Cavad Ü.

 

Kremlin Azərbaycanlı memarı

 

Jurnalımızın 2/3-cü saylarında bu başlıq altında Ülfət  Cavadın  yazısını vermişdik. Məqalə gözlədiyimizdən maraqla qarşılandı geniş əks-səda doğurdu. Oxucularımızın istəyi ilə müəlliflə əlaqə yaratdıq. İndi həmin yazının davamı diqqətinizə veririk...

1371-ci il mart ayının 25-də -"Xeyir xəbər günü" Əlis Sübhan oğlu Kərəmli tərəfindən inşa edilən əzəmətli tikintinin təntənəli açılışı oldu. Memar Əlis bəy Kremlin inşasında öz layihəsinə əsasən, qülləli-bürclü çöl-qala divarların 175 hektarlıq həyətində knyazlar sarayı, kilsə, yığmcaq yeri, boyarların kilsə xadimlərinin yaşayış binalarını yardımçı tikililəri böyük ustalıqla yaratmışdı. Bundan başqa Yauza çayınacan Moskva çayının altından keçməklə üç istiqamətdə mülki-hərbi strateji dəyəri olan sirli yeraltı yollar da inşa edilmişdir. Həmçinin qat kömbələrin (mənbəyi Əlis bəyin vətənində olmuş sonradan dünya dillərinə keçmiş "Katakomba") ortasında şəhər sularının axıb çaylara töküldüyü üçün bir arşın enində arx döşənmiş müxtəlif təyinatlı otaqlar, anbarlar, kahılar da inşa edilib başa çatdırılmışdır. Bu möhtəşəm sənət məktəbinin açılışında knyaz Dmitri İvanoviç , moskvalılar da, xarici qonaqlar da, hətta kin-küdurətli boyarlar da bu tikilinin gözəlliyi qarşısında heyrətlərindən donub qalmışdılar. Ən çox sevinən isə Anna xam idi. O, Əlis bəyə qısıla-qısıla sevincindən göz yaşlarını saxlaya bilmirdi...

Əlis bəy Moskvada qaldığı 4 il ərzində Şamaxıya ailəsinə cəmi bir dəfə baş çəkə bilmişdi. O, bu nü səbirsizliklə gözləyirdi. Əlis bəy möhtəşəm tikili başa çatdıqdan sonra Şirvana qayıtmaq ərəfəsində knyaz Dmitri İvanoviçlə razılaşma imzaladı. Razılaşmada qərara alın ki, memar vətənə dönür, yaz bitən gün Moskvaya qayıdır, ona çatası zəhmət haqqını alır onun şərəfinə veriləcək ziyafətdə iştirak edir. Bu razılaşmadan sonra Əlis bəy vətəninə yola salır. Memar Şamaxıda bir müddət qaldıqdan sonra yenidən Moskvaya qayıdır. Həmin il yayın ilk günlərində Moskva -Smolensk yolunun 9 minarında (km) indiki Volokolamsk yolunun başlanğıcında, soldakı meşə talasında böyük sənətkarımızın qayıtma məclisi açıldı. Lakin sonra aydın oldu ki, D.İvanoviç "xəstə" olduğu üçün məclisdə iştirak etməyəcək. Təəccüblü görünsə boyarlar, aşbazlar dəstəsi saray musiqiçiləri məclisdə böyük əhval-ruhiyyədə iştirak edirdi. Anna xamın sevinci yerə-göyə sığmırdı. Şirin şərabın, ləziz ət xörəklərinin, növbənöv qəlyanaltıların şövqündən məst olmuş məclis əhli xumarlıq sərxoşluq içində idi. Böyük memarımızı gözləyən təhlükədən isə yalnız onun özü Anna xanım bixəbər idi...

1371-ci ilin iyun ayının 22-də bir kazak atamanı arxadan güclü zərbə endirərək xaincəsinə soydaşımız Əlis bəyin başını bədənindən ayırdı. Bu şərəfsiz qətlin icra olunmasında başlıca məqsəd böyük memarımızın adını yox etmək "Keremli"ni ucaldan sənətkarımızın adını tarixdən silmək idi. Qəddarcasına qətl edilən Əlis bəy elə oradaca, qərib eldə dəfn edildi. Bu böyük itkiyə ən çox üzülən isə Anna xam idi. O, memarımızın bu itkisinə dözmədi, saçlarını qırxdıraraq Penza rahibəxanasına yollandı ömrünün sonunacan memarımızın məzarına qulluqdan usanmadı. müqaviləyə, verdiyi sözə, qəbul olunmuş bəşəri qaydalara məhəl qoyan qarşı tərəf nəinki namərdlik yolunu seçdi, həm Kərəmlinin "Kremlin" yaradıcısı kimi tanınması yönündə susmağı üstün tutdu.

1556-cı ilin avqustunda IV İvan Qroz tarixi gerçəklikləri saxtalaşdıraraq xüsusi fərmanla "Keremli" qülləsini "Vodovzvod"a çevirdi. Lakin XIX əsrin sonlarınacan rasiyalılar, dünya icimaiyyəti, səyyahlar rəsmi sənədlər bu ölməz abidəni gah "Keremli", gah "Kremli", gah da qısaca "Kreml" deyə yad edirdilər. Beləliklə, "Kreml" adı tam sabitləşdi.

Rus yazıçısı Borodinin "Dimitriy Donskoy" tarixi romanda bu həqiqətlərə dair qısa qeydləri nəzərə almasaq, rus qaynaqları, xüsusən İ.Karamzinin "Rus imperiyasının tarixi" adlı çox cildli əsərində bu haqda zərrə qədər olsa məlumat vermədi. Vaxt ötdü, illər keçdi, 49 yaşında ikən qətlə yetirilən Əlis bəyin layihəsi əsasında Smolenskdə, Novqorodda, Kazanda, Praqada "kremllər" inşa edildi. Lakin öz əzəməti ilə dünyaya səs salan ölməz inşaat məbədi digərlərindən öz gözəlliyi ilə seçildi.

1997-ci ildə Rusiya öz paytaxtı Moskvanın 850 illiyini təntənə ilə qeyd etdi. Rusiyanın eks-prezidenti B.Yeltsin Moskva şəhərinin meri Y.Lujkov Moskvanın tarixi haqqında söhbət açsalar da nədənsə Kremlin yaranma tarixinə baş vurmadılar. O zamanlar bizim tədqiqatçı alimlərimiz məsələyə laqeyd yanaşdılar. Bizlərin dünya əhəmiyyətli bu məsələyə laqeyd münasibətimiz dahi memarımız Əlis bəyə sahib çıxa bilməməyimiz acı təəssüf hissi oyadır. Əziz həmvətənlərimiz, gəlin bu vacib məsələnin həlli üçün hər birimiz əlimizdən gələni əsirgəməyək...

 

Mədəni-maarif işi.- 2006.- № 7.- S. 23-24.