Tarixi adlar onlarla baglı xüsusi işarələrin istifadəsi qaydaları haqqında əmr imzalanıb

 

Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev "Azərbaycan xalqının tarixi adları, tarixi-mədəni sərvətlərinin adları onlarla bağlı xüsusi işarələrin hüquqi fiziki şəxslər tərəfindən istifadəsinə icazə verilməsi qaydaları" haqqında əmr imzalayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu qaydalar Azərbaycan Respublikasının qanunlarına, Mədəniyyət Turizm Nazirliyi haqqında Əsasnaməyə uyğun olaraq hazırlanıb. Azərbaycan xalqının tarixi adları, tarixi-mədəni sərvətlərinin adları onlarla bağlı xüsusi işarələrdən əmtəə nişanı kimi istifadə etmək üçün icazə almaq istəyən fiziki, yaxud hüquqi şəxs müvafiq ərizə ilə nazirliyə müraciət etməlidir. Ərizə ilə bərabər əmtəə nişanının eskizi əmtəə nişanından istifadə edilməklə istehsal olunan məhsulun ya xidmətlərin siyahısı da təqdim olunmalıdır. Qeyd olunan adlar xüsusi işarələrdən əmtəə nişanı kimi istifadə edilməsinə icazə verilməsi barədə qərar nazirliyin nəşriyyat, reklamın təşkili informasiya şöbəsinin ekspert reyindən sonra qəbul olunacaq istifadəçiyə müvafiq icazə sənədi veriləcəkdir. Bu qaydalar qəbul edilənədək tarixi-mədəni sərvətlər əsasında hazırlanmış mövcud əmtəə nişanlarından istifadə hüququ "Əmtəə nişanları coğrafi göstəricilər haqqında" qanuna uyğun olaraq ləğv edilir.

 

Yeni Azərbaycan.- 2006.- 1 sentyabr.- S. 8.