Müdamə
Memarlıq abidələrinin monitorinqi keçirilir
Hazırda tarix və mədəniyyət
abidələrinin mühafizəsi ilə 430-a yaxın adam
məşğul olur
Ölkə Prezidenti İlham
Əliyevin avqustun 18-də Bakı şəhərində
memarlıq abidələrinin bərpası və qqrunması
ilə bağlı imzaladığı sərəncama
əsasən dövlət proqramı hazırlanır. Sərəncamda
memarlıq sənətinin bir çox qiymətli
nümunələrinin, qədim abidələrin qorunması,
paytaxtın simasına çevrilən binaların
görünüşünün evvəlki şəkildə
saxlanması əks olunub. Bir çox hallarda nadir tarixi memarlıq
abidələrinin yararsız hala düşməsi,
səriştəsizlik nəticəsində bəzilərinin
tarixi görünüşünün və çoxəsrlik
memarlıq irsi ənənələrinin itirilməsinin qarşısını
almaq məqsədilə müvafiq qurumlara yeni
təkliflərin hazırlanması tapşırılıb.
Bakı Şəhər İcra Hakimiyyətinə,
Mədəniyyət və Turizm Nazirliyi, Dövlət
Şəhərsalma Arxitektura Komitəsi, Azərbaycan Milli
Elmlər Akadeəmiyasının Memarlıq və
İncəsənət İnstitutu, Memarlıq və
İnşaat Universiteti, Memarlar İttifaqına birlikdə 1 ay
müddətində Bakı şəhərindəki tarixi
memarlıq abidələrinin təmiri, xarici görünüşünün
bərpası, abadlaşdırılması və xüsusi
işıqlandırılması barədə təklifləri
hazırlayaraq Nazirlər Kabinetinə təqdim etmək
tapşırılıb. Bundan başqa abidələrin
bərpası ilə bağlı dövlət proqramı layihəsinin
iki ay müddətində hazırlanaraq prezidentə təqdim
olunması məsələsi də sənəddə öz
əksini tapıb. Sərəncamın icra olunması
sahəsində işə başlanılıb. Bakı
şəhər icra hakimiyyətində sözügedən
məsələ ilə bağlı komissiya tərtib edilib.
Mədəniyyət və Turizm Nazirliyi ölkədəki memarlıq
abidələrinin monitorinqini həyata keçirir.
Sentyabrın 8-dək təkliflər Bakı şəhər
icra hakimiyyəti tərkibində yaradılan komissiyaya
təqdim ediləcək. Nazirliyin kinematoqrafiya və
memarlıq şöbəsi hazırda bu işlə
məşğuldur.
Bəzi tikililərin siyahıdan
çıxarılması, yeni abidələrin isə
əlavə edilməsinə ehtiyac var.
Bu günədək dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin bir neçə dəfə siyahısı tərtib edilib. Azərbaycanda ilk dəfə 1968-ci ildə belə bir siyahı hazırlanıb. 1981, 1988-ci illərdə də abidələrin siyahısı tutulub. Həmin tərtibata əsaslanaraq 2001-ci ildə dövlət tərəfindən mühafizəyə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü aparılıb. 2001-ci ilin avqustunda Nazirlər Kabineti tərəfindən təsdiq edilən siyahıya 6308 abidə daxil edilib. Onların mühafizəsi ilə 430-a yaxın adam məşğul olur. Hazırda sözügedən siyahı üzərində əlavə və dəyişikliklər edilməsi, yeni təkliflərin hazırlanması məqsədilə monitorinqlərin aparıldığını deyən Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov bu işin bir neçə aspektdən zəruri olduğunu bildirdi. Qeyd edək ki, 2001-ci ildə tərtib olunan siyahıda abidələr əhəmiyyət dərəcəsinə görə 3 kateqoriyaya-dünya, ölkə və yerli əhəmiyyətli abidələrə bölünüblər. Şöbə müdirinin sözlərinə görə, həmin dövrdə tərtib edilən siyahının yenilənməsinə səbəb bəzi abidələrin artıq mövcud olmamasıdır. Hələ 2001-ci ildə siyahı tərtib olunarkən məhv olmuş bir ç.nx tikililərin adı bura daxil edilmişdi. Lakin müxtəlif səbəblərdən bir çox hallarda təbii fəlakət nəticəsində həmin tikililər məhv olub. Məsələn, bir neçə il bundan əvvəl İsmayıllı rayonunda Girdmançayda baş verən sel nəticəsində abidə kimi qəbul edilən Lahıc kəndinin bir hissəsi su altında qalıb. Kür çayının daşması ilə Salyanın Cümə məscidi məhv oldu. Bundan əlavə, XX əsrin əvvəllərində regionlarda zavod və fabriklərin tikilməsi ilə əlaqədar bəzi abidələr dağıdıldı. Siyahının yenidən tərtib olunmasının digər bir səbəbi təzə abidələrin tapılması ilə əlaqədardır. R.Bayramovun sözlərinə görə, son zamanlar təkcə rəhbərlik etdiyi şöbə tərəfindən 40-a yaxın belə abidə aşkar edilib. Milli Elmlər Akademiyasının mütəxəssisləri tərəfindən yeni qazmtılar zamanı bir sıra tarixi abidələr üzə çıxarılıb. 2001-ci ildə tərtib edilən abidələrin əhəmiyyət dərəcəsinə yenidən baxılması işi də vacib məsələlərdən biridir. Belə ki, sözügedən tikililərin ölkə, yerli və ya dünya əhəmiyyətli olması bir daha təyin olunmalıdır. R.Bayramov bu işdə Milli Elmlər Akademiyasının mütəxəssislərinin bilavasitə iştirak edəcəyini diqqətə çatdırdı. Siyahı tərtib edilərkən heç bir tarixi əhəmiyyət daşımayan bir çox abidənin adı da bura daxil edilib. Sovet dövründə əsas kriteriya kimi binaların 1920-ci ildən əvvəl tikilməsi götüruldüyündən çox hallarda həmin binaların heç bir tarixi önəmi olmayıb. Onların abidə kimi qorunması həmin evlərdə yaşayan insanlar üçün problem yaradıb. Yəni, həmin binalarda heç bir tikinti və bərpa işlərinin aparılmasına icazə verilməyib.
Memarlıq abidələrinin siyahısı
yenidən tərtib oluna bilər.
Abidələrin əhəmiyyət dərəcəsinin təyin olunmasına gəlincə, şöbə müdiri bu işə bir neçə aspektdən baxılacağını diqqətə çatdırdı. Binaların tarixilik, memarlıq və arxeoloji əhəmiyyətinə görə araşdırılacağını dedi. Belə ki, əgər bu bina memarlıq abidəsidirsə, ilk növbədə binanın tikilmə tarixi həmin inşaatın nə üçün tikilməsi, kim tərəfindən tikilməsi amili əsas götürüləcək. Bu tarixiliklə bağlı kriteriyadır. Bundan əlavə, memarlıq baxımından heç bir əhəmiyyəti olmayan, lakin tarixilik nöqteyi-nəzərindən, yəni .burada kimin yaşamasından asılı olaraq binaların qorunması mümkündür. Memarlıq baxımından təyin edilərkən binanın həcm, fasad, fəza quruluşu nəzərə alınacaq. Belə ki, binanın digərlərindən fərqlənən hər hansı bir üstünlüyü varsa, bu siyahıya daxil edilə bilər. Binanın daxili strukturu, tikintidə istifadə olunan materiallar, onun üzərindəki bəzək işləri də memarlıq cəhətdən təyin edilən amillərdəndir. Digər növ abidələr isə arxeoloji tikililərdir.
Yerin
üzərində olan hissəsi çox zaman məhv olmuş
və arxeoloqların qazıntılar nəticəsində
aşkarladığı abidələr də əhəmiyyət
dərəcəsinə görə təyin ediləcək.
Əhəmiyyət dərəcəsinə görə
abidələrin qorunması səviyyəsi də
fərqlənir. Belə ki, əhəmiyyətliliyi
artdıqca həmin binaların qorunması və istifadəsi
də intensivləşir. Misal üçün, əgər
yerli əhəmiyyətli abidə icarayə verilə
bilərsə, ölkə əhəmiyyətli tikililərdə bu
qadağandır.
Abidələrin
qorunması onların turizm mərkəzləri kimi təqdim
olunmasına yardım edəcək.
Təkcə Bakıda bir çox
binalar XfX əsrin sonları XX əsrin əvvəllərində
tikilib. Hazırda onların bir çoxu yaşayış
binası kimi istifadə olunur. Bəziləri isə ictimai
xarakterli binalara çevrilib. Misal üçün, Zeynalabdin
Tağıyevin vaxtı ilə qızlar üçün
tikdirdiyi məktəb binası hazırda Elmlər
Akademiyasının "İsmailliyə" Dövlət
İqtisadiyyat Universitetinin binası kimi fəaliyyət
göstərir. Acınacaqlı haldır ki, adətən
sözügedən tikililərə lazımınca
qayğı göstərilmir. Bir çox hallarda onların
üzərində müxtəlif reklam lövhələri
asılır və ya razılaşdırılmadan
müxtəlif dəyişikliklər aparılır. Adı
çəkilən bu və ya digər tikililərin təmiri,
bərpası və işıqlandırılması işi
həyata keçirildikdən sonra həmin binalar turizm
abidəsinə çevriləcək. Təbii ki,
şəhərə gələn turistlər üçün
həmin tikililər şəhərin siması deməkdir.
Ölkədə həyata
keçirilən bütün bu islahatlar əsrlər boyu
qorunub saxlanan, bu günə çatan nadir tarixi
abidələrin memarlıq incilərinin gələcək
nəsillərə olduğu kirhi çatdırılmasına
xidmət edir. Bu işdə dövlətlə bərabər
hər bir vətəndaş da öz diqqəti,
şəhərimizin hər bir tikilisinə olan
qayğısı ilə seçilməlidir. Dövlət
tərəfindən qanunla mühafizə olunan hər bir tarix
nümunəsi cəmiyyət tərəfindən qorunmaqla
yanaşı, həm də dünya səviyyəsində
təbliğ olunmalıdır.
Yeni Azərbaycan.- 2006.- 2 sentyabr.-
S. 6.