Seyidov T.
Naxçıvan abidələri ensiklopediyası
üzərində iş gedir
İsmayıl Hacıyev: Bu, torpaqlarımıza
göz dikən məkrli qonşularımıza ən
tutarlı cavab olacaq
Son zamanlar Naxçıvanda qədim tariximizlə bağlı çox qiymətli tədqiqat işləri aparılır. İnanırıq ki, ermənilərə tutarlı cavab vermək məqsədilə qədim tarixi abidələrimizin üzə çıxarılması düşməni layiqincə susduracaqdır. Bu yaxınlarda Ordubad rayonu ərazisində xarici alim-arxeoloqların iştirakı ilə Gilançayın sol sahilində yerləşən iki ilk orta əsr şəhərlərindən biri Xaraba Gilan şəhəridir. Bu və digər məsələlərlə bağlı AMEA Naxçıvan bölməsinin rəhbəri İsmayıl Hacıyevlə söhbət apardıq. Onu sizə təqdim edirik.
- İsmayıl müəllim,
yaxşı olardı ki, ilk tarixi abidəmiz olan Xaraba Gilanın tarixindən başlayaq.
- Bu şəhər e.ə. mövcud olsa da, burada V-II əsrlərdə şəhər mədəniyyəti yaranmış, orta əsrlərdən bu şəhər Azərbaycanın mühüm ticarət və sənətkarlıq mərkəzlərindən biri olmuşdur. Şəhərin yerləşdiyi ərazi 100 hektardan
çoxdur. Bu qədim diyar hələ keçən əsrin
20-ci illərində öyrənilməyə
başlanmışdır. Lakin bəzi adların
uydurmaları, yəni bu ərazidə guya müəyyən
dəfinələrin olması haqqında yayılan
şayiələr buradakı tarixi abidələrin
qəbirüstü hissələrinin
dağıdılmasına gətirib çıxarmışdır.
Lakin Azərbaycanda dövlət
müstəqilliyi bərpa olunandan sonra ölkəmizdə
tarixi abidələrimizə, keçmişimizə, o
cümlədən bu sahəyə diqqət və qayğı
artmışdır. Naxçıvan MR Ali
Məclisinin sədri Vasif Talıbovun imzaladığı
sərəncamlar bu sahədə önəmli rol oynayır.
Xaraba Gilan da bu cəhətdən istisna
təşkil etmir. Bu ilin iyul ayında
təşkil olunan beynəlxalq ekspedisiya ilk növbədə
bu abidəni dərindən öyrənmək, mövcud
vəziyyəti araşdırmaq, yerləşdiyi ərazinin
sərhədlərini dəqiqləşdirmək,
yaşayış yerlərini, karvansaraların, türbələrin
rektopollarını müəyyən etmək məqsədi
ilə təşkil olunmuşdu.
Onu
da qeyd etməliyik ki, AMEA Naxçıvan
bölməsi Naxçıvan Dövlət Universitetində
çalışan tarixçi alimlərimiz, arxeoloqların bu
ildə xüsusi təşəbbüs göstərmiş
və Ali Məclis sədrinin tövsiyəsi ilə bu il Xaraba
Gilana ekspedisiya təşkil etmişlər. 2001-ci
ildə ümummilli liderimiz Heydər Əliyevin
tövsiyəsi ilə Gəmiqayada ardıcıl olaraq elmi
ekspedisiya təşkil olunmuş, həmin ekspedisiyanın
nəticələri xeyli uğurlu olmuş, əldə olunan
nailiyyətlərlə bağlı onlarca monoqrafiya, kilab
və elmi məqalələr yazılmışdır. Xarabalıqların ərazisinin Plövtəpə
və Munçuqtəpə ərazilərində aparılan
tədqiqatlar yeni materialların üzə
çıxmasına səbəb olmuşdur.
- Bu
komissiyada kimlər iştirak etmişlər?
- Ekspedisiyanın tərkibinə AMEA-nın
Arxeologiya və Etnoqrafiya İnstitutunun, Bakı Dövlət
Universitetinin, AMEA Naxçıvan bölməsinin, Tarix,
Etnoqrafiya və Arxeologiya İnstitutunun,
İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun, NDU-nun əməkdaşları ilə
yanaşı ABŞ-ın Çorçiya Universitetinin
professorları iştirak etmişlər. Onu da
qeyd etmək yerinə düşərdi ki, amerikalılar
əvvəllər də Naxçıvanda olmuş,
müəyyən tədqiqatlar aparmışlar.
AMEA-nın Arxeologiya, Etnoqrafiya
institutunun əməkdaşı, tarix elmləri namizədi
Bəhlul İbrahimov uzun illər öz elmi
əməkdaşları ilə birlikdə Plövtəpə
ətrafında qazıntı işləri aparmış
və o vaxtlar da maraqlı nəticələr əldə
etmişdir. Həmin yerdə Muncuqtəpə üzərində
bir sıra hörgülərlə əhatə olunmuş
50-yə qədər qəbir mövcud olmuş və
onların bir hissəsi tədqiq olunmuşdur.
- Bu
ekspedisiyada iştirak edən Amerika alimlərini nə maraqlandırırdı?
- Xaraba Gilanda iştirak edən
Çorçiya Universitetinin professorları əsasən
qədim yaşayış məskənləri olan I, II
Gültəpədə, Oğlanqalada tədqiqat işləri
aparmışlar. Tədqiqat işlərində xarici
alimləri daha çox maraqlandıran bizim arxeoloji
abidələrimizin tarixini
müəyyənləşdirməkdir. Ona
görə də orada müəyyən edilən maddi-mədəniyyət
nümunələri, xüsusilə süxurlar,
kömürlər, bəzi əşyalara texnoloji parametrlə
baxılır, bəzi təhlillər, analizlər
aparılır. Bu tədqiqatlar
Naxçıvan arxeoloji abidələrinə marağı bir
daha artırır. Bundan başqa bu gün
dünyanın bir çox məşhur alimləri bu
diyarın öyrənilməsinə maraq göstərirlər.
Çünki Naxçıvan dünyanın ilk
yaşayış məskənlərindən biridir. İki şəhər mədəniyyəti bu torpaqda
formalaşıb. Naxçıvan abidələri
çox unikal bir abidədir.
- Naxçıvanda Nuh
peyğəmbərin məzarüstü türbəsinin
bərpası və onun barəsində qeyri-obyektiv
şayiələr yayılıb. Bu barədə nə
deyə bilərsiniz?
- Bu
məzarüstü türbə barədə Naxçıvan
MR Ali Məclis sədrinin sərəncamı var. Bu hüquqi
bir sənətdir. Bir il bundan öncə
guya tədqiqatçılıqla məşğul olan bəzi
rus jurnalistləri Naxçıvana gəlib Gəmiqaya
abidələrini və digər abidələri
öyrənmək məsələlərini ortaya atmışlar.
O dövrdə Andrey Polyakov müsahibələrinin birində
belə bir fikir irəli sürmüşdür ki, guya Nuh
peyğəmbərinin büstünü
hazırlamışıq, bunu Gəmiqayada ucaldacağıq. Sonra internet saytlarında yayılan bəzi informasiyalardan
məlum oldu ki, onların gəldiyi nəticə
qeyri-obyektivdir, bəzi dairələrin marağına
xidmət edir. Həmin
mənbələrdə belə bir fikir də var idi ki, Naxçıvan
şəhərində sovet hakimiyyəti illərində Nuh
peyğəmbərin türbəsi
dağıdılmışdı. Həmin
dövrdə biz də bununla maraqlandıq, Nuh peyğəmbərin
türbəsinin mövcud olması ilə bağlı bir
çox tədqiqatlar apardıq. Və ilk
növbədə Naxçıvan MR Mərkəzi
Dövlət Tarix Arxivində və Bəhruz Kəngərlinin
ev muzeyində belə
şəkillərə rast gəldik. İlk
növbədə araşdırdıq ki, keçən
əsrin 20-ci illərində, yəni 1919-20-ci illərdə
məşhur realist rəssam Bəhruz Kəngərli Nuh peyğəmbərin
türbəsinin sərdabə hissəsini 6 formada naturadan
şəklini çəkmişdir. Lakin
biz təkcə bununla kifayətlənmədik. Həmin şəkillərə istinad edərək
bu yeri müəyyənləşdirməyə cəhd
göstərdik və tarixi qaynaqlara müraciət etdik. Xüsusilə bir sıra rus müəlliflərinin
əsərlərindən, orta əsr mənbələrindən
istifadə etdik. Onlarda Nuh
peyğəmbərin türbəsinin yerləşdiyi yer
haqqında dəqiq coğrafi ərazilər
göstərilirdi. Nikitin və Qriqoriyevin
əsərlərində məlumat verilirdi. Bu məzar Naxçıvan şəhərində
Köhnəqala ərazisində yerləşir. Bir də
Bəhruz Kəngərlinin çəkdiyi
şəkillərə diqqətlə baxdıqdan sonra
doğrudan da türbənin giriş hissəsi
günçıxan tərəfə, yəni şərq
tərəfdən baxanda türbənin arxa
tərəfində və yan tərəflərində
Naxçıvan şəhərinin qala divarları, hətta
Naxçıvan çayı və Arğıdağının
uzaqdan da olsa, təsvirləri görünürdü. Bu
əsas verdi ki, yeri dəqiqləşdirək.
Bundan başqa Azərbaycanın ən
məhşur ziyalılarından biri, f.e.n., Prezident
təqaüdçüsü Lətif Hüseynzadə ilə
əlaqə saxladıq. O, həmin əraziyə baxandan
sonra dəqiq yeri göstərdi. Nuh
peyğəmbərin məzarı bu ərazidə
yerləşir. Hətta Lətif
müəllim belə bir faktı açıqladı ki,
keçən əsrin 20-30-cu illərində Nuhdaban adlı
mərasim keçirilirdi. Nuhdaban
yazılmış bir daş Əlincə qalasında
saxlanırdı. Həmin daş Nuh peyğəmbərin
məzarının yanına mərasim anında arabalarla
gətirilirdi. Sonradan həmin daş
Əlincə qalasına aparılıb orada
saxlanılırdı. Lətif` #1 əri Nuh peyğəmbərin türbəsinin
Köhnəqala ərazisinə yaxın bir yerdə
yerləşdiyini təsdiq edirdi. Tarix
Etnoqrafiya və Arxeologiya institutunun əməkdaşı
t.e.d., arxeoloq Vəli Baxşəliyevin rəhbərliyi ilə
o ərazidə qazıntı işləri aparıldı
və Nikitinin göstərdiyi əlamətlər tam
üzə çıxdı. Nikitinin
Naxçıvanla bağlı yazdığı
məqalədə və xüsusilə XIX əsrin 80-ci illərində
"Qafqaz" qəzetində çıxan bir
məqaləsində də qeyd edirdi ki, bu türbə VIII
əsrdə bərpa olunmuşdur. Əgər
o vaxt bərpa olunan belə bir türbə varsa, onda bu
türbənin tarixi çox qədimdir. Hətta
bəzi mənbələrdə bu türbənin 5 min illik tarixə
malik olduğunu söyləyən tədqiqatçılar da
var. Bundan sonra biz bununla bağlı araşdırmalar
apardıq və Naxçıvan MR Ali Məclisinə
məlumat verdik. Əldə olunan
nəticələrlə bağlı Ali Məclisin sədri
qeyd olunan sərəncamı imzaladı.
- İsmayıl müəllim, onda
bəs Naxçıvanın tarixi hansı dövrdən başlanır?
- Naxçıvan ən qədim
yaşayış məskənlərindən biridir. Onun 3500 yaşı var. Naxçıvanda daş
dövründən başlayaraq insanlar yaşamışlar.
Bəzi mənbələrdə Naxçıvan
şəhərinin eramızdan əvvəl 1539-cu ildə
salınması haqqında fikirlər var. Orta əsr
tarixçisi Stefan Orbelyanın fikirlərində bu
özünü qabarıq göstərmişdir. Klavdi Ptolomeyin "Coğrafiya təlimi"
əsərində bu barədə maraqlı fikirlər var. O,
öz əsərində dünyanın 7 şəhəri
sırasında Naxçıvan şəhərinin də
adını çəkir. Bütün bunlar
deməyə əsas verir ki, dünya daşqını
zamanı bu ərazidə Nuh peyğəmbər olmuş
və daşqın çəkiləndən sonra burada o
yaşamış və nə qədər rəvayət də
olsa, bu ərazidə Nuh peyğəmbərin qəbri İranın
Mərənd ərazisində və Naxçıvan şəhərindən
Şərura gedən yolun sağ sahilində həm
bacısının, həm də həyat yoldaşının
qəbirlərinin olması tarixi mənbələrdə
öz əksini tapır.
- Bir
neçə kəlmə də Naxçıvan MR-də
aparılan arxeoloji memarlıq abidələrinin qorunması
və bərpası barədə?
- Son illərdə
MR-də abidələrimizin qorunması və bərpası
istiqamətində bir sıra işlər görülüb.
Bu ilin aprel ayında əməkdaşlarımız MR-in
ayrı-ayrı rayonlarında, ilk növbədə Babək
rayonunda, Naxçıvançayın sol sahilindəki
ərazidə, sonra Culfa rayonu ərazisində, Kəngərli,
Şərur, Şahbuz rayonlarında elmi ekspedisiyalar təşkil
etmişlər. Ekspedisiya zamanı onların qarşısında
bir vəzifə dururdu. O da qeydiyyat kartının doldurulmasıdır.
Çünki qeydiyyat kartı ilk
növbədə imkan verir ki, öyrənilən abidənin
şəkli çəkilsin, tarixi, abidənin adı,
mənsubiyyəti, mövcud vəziyyəti qeyd olunsun.
Bu pasportlaşma gələn
ildə başa çatacaq. "Naxçıvan
abidələri" ensiklopediyası üzərində iş
aparırıq. Bu, təbii ki,
torpaqlarımıza göz dikən məkrli
qonşularımıza ən tutarlı cavab olacaq. Bu həm də sübut edir ki, bu günədək
əldə olunan MR-dəki maddi və mədəniyyət
nümunələri içərisində MR ərazisində
ermənilərlə bağlı heç bir abidə
aşkara çıxarılmayıb. Ərazimizdə
olan abidələrimiz bu vilayəldə yaşayan sakinlərin
ulu babalarımız tərəfindən min bir əziyyətlə
yaradılan abidələrdir. Onlara heç kim sahib çıxa bilməz. Çünki
abidələrimiz bizim ulu tariximizdir, onu da biz qoruyub-saxlayıb
gələcək nəslə ərmağan etməliyik.
Yoxsa bizim tariximiz itib batar. Müsahibə
üçün çox sağ olun.
Biz də öz növbəmizdə
inanırıq ki, MR də fəaliyyət
göstərən arxeoloq alimlərimiz bundan sonra da vilayətimizin
abidələrini, tarixini daha da dərindən öyrənib
bizə çatdıracaqlar. Çünki
tariximiz uludur, unudulmazdır. Biz onları
yaşatmalıyıq.
Azad Azərbaycan.- 2006.- 13 sentyabr.-
S. 3.