N 9, maddə 808,
N 12, maddə 1194) 2-ci bəndinin səkkizinci abzasında
"Gənclər, İdman və Turizm" sözləri,
doqquzuncu abzasında "Mədəniyyət" sözü
"Mədəniyyət və Turizm" sözləri ilə
əvəz edilsin.
1.50. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr
tarixli 517 nömrəli sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasında demoqrafiya və əhali
sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"nın
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü
il, N 11, maddə 940; 2005-ci il, N 7 maddə 596) "Azərbaycan
Respublikasında demoqrafiya və əhali sakinliyinin
inkişafı sahəsində Dövlət Proqramı çərçivəsində
həyata keçiriləcək Tədbirlər" bölməsinin:
1.50.1. 2.4.2-ci, 3.1.1-ci, 3.2.2-ci, 5.1.19-cu, 5.2.16-cı, 5.2.17-ci,
7.9-cu, 7.10-cu və 8.25-ci bəndlərində "Gənclər,
İdman və Turizm" sözləri "Gənclər və
İdman" sözləri ilə;
1.50.2. 5.2.7-ci bənddə "Gənclər, İdman"
sözləri "Gənclər və İdman Nazirliyi, Mədəniyyət"
sözləri ilə əvəz edilsin.
1.51. "Azərbaycan Respublikasının Avropaya
inteqrasiyası üzrə Dövlət Komissiyasının
yaradılması haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 1 iyun tarixli 834 nömrəli sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il,
N 6, maddə 493, N 10, maddə 968; 2006-cı il, N 7, maddə
588) 1-ci bəndində "gənclər, idman və
turizm" sözləri "mədəniyyət və
turizm" sözləri ilə əvəz edilsin.
1.52. "2006-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişaf
Dövlət Proqramı"nın hazırlanması
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il
20 iyun tarixli 853 nömrəli sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, N 6, maddə
512, N 10, maddə 968; 2006-cı il, N 7, maddə 588) 1-ci bəndində
"Polad Bülbüloğlu - Azərbaycan
Respublikasının mədəniyyət naziri" sözləri
"Əbülfəz Qarayev - Azərbaycan
Respublikasının mədəniyyət və turizm naziri"
sözləri ilə, "Əbülfəz Qarayev - Azərbaycan
Respublikasının gənclər, idman və turizm naziri"
sözləri "Azad Rəhimov - Azərbaycan
Respublikasının gənclər və idman naziri"
sözləri ilə əvəz edilsin.
1.53. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 avqust
tarixli 935 nömrəli sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası regionlarının, o
cümlədən, Quba, Qusar, Xaçmaz, Siyəzən və
Dəvəçi rayonlarının sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair Tədbirlər
Planının (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005-ci il, N 8, maddə 729; 2006-cı il, N 7, maddə
590):
1.53.1. 1.6-cı bəndində "Gənclər, İdman və
Turizm" sözləri Gənclər və İdman sözləri
ilə;
1.53.2. 1.8-ci və 1.10-cu bəndlərində "Gənclər,
İdman və Turizm" sözləri "Mədəniyyət
və Turizm" sözləri ilə;
1.53.3. 1.7-ci bəndində "Gənclər, İdman və
Turizm" sözləri "Gənclər və İdman
Nazirliyi, Mədəniyyət və Turizm" sözləri ilə
əvəz edilsin.
1.54. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 avqust
tarixli 972 nömrəli sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası regionlarının, o
cümlədən Qəbələ, İsmayıllı,
Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair Tədbirlər
Planı"nın (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, N 8, maddə 765):
1.54.1. 1.5-ci və 1.7-ci bəndlərində "Gənclər,
İdman və Turizm" sözləri "Mədəniyyət
və Turizm" sözləri ilə;
1.54.2. 4.2-ci bəndində "Gənclər, İdman və
Turizm" sözləri "Gənclər və İdman"
sözləri ilə;
1.54.3. 5.3-cü bəndində "Gənclər, İdman və
Turizm Nazirliyi, Mədəniyyət" sözləri "Gənclər
və İdman Nazirliyi, Mədəniyyət və Turizm"
sözləri ilə əvəz edilsin.
1.55. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust
tarixli 982 nömrəli sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Gəncliyi Dövlət Proqramı
(2005-2009-cu illər)"nın(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, N 8, maddə
775):
1.55.1. 4-cü bölməsinin birinci və ikinci hissələrində
"Gənclər, İdman və Turizm" sözləri
"Gənclər və İdman" sözləri ilə əvəz
edilsin;
1.55.2. "Azərbaycan Gəncliyi Dövlət Proqramı
(2005-2009-cu illər) üzrə həyata keçiriləcək
Tədbirlər" bölməsinin:
1.55.2.1. 7.8-7.14-cü bəndləri istisna olmaqla, mətnində
"Mədəniyyət" sözü "Mədəniyyət
və Turizm" sözləri ilə, "Gənclər,
İdman və Turizm" sözləri "Gənclər və
İdman" sözləri ilə əvəz edilsin;
1.55.2.2. 7.8-7.14-cü bəndlərində "Gənclər,
İdman və Turizm" sözləri "Gənclər və
İdman Nazirliyi, Mədəniyyət və Turizm" sözləri
ilə əvəz edilsin.
1.56. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 sentyabr
tarixli 1001 nömrəli sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası regionlarının, o
cümlədən Lənkəran şəhəri, Astara,
Lerik, Masallı və Yardımlı rayonlarının
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair Tədbirlər Planı"nın (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, N 9, maddə
821):
1.56.1. 2.3-cü, 3.8-ci və 5.6-cı bəndlərində
"Gənclər, İdman" sözləri "Mədəniyyət"
sözü ilə;
1.56.2. 2.4-cü bəndində "Mədəniyyət
Nazirliyi, Gənclər, İdman" sözləri "Mədəniyyət"
sözü ilə;
1.56.3. 3.7-ci və 4.3-cü bəndlərində "Gənclər,
İdman və Turizm" sözləri "Gənclər və
İdman" sözləri ilə;
1.56.4. 5.5-ci bəndində "Gənclər, İdman və
Turizm Nazirliyi, Mədəniyyət" sözləri "Mədəniyyət
və Turizm" sözləri ilə əvəz edilsin.
1.57. "YUNESKO üzrə Azərbaycan Respublikasının
Milli Komissiyası ilə bağlı əlavə tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il
15 sentyabr tarixli 1006 nömrəli sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, N 9, maddə
826) 3-cü bəndində "Polad Bülbüloğlu - Azərbaycan
Respublikasının mədəniyyət naziri" sözləri
"Əbülfəz Qarayev - Azərbaycan
Respublikasının mədəniyyət və turizm naziri"
sözləri ilə, "Əbülfəz Qarayev - Azərbaycan
Respublikasının gənclər, idman və turizm naziri"
sözləri "Azad Rəhimov - Azərbaycan Respublikasının
gənclər və idman naziri" sözləri ilə əvəz
edilsin.
1.58. "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə
futbolun inkişafına dair Dövlət Proqramının təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 10 oktyabr tarixli 1038 nömrəli sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il,
N 10, maddə 926):
1.58.1. 2-ci bəndində "Gənclər, İdman və
Turizm" sözləri "Gənclər və İdman"
sözləri ilə əvəz edilsin;
1.58.2. həmin sərəncamla təsdiq edilmiş "Azərbaycan
Respublikasında futbolun inkişafına dair Dövlət
Proqramı (2005-2015-ci illər)"nın"Proqramın həyata
keçirilməsi üzrə tədbirlər planı"
bölməsinin mətnində "Gənclər, İdman və
Turizm" sözləri "Gənclər və İdman"
sözləri ilə,
"GİTN"qısaldılmış ifadələri
"GİN" qısaldılmış ifadələri ilə
əvəz edilsin.
1.59. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 oktyabr
tarixli 1044 nömrəli sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası regionlarının, o
cümlədən Əli Bayramlı şəhəri,
Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Ağstafa, Gədəbəy,
Qazax, Şəmkir və Tovuz rayonlarının sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair Tədbirlər
Planı"nın (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, N 10, maddə 932) 2.2-ci, 4.3-cü bəndlərində
"Gənclər, İdman və Turizm" sözləri
"Gənclər və İdman" sözləri ilə,
8.4-cü və 11.3-cü bəndlərində "Gənclər,
İdman və Turizm" sözləri "Mədəniyyət
və Turizm" sözləri ilə əvəz edilsin.
1.60. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 21 oktyabr
tarixli 1055 nömrəli sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasında rabitə və
informasiya texnologiyalarının inkişafı üzrə
2005-2008-ci illər üçün Dövlət Proqramı
(Elektron Azərbaycan)"nın (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, N 10, maddə
943; 2006-cı il, N 7, maddə 590) VII bölməsinin 7.3.8-ci bəndində
"Mədəniyyət" sözü "Mədəniyyət
və Turizm" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan
irəli gələn məsələləri həll etsin.
3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 sentyabr 2006-cı il