Əsgərova A.

Milli mədəni irsimizin dünəni və bu günü

 

Bəşər cəmiyyəti yaranan dövr ərzində mədəni irsin inkişafı müxtəlif mərhələlərlə muzeylər vasitəsilə əks olunur. Muzey bəşəriyyətin çoxəsrlik tarixi ərzində yaratmış olduğu qiymətli sərvətlərin mühafizəçisini, tədqiqini və təbliğini həyata keçirən mədəniyyət, elmi-tədqiqat müəssisəsi olub, inkişaf, tərbiyə və şəxsiyyətin formalaşmasında özünəməxsus rol oynayır.

 Muzeylərin yaranma tarixi onu göstərir ki, muzeylərin ilk sələfləri miladdan öncə XVI əsrdə Kritdə, XIII-XII əsrlərdə Çində, VII əsrdə Nineviyada (Assuriyada şəhər, indiki İraq ərazisi) əsasən saraylarda sənədlər, şəhadətnamələr və estetik qiymətə malik əşyalar kompleksi şəklində, həmçinin eramızdan əvvəl III əsrdə Qədim Yunanıstanda və Romada (məbədlərin və bəzi şəxslərin kolleksiyaları) meydana gəlmişdir. Daha sonra intibah dövründə heykəltəraşlığın, sənətkarlığın sürətli inkişafı bir sıra ölkələrdə tarixi-mədəniyyət abidələrinin və muzeylərin yaranmasına səbəb oldu. Florensiyada Uffitsi (XV əsrin ortaları), Romada Borgezi (XVII əsr), İngiltərədə Britaniya muzeyi (1793), Fransada Luvr (1793), Almaniyada Drezden Şəkil Qalereyası (1560), Rusiyada Ermitaj (1764), Tretyakov Qalereyası (1856) və digər ölkələrdə muzey və qalereyaların yaradılması sürətli inkişafın, ictimai-siyasi hadisələrin, kolleksiyaçılığa olan marağın, iqtisadi dəyişikliklərin nəticəsi kimi qiymətləndirilir.

Dünya mədəniyyətinin, incəsənətinin, elminin, ədəbiyyatının inkişafında Azərbaycanımızın da özünəməxsus rolu olmuşdur. İstər dünya xalqlarının, istərsə də Azərbaycan xalqının tarixi əhəmiyyət kəsb edən sərvətlərinin mühafizəsini həyata keçirən Azərbaycan muzeylərinin maraqlı yaranma tarixi vardır. Hələ XIX əsrin əvvəllərində böyiik Azərbaycan yazıçısı C.Məmmədquluzadənin işlədiyi Nehrəm kənd məktəbində muzey yaratması barədə faktlar maraq doğurur.

XIX əsrin əvvəllərində Bakıda Xalq Məktəbləri müdiriyyəti nəzdində pedaqoji muzey fəaliyyət göstərmişdir. Muzeydən əsasən tədris prosesində istifadə edilmişdir. Elə həmin illərdə Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində qapalı muzey yaradılmış, burada eksponatlar ayrı-ayrı mövzular üzrə ("Neft", "Şamaxı zəlzələsi" s.)  nümayiş etdirilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) Bakı şəhərində İstiqlal muzeyi təşkil olunmuşdur. Muzey 1919-cu il dekabrın 17- açılmış Azərbaycan Parlamentinin binasında fəaliyyət göstərmişdir.

1920-ci ildə Respublika Xalq Maarif Komissarlığı Azərbaycan dövləti muzeyinin yaradılması barədə qərar qəbul etmiş 1921-ci ilin mayında muzeyin arxeologiya, tarix, etnoqrafiya təbiət şöbələri ilk tamaşaçılarını qəbul etmişdir.

Azərbaycan Dövlət muzeyinin müvafiq şöbələri əsasında 1936- ildə Azərbaycan Dövlət İncəsənət muzeyi Azərbaycan Dövlət Təbiət Tarixi muzeyi təşkil olunmuş, Azərbaycan Dövlət muzeyi isə Azərbaycan Tarixi muzeyinə çevrilmişdir.

1939-cu ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə Bakıda onun adını daşıyan muzeyin yaradılması qərara alınmışdır. Böyük Vətən Müharibəsinin başlanması ilə əlaqədar olaraq həmin muzey - Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyi 1945-ci ildə açılmışdır.

1940- ildə Bakıda Xalq Təhsili muzeyi, 1967-ci ildə isə Lətif Kərimov adına Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət muzeyi fəaliyyət göstərməyə başladı.

Görkəmli yazıçı şairlərimizin adını əbədiləşdirən xatirə - ev rnuzeylərinin açılması xalqımızın öz dahi oğullarına yüksək münasibətin nəticəsidir. 1938-ci ildə Şəkidə M.F.Axundovun xatirə-ev muzeyinin, Bakıda S.Vurğunun xatirə muzeyi (6 oktyabr 1975-ci il), Ü.Hacıbəyovun ev-muzeyi (20 noyabr 1975), N.Nərimanovun xatirə muzeyi (1977), M.S.Ordubadinin ev-muzeyi (31 oktyabr 1979), C.Cabbarlının ev-muzeyi (23 mart 1982), Cavidin ev-muzeyi (25 noyabr 1982), C.Məmmədquluzadənin ev-muzeyi (28 dekabr 1994), Aaiqin mənzil muzeyi (24 fevral 2001) yaradılaraq, mədəni irsimizin mühafizəsi, tədqiqi və təbliğində mühüm işlər görülür.

Yuxada dediklərimizə əlavə olaraq onu da qeyd etməliyik ki, mədəni irs təkcə muzeylər vasitəsilə deyil, həm olduğu yerdə mühafizə olunur. Bunlar muzeydən kənar tarix mədəniyyət abidələri, tarixi ansambllardır. Bu abidələr köhnəlmə deformasiyaya məruz qaldığı üçün, bu məruzqalma prosesinin qarşısının alınmasının ən əlverişli məqamlarından biri mədəni irsin qorunması mühafizəsinin təminidir. Başqa ölkələrdə olduğu kimi Azərbaycanda da ölkə qanunvericiliyində qəbul olunmuş qanunlar "Azərbaycan Respublikasının konstitusiyası" (12 noyabr, 1995-ci il, maddə 77), "Mədəniyyət haqqında" qanun (18 aprel 1998-ci il), "Muzeylər haqqında" qanun (24 mart 2000-ci il), "Tarix mədəniyyət abidələrinin mühafizəsi haqqında" qanun (10 aprel 1998-ci il) eyni zamanda beynəlxalq normativ hüquqi aktlar 1972-ci il YUNESKO-nun tərkibindəki Ümumdünya mədəni təbii irs komitəsinin təşəbbüsü ilə "Bəşəriyyətin mədəni təbii irsin qorunması haqqında Konvensiya" (1972) "Tarixi ansamblların qorunması haqqında" tövsiyələrin (1976) hazırlanması öz əhəmiyyətini göstərməkdədir. Buna uyğun olaraq Komitənin Ümumdünya mədəni təbii irsin siyahısına

Azərbaycan memarlığının bir neçə abidə ansamblı abidəsi daxil edilmişdir. Əcəmi yaradıcılığının şah əsərləri Möminə Xatun (1186) Yusif İbn Küseyr (1162) türbələri, Qız qalası (X əsr), Şirvanşahlar sarayı ansamblı (1420-1460), Şəkidə Xansarayı (1764) abidəsinin dünya mədəni irs siyahısına daxil olması həmin abidələrin dünya sivilizasiyasının inkişafına təsiri ilə əlaqələndirərək onların beynəlxalq səviyyədə müdafiəsini təmin edir. Lakin onu da qeyd etmək lazımdır ki, ümumi göstəricilərə görə Azərbaycan Respublikasında dövlət uçotuna götürülmüş 7395 tarix mədəniyyət abidələri vardır. Bunlardan 3872-si memarlıq abidələri, 3119-u arxeoloji abidələr, 196- monumental xatirə abidələri, 208-i dekorativ-tətbiqi sənət nümunələridir. Bu abidələrin mühafizəsi təkcə dövlət səviyyəsində deyil, eyni zamanda hər bir azərbaycanlının üzərinə düşən mühüm vəzifə olmalıdır. Ululamızın bizə bəxş etdiyi keçmişimizi qoruyub, cəsarətlə gələcəyə çatdırmalıyıq. Bu gün erməni nankorla tərəfindən işğal olunmuş torpaqlarımızda 500 tarixi arxitektura abidəsi, 100-dən çox arxeoloji obyekt, 22 muzey, 4 şəkil qalereyası, 808 klub müəssisəsi, 927 kitabxana, 85 musiqi məktəbi, 10 park, 4 dövlət teat, 2 konsert müəssisəsi düşmən tərəfindən məhv edilmişdir.

Əsirlikdə qalmış tarix mədəniyyət abidələrimizin, muzeylərimizin, sənət nümunələrimizin düşmən tərəfindən məhv edildiyi mütəmadi olaraq dünya ictimaiyyətinə çatdılmalıdır. Beynəlxalq aləm bununla bağlı müəyyən ölçü götürməlidir. Mədəni irsimiz olan tarix mədəniyyət abidələrinin dağılmasının, məhv edilməsinin qarşısı alınmadır, cinayətkar beynəlxalq səviyyədə mühakimə olunmalıdır.

 

Mədəni-maarif işi.- 2006. -№ 7.- S. 44-46.