Akifqızı Ş.

 

Elmar Məmmədyarov dünya ictimaiyyətini mədəniyyətlər və dinlər arasında dialoqu genisləndirməyə cağırmısdır

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 25-də BMT Baş Məclisinin 61-ci sessiyasının ümumi müzakirələrində çıxış edərək üzv dövlətləri millətlər, mədəniyyətlər və dinlər arasında anlaşma və dialoqu genişləndirmək üçün konkret tədbirlər görməyə çağırmışdır. O vurğulamışdır ki, dünyada artan islamofobiya meyillərinin qarşısını almaq zəruridir. İslam Konfransı Təşkilatı Nazirlər Şurasının sədri kimi, Azərbaycan müsəlman cəmiyyətləri daxil olmaqla, bütün ölkələrdə islam dini haqqında bilikləri artırmağa ehtiyac görür. Bu məqsədlə İKT 2007-ci ildə Bakıda tolerantlıq qarşılıqlı anlaşmada KİV-lərin rolu mövzusunda beynəlxalq konfrans keçirməyi planlaşdırır. Nazir Azərbaycanın terrorizmin bütün formalarını pislədiyini bəyan etmiş, terrorizmin islam dini müsəlman xalqları ilə əlaqələndirmək cəhdlərindən narahatlığını bildirmişdir.

Baş Məclisin diqqət yetirdiyi təcili məsələlərdən birinin Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət olduğunu vurğulayan Elmar Məmmədyarov bununla bağlı ali qurumun yekdilliklə qəbul etdiyi qətnamənin iki məqsəd daşıdığını demişdir: sənəd yandılan ərazilərə dəyən qısa uzunmüddətli ziyanın müəyyənləşdirilməsi, həmin ərazilərdə təcili ekoloji əməliyyatın keçirilməsi, torpaqların bərpa olunması, daha sonra isə, bu tədbirlərlə münaqişə tərəfləri olan Azərbaycan Ermənistan arasında etimad yaradaraq, sülh danışıqları prosesinə töhfə vermək üçündür.

Nazir həmçinin demişdir ki, qətnamə münaqişə prosesində yeganə müsbət hadisədir. Əhəmiyyətli irəliləyiş əldə olunmasa da, hələlik tərəflər vasitəçilər mərhələli nizamlanməni yeganə çıxış yolu kimi qəbul ediblər. Azərbaycan nümayəndəsinin sözlərinə görə, münaqişə tərəfləri iki əsas prinsiplə - işğal edilmiş Dağlıq Qarabağ ərazisinin statusunun müəyyənləşdirilməsi Ermənistan silahlı qüvvələrinin bütün zəbt edilən Azərbaycan torpaqlandan çıxarılması ilə bağlı razılığa gələ bilmirlər. Azərbaycanın möyqeyini açıqlayan xarici işr naziri demişdir ki, Dağlıq Qarabağın statusu yalnız bölgənin erməni azərbaycan icmalarının iştirakı ilə demokratik qanuni proses vasitəsilə müəyyənləşdirilə bilər. Bunun üçün işğalçı qüvvələr torpaqlardan geri çəkilməli, Azərbaycanın məcburi köçkün düşmüş əhalisi Dağlıq Qarabağa ətraf bölgələrə qayıtmalıdır. Azərbaycan tərəfi öz mövqeyində BMT Təhlükəsizlik Şurasının qətnamələrin ATƏT-in müvafiq qərarlarını əsas tutur. Lakin Ermənistan birbaşa görüşlərdən imtina edərək, qeyri-konstruktiv mövqeyi ilə danışıqlarda irəliləyiş ümidlərini heçə endirir.

Elmar Məmmədyarov BMT kürsüsündən ölkəmizin iqtisadi uğurlarından da söhbət açmış bildirmişdir ki, hazırda hökumətin qarşısında duran əsas məqsəd neft sektorunun gəlirlərini qeyri-neft sektoruna yatırmaqla ölkənin ixrac potensialını artırmaqdır. Bölgəmiz üçün tarixi rol oynayan Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri işə salınıb, ilin sonunadək isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi başa çatdırılacaq Azərbaycan qlobal enerji təhlükəsizliyinə öz töhfələrini verəcəkdir.

 

Respublika. -2006. -27 sentyabr.- S. 1.