Rəşad

Prezident Təzəpirin təmiri ilə maraqlanıb

İlham Əliyev tapşırıqlarını və tövsiyələrini verib

 

Dünən Azərbaycan prezidenti İlham Əliyev Təzəpir məscidi onun ərazisində aparılan təmir-tikinti abadlıq işləri ilə tanış olub. Məsciddə dövlət başçısına məlumat verilib ki, ərazidə aparılan təmir-tikinti işlərinə bu il iyunun 10-dan başlanıb. Burada Qafqaz Müsəlmanları İdarəsinin İslam Universitetinin inzibati binaları, qonaq evi yerləşəcək.

Üç korpusdan ibarət olacaq yeni kompleksin mərkəzində 900 kvadratmetrlik konfrans salonu tikiləcək. Qurbangah, namazgah yardımçı otaqlar da olacaq. Dördmərtəbəli kompleksin ümumi sahəsi 40 min kvadratmetrdir. "İnam H" şirkəti tərəfindən hazırda 6 min kvadratmetr ərazidə tikinti işləri yerinə yetirilir. İlham Əliyev əvvəlcə Təzəpir məscidinin daxilində aparılacaq təmir işləri ilə maraqlanıb, milli memarlıq üslubunda hazırlanmış ayrı-ay layihələrə baxıb. Dövlət başçısına məlumat verilib ki, məscidin daxilindəki əsas çilçırağın çəkisi çox ağır olduğu üçün dəyişdiriləcək, işıqlandırılma sistemi müasir üslubda qurulacaq. Tavan divar suvaqları ilkin memarlıq nümunələri saxlanılmaqla, yeni texnologiyalar əsasında müasirləşdiriləcək, "Qurani-Kərim"in ayələrindən yazı-naxışlar, xüsusi dini emblemlər rəmzlərlə bəzədiləcək. Qapı-pəncərələr dəyişdiriləcək. Qeyd edilib ki, 1926- ildən məscid kinoteatr kimi istifadə olunduğu üçün binanın daxili quruluşu dəyişdirilib, qədimilik əlamətləri itib. Ölkəmiz müstəqilliq qazandıqdan sonra məscid bir neçə dəfə təmir edilib, lakin Bakıda baş vermiş sonuncu güclü zəlzələ nəticəsində divarlarda çatlar əmələ gəlib. İlham Əliyev məscidin bütünlüklə əsaslı təmir olunmasının, işıqlandırma sisteminin milli üslub qorunub saxlanılmaqla dəyişdirilməsinin zəruriliyini bildirib. Sonra prezident məscidin ərazisində aparılan tikinti işlərinin gedişi ilə maraqlanıb. Şeyxülislam Allahşükür Paşazadə prezidentin milli, mənəvi və İslami dəyərlərin qorunub saxlanılmasına, ölkəmizdə dini ocaqlara diqqət və qayğısını yüksək qiymətləndirib. Eyni zamanda şeyx  bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin burada yerləşən əvvəlki binası, mədrəsə və ətrafdakı bəzi evlər sökülüb. Üç aydan artıqdır inşaat işləri aparılır. Bütün işlər 2008-ci ilin birinci rübünədək başa çatdılacaq. Təmir-tikinti işlərinə 8,2 milyon dollar sərf olunacaq. Sonda İlham Əliyev Təzəpir məscidinin ümumi görünüşünun xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, məscidin günbəzinin yenidən qurulması, bu istiqamətə gələn əsas yolların genişləndirilməsi, müasir işıqlandırma sistemi ilə təmin olunması, ətrafdakı bəzi sakinlərin köçürülməsi abadlıq işlərinin aparılması üçün Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyinə müvafiq tövsiyə tapşırıqlarını verib.

 

Şərq.- 2006.- 22 sentyabr.- S. 2.